• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” derbidə 3 xalı gözəl oyun və 3 qolla qazandı – TURUN ŞƏRHİ

Dünya futbolu

13-12-2023, 18:0

Tur cümə günü “Qalatasaray”ın evdə “Adana Dəmirspor” üzərində inamlı qələbəsi ilə start götürdü.

"Football-plus.az" xəbər verir ki, ardıcıl 2-ci oyunda start heyətində meydana çıxan yığmamızın üzvü Şahruddin pis təsir bağışlamadı. Buraxılan qollarda səhvi olmayan Məhəmmədəliyev 90 dəqiqəni 4 seyvlə tamamladı. Bu rəqibi öz meydanında ardıcıl 10-cu görüşdə yenən “Cim-Bom” tarixində cəmi 4-cü dəfə superliqada mövsümə ardıcıl 7 ev qələbəsi ilə start vermiş oldu. Bu hal daha öncə 2002/03, 2001/02 və 1974/75 mövsümlərində yaşanmışdı. “Sarı-qırmızılar”ın çempionat çərivəsində evdə məğlubiyyətsiz seriyası 24 oyuna çatdı. “Adana Dəmirspor”un isə bu mövsüm hələ də səfər qələbəsi yoxdu!

Digər oyunlara gəlincə, “Kayserispor” son 7 turda 6-cı qələbəsini qazanmaqla 3-cü pilləyə yüksəldi. Heç də zəif olmayan “Fatih Karagümrük”ü evə əliboş yola salan “Antalyaspor”un məğlubiyyətsiz seriyası 6 oyuna yüksəldisə, debütant “Samsunspor”dan 4 top buraxan “Kasımpaşa” son 5 turda 4-cü dəfə uduzdu. “Hatayspor”u minimal hesabla yenən “İstanbul BŞ” bu mövsüm ilk dəfə evdə 2 oyunluq qələbə seriyası yaxalamış oldu. Yığmamızın üzvü Renat Dadaşov son saniyələrdə “Hatayspor”u məğlubiyyətdən xilas etmək üçün gözəl fürsət yaxalasa da, penaltini boşa verdi! Səfər matçlarında o qədər də inamlı təsir bağışlamayan “Trabzonspor” gözlənilmədən Qaziantepdə çox rahat qələbə qazandı. Ötən mövsümdəki texmiki qələbəni saymasaq, Trabzon təmsilçisi elitada bu rəqibi səfərdə ilk dəfə məğlub etdi. Maraqlıdı ki, son 2 səfər oyununda “Fənərbaxça”nı 3:2 yenən və “Sivasspor”la 3:3 bərabərə qalan “Trabzonspor” superliqa tarixində cəmi 3-cü dəfə rəqib meydanlarında ardıcıl 3 görüşdə ən azı 3 qol vurmuş oldu. Komanda bu seriyaya daha öncə 2001 və 1995-ci illərdə nail olmuşdu.

Bu həftə əsas diqqətlər “Tüpraş Stadionu”na yönəlmişdi. “Beşiktaş” yeni rəhbərliyin debüt oyununda tura lider kimi daxil olan “Fənərbaxça”nı qəbul edirdi. Qonaqlar Cekonun mövsümdəki 12-ci qolu ilə erkən önə keçsələr də, hissənin ortalarında hesab bərabərləşdi. Topu Cikudan oğurlayan Cenk Tosun Samet Akaydının kobudluğuna məruz qalınca komandası üçün penalti qazandı. Oksleyd-Çemberleyn fürsəti boşa vermədi. Maraqlıdı ki, bu, “Fənər”in cari mövsüm superliqada səfərdə buraxdığı ilk (!) qol oldu. Amma bu epizod derbini izləməyə gələn 40 minə yaxın “Beşiktaş”lını sevindirən yeganə an oldu. Qalan müddətdə meydanda yalnız bir komanda – “Fənərbaxça” ağalıq etdi. İstanbul derbilərində son dönəmlərdə bir komandanın bu dərəcədə üstün futbol sərgiləməsinə rast gəlinməmişdi. Təkcə bir faktı vurğulayaq ki, “Beşiktaş”lılar matçboyu penalti epizodundan başqa “çərçivə”yə zərbə vura bilmədilər. Qonaqlar oyun ərzində rəqibin cərimə meydançasında 42 dəfə topla oynadılarsa, meydan sahiblərində bu göstərici 9-a (!) bərabər oldu. Hesab 2-ci yarının ortalarına qədər dəyişməsə də, Bayinin Şimanskiyə qarşı kobudluğundan sonra təyin olunan penalti matçın qırılma anı oldu. Tadiç zərbəni soyuqqanlı şəkildə yerinə yetirdi. Maraqlıdı ki, bu derbinin tarixində ilk dəfə hər iki komanda bir oyunda penalti qazandı! Matçın son anlarında Bayi bu dəfə topun qarşısını əllə kəsdiyi üçün yenidən penaltiyə səbəbkar oldu. Amma Mərt Günok bu dəfə Tadiçin zərbəsinin qarşısını kəsməyi bacardı. Ümumiyyətlə, bu təcrübəli qapıçı olmasaydı, “Qartal” derbilərdə tarixinin ən ağır məğlubiyyətlərindən birini yaşaya bilərdi. Son anlarda meydan sahibləri tam oyun intizamından qopunca “Fənər” bir-birinin ardınca təhlükəli vəziyyətlər yaratdı. Amma bunlardan yalnız biri – Şimanskinin zərbəsi qolla nəticələndi. Beləliklə, bu rəqibə qarşı 7 oyunluq qələbəsiz seriyaya son qoyan “Fənər” həm də “Beşiktaş”ın yeni stadionunda superliqa çərçivəsində 8-ci oyunda ilk qələbəsini qazandı. Ümumiyyətlə, “sarı-lacivərdlilər” səfərdə “ağ-qaralar”ı 2014-dən bəri ilk dəfə məğlub etdi. Maraqlıdı ki, həmin vaxt da baş məşqçi İsmayıl Kartal idi. Bu mütəxəssis “Fənər”in başında “Beşiktaş”a qarşı keçirdiyi 4-cü oyunda da məğlubiyyət acısı yaşamadı (3 qələbə, 1 heç-heçə). Dünən “Beşiktaş”da radikal addımlar atıldı. 5 futbolçu – Abubakar, Rozye, Bayi, Gezzal və Onana qeyri-müəyyən müddətə əsas komandadan kənarlaşdırıldı!

