Bu qələbə ilə bağlı klubun prezidenti və təsisçisi Elgün Hüseynov "Football-plus.az" saytına danışdı:
"Biz nəsə dəyişiklik etmədik. Öz oyun üslubumuza sadiq qalmaqla qələbə qazandıq. Zatən bütün oyunlara qələb üçün çıxırıq. Sadəcə, bizə qarşı hakim qərəzi, haqsızlığı baş verir və bu ənənəyə çevrilib. Elə oyunlar olur ki, hakim etikasızcasına "əəə, “Şəki”nin oyunçusu bura gəl” deyib, sarı-qırmızı göstərir. Referilər komandamıza qarşı o qədər mədəniyyətsiz davranış, hərəkət edib ki, o barədə danışsam, gərək həftələrlə vaxt gedə. Sözüm odu ki, hakimlər meydanda ədalətli idarəçilik etsəydilər, qələbələrimizin sayı çox olacaqdı".
ABDULLA İSMAYILOĞLU





