“İnanıram ki, "Həkken" səddini də rahatlıqla keçəcəyik” - Tarixi oyuna 6 saat qaldı

14.12.2023 15:45 217
Manşet / Avropa Liqası
Bu gün Avropa Liqasının qrup mərhələsində “Həkken”i qəbul edəcək "Qarabağ"ın pley-offa adlamaq şansı yetərincə yüksəkdi.

Bəs ölkə çempionunun qələbə şansı necədi?

Azər Həşimov "Football-plus.az"a belə dedi:

"Qarabağ" uzun illərdi ölkəmizi qitəmiqyaslı yarışlarda layiqincə təmsil edir. Bu vaxta kimi dəfələrlə Avropa Liqasının qrupunda yer alsaq da, ordan çıxa bilməmişik. İndi qrupdan çıxmaq üçün yaxşı şans yaranıb. Adətən, Ağdam təmsilçisindən səfər oyunlarında daha yaxşı nəticələr görmüşük. Amma "Bayer-04" və "Molde" ilə oyunlar göstərdi ki, evdə istənilən komandanı məğlub edə bilərik. İnanıram ki, "Həkken" səddini də rahatlıqla keçəcəyik".

ABDULLA İSMAYILOĞLU