15-ci tur
Beşiktaş – Fənərbaxça 1:3
Oksleyd-Çemberleyn, 24-p. – Ceko, 10. Tadiç, 63-p. Şimanski, 90+6.
Beşiktaş: Mərt Günok, Onur Bulut (Zaynutdinov, 80), Bayi, Amarti, Umut Meraş (Tayfur Bingöl, 46), Nəcip Uysal, Oksleyd-Çemberleyn, Fernandeş (Salih Uçan, 39), Muleka (Gezzal, 80), Cenk Tosun, Rebiç (Abubakar, 64).
Fənərbaxça: Livakoviç, Osayi-Samuel (Mərt Müldür, 90+8), Samet Akaydın, Ciku (Oostervolde, 84), Fərdi Kadıoğlu, Krespo, Fred (İsmayıl Yüksək, 90+3), İrfan Can Kahveci (Cengiz Ündər, 84), Şimanski, Tadiç, Ceko (Batşuayi, 90+3).
Qalatasaray – Adana Dəmirspor 3:1
Boe, 22. Kərəm Aktürkoğlu, 29. İkardi, 90+5-p. – Nianq, 45+4-p.
Qalatasaray: Muslera, Boe, Nelsson, Əbdülkərim Bardakcı, Barış Alpər Yılmaz, Kərəm Dəmirbay (Kaan Ayhan, 65), Torreyra (Oliveyra, 79), Tete (Xəlil Dərvişoğlu, 83), Mertens (Zaha, 65), Kərəm Aktürkoğlu (Bakambu, 78), İkardi.
Adana Dəmirspor: Şahruddin Məhəmmədəliyev, Svensson (Dorukhan Toköz, 88), Semih Gülər, Sisse, Yusuf Ərdoğan, Əmrə Akbaba (Stambuli, 65), N`Diaye, Yusuf Sarı, Belhanda (Mişu, 74), Nani (Akintola, 46), Nianq (Yusuf Barais, 74).
Qaziantep – Trabzonspor 1:3
Draquş, 80 – Trezeqe, 48; 76. Bakasetas, 59.
Trabzonspor: Uğurcan Çakır, Strüger Larsen, Mendi, Densvil, Ərən Elmalı, Berat Özdəmir (Kurbelis, 88), Abdulkadir Ömür, Bakasetas, Visça (Bardi, 88), Trezeqe (Funtas, 90+2), Onuaçu (Enes Destan, 74).
Kayserispor – Pendikspor 2:0
Tiam, 61. Bahoken, 90+1.
Antalyaspor – Fatih Karagümrük 2:1
Veysəl Sarı, 7. Buksa, 13 – Güvən Yalçın, 42.
Samsunspor – Kasımpaşa 4:2
Muandilmaci, 11; 22. Əmrə Kılınc, 60. Ntçam, 75 – Yasin Özcan, 90+1. Da Koşta, 90+5.
İstanbul BŞ – Hatayspor 1:0
Abeid, 11.
İstanbulspor – Alanyaspor 0:1
Novaiş, 89-p.
Ankaragücü – Çaykur Rizəspor 1:1
Morutsan, 14 – Qayç, 90+7.
Konyaspor – Sivasspor 0:1
Nji, 17.
1. Fənərbaxça 15 13 1 1 40-11 40
2. Qalatasaray 15 13 1 1 31-9 40
3. Kayserispor 15 8 5 2 21-14 29
4. Trabzonspor 15 8 2 5 27-19 26
5. Beşiktaş 15 8 2 5 22-19 26
6. Adana Dəmirspor 15 6 5 4 27-19 23
7. Antalyaspor 15 6 5 4 22-17 23
8. Çaykur Rizəspor 15 6 4 5 15-20 22
9. Kasımpaşa 15 6 3 6 27-31 21
10. Hatayspor 15 4 6 5 24-22 18
11. Ankaragücü 15 4 6 5 21-21 18
12. Sivasspor 15 4 6 5 18-24 18
13. Fatih Karagümrük 15 4 5 6 18-14 17
14. İstanbul BŞ 15 4 3 8 15-20 15
15. Qaziantep 15 5 0 10 15-25 15
16. Konyaspor 15 3 5 7 15-21 14
17. Samsunspor 15 4 2 9 17-25 14
18. Alanyaspor 15 3 5 7 12-23 14
19. Pendikspor 15 3 4 8 16-32 13
20. İstanbulspor 15 2 2 11 11-27 8
Bombardirlər: İkardi (Qalatasaray), Ceko (Fənərbaxça) – 12, Tiam (Kayserispor) – 11.
Növbəti turun oyunları dekabrın 15-18-i aralığında keçiriləcək: Çaykur Rizəspor – Beşiktaş, Sivasspor – Qalatasaray, Fənərbaxça – Konyaspor, Trabzonspor – Samsunspor, Fatih Karagümrük – Kayserispor, Adana Dəmirspor – İstanbulspor, Alanyaspor – Ankaragücü, Kasımpaşa – İstanbul BŞ, Pendikspor – Antalyaspor, Hatayspor – Qaziantep.

Turun rəqəmi
40 – 15 tura 13 qələbə və 40 xallıq göstərici əslində Türkiyə çempionatında rekordun təkrarlanması deməkdi. Buna qədər turnirin tarixində yalnız bir dəfə belə göstəricilər qeydə alınmışdı. 2004/05-də Kristof Daumun “Fənər”i 15-ci həftəni eyni rəqəmlərlə tamamlamışdı. Amma bu mövsüm birdən-birə iki komanda bu rekordu təkrarlayıb. Təbii ki, söhbət “Fənərbaxça” ilə “Qalatasaray”dan gedir. Bu məqam cari mövsümün nə qədər çətin keçdiyini və eyni zamanda iki komandanın hegemonluğunu göstərir.

Turun ulduzu
Duşan Tadiç (Fənərbaxça) – “Fənərbaxça”nın irəlidəki legionerləri bu mövsüm komandanı çiyinlərində daşımaqda davam edir. Ceko 12 qolla superliqada bombardirlər yarışına başçılıq edirsə, Şimanski rəsmi oyunlarda vurduğu 11 qolla karyerasının ən məhsuldar mövsümünü keçirir. Amma son həftələrin ən parlaq oyunçusu Tadiçdi. Serbiyalı ulduz derbidə penaltini boşa versə də, bir qol və bir məhsuldar ötürmə ilə yenə diqqətçəkən performans sərgilədi. O, “Fənər”in superliqada vurduğu son 11 qolun 8-də yaxından iştirak edib (5 qol, 3 məhsuldar ötürmə)! Tadiç bu mövsüm Türkiyə çempionatında həm 6 qol, həm də 6 məhsuldar ötürmə həddinə çatan yeganə futbolçudu.

Turun sitatı
Mərt Günok, “Beşiktaş”ın qapıçısı: “Fanatlarımızdan üzr istəyirik. Nəticəni bir kənara qoysaq, oyun baxımından da yaxşı futbol sərgiləmədik. Ümumiyyətlə, son vaxtlar işlərimiz yaxşı getmir. Qalib gəldiyimiz matçlarda da çətinlik çəkirik. Derbidə çox üzücü bir məğlubiyyət yaşadıq. Çünki yeni rəhbərlik və idarə heyəti gəlmişdi. İlk oyunda onlara qələbə hədiyyə etmək istəyirdik. Fərdi baxımdan bəzi oyunçular üzərlərinə daha çox məsuliyyət götürməlidi. Əslində deyiləcək çox söz var. Amma hələ ki bu qədəriylə kifayətlənirəm”.

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “Oyuna yaxşı başladıq və qapımız önündə ciddi təhlükə yaranmadan hesabı 2:0 etdik. Qapımıza təyin olunan penaltiyə gəlincə, qaydalarda nə yazıldığını bilsəydik, daha yaxşı anlayardıq. Eyni epizodda fərqli stadionlarda fərqli qərarlar verilir. Bu penaltidisə, bütün hakimlər belə epizodlarda penalti verməlidi. Türkiyə futbolunda sol müdafiəçi ilə bağlı problem yaşanır. Sol müdafiəçi yetişdirə bilmirik. Yığmada həmin mövqedə Fərdi oynasa da, o, karyerasına oyun qurucusu kimi başlamışdı. Biz son dönəmlər o mövqedə Barışı oynadırıq. Çünki fiziki cəhətdən güclüdü və həm irəliyə, həm də geriyə yardım edir. Amma təcrübə də lazımdı. Superliqa matçlarında o mövqedə yerli futbolçu oynatmaq istəyirik və Anxelinyo da bu durumu anlayışla qarşılayır. Kazımcan Karataş gənc oyunçudu və daha yaxşı oynadığı müddətdə ona da şans verəcəm. Rəqiblər İkardinin yanına 2 futbolçu qoyur. Bu üzdən onun işi çətin olur. Amma performansından məmnunam. Sançeslə Ziyeşin Kopenhagendə oynayıb-oynamayacağına daha sonra qərar verəcəyik”.
Rza Çalımbay, “Beşiktaş”ın baş məşqçisi: “Əslində ilk yarının ortalarına qədər bərabər səviyyədə keçən bir matç izlədik. Amma sonradan bizim oyunçular daha çox səhvə yol verməyə başladı. Fanatlarımız adına çox üzüldüm. Çünki həvəsli şəkildə gəlmişdilər və bizi də mükəmməl dəstəklədilər. Hər kəs üçün önəmli olan bu derbidə ümidləri doğrultmadıq. Səviyyəmizin çox altında bir futbol sərgilədik. Bu qədər zəif oyun gözləmirdim. Bəxtimiz də gətirmədi. Fernandeş və Umut Meraş zədələndikdən sonra onların mövqelərinə məcburiyyətdən başqa futbolçular qoymalı olduq. İsətdiklərimizi həyata keçirə bilmədik. Amma belə getməyəcək. Qış fasiləsində işləri düzlətməyə çalışacağıq. Sadəcə, bizə bir qədər zaman lazımdı. Heç bir ay deyil bu vəzifəyə gəlmişəm. Çempionatda 4-cü oyunumda ilk dəfə uduzduq. Bura böyük camiədi. Futbolçular da performanslarını yuxarı çəkməlidi. Bu komanda ilə mövsümöncəsi toplanışı mən keçsəydim, belə olmazdı. Bəlkə də bu oyunçuların yarısı indi heyətdə olmazdı! Qəbul etdiyim komanda həm fiziki cəhətdən geridədi, həm də çoxlu zədəlilər var. “Beşiktaş”ın hədəfi heç vaxt bitmir. Ən azı ikinci olmağa və ölkə kubokunu qazanmağa çalışacağıq”.
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Oyunçularımı və fanatlarımızı təbrik edirəm. Həmişə oynamaq istədiyimiz futbol məhz budu. Çox çalışdıq, müzakirələr apardıq və əvvəldən sona qədər də meydanda dominantlıq etdik. Rəqibin cərimə meydançasında topla çox oynadıq. Gözəl, pozitiv oyunla layiqli 3 xal qazandıq. “Beşiktaş”a və Rza Çalımbaya növbəti oyunlarda uğurlar arzulayıram. Liderik və yolumuza davam edirik. Bu mövsüm fanatlarımızla birləşməyi bacarırıq. Onlar tribunada, biz də meydanda fərq yaradırıq. Ümid edirəm ki, onların verdiyi bu enerji ilə sonda hədəfimizə çatacağıq. Cikunun qayıtması yerinə düşdü. 42 gün bizimlə birlikdə deyildi. Cəmi 4 məşqə çıxdı və ən azı 60-70 dəqiqə oynaya biləcəyini söylədi. Mərkəzdə Samet Akaydınla birlikdə çox yaxşı oyun sərgilədi. Fred də bizim üçün önəmli futbolçu olduğunu göstərdi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-12-2023, 13:0

''Qalatasaray'' bunu tarixində 4-cü dəfə bacardı

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

15-04-2023, 13:0

Okan Buruk bunu bacaran 4-cü məşqçi oldu

Dünya futbolu

7-01-2023, 21:0

Superliqada maraqlı tur

Dünya futbolu

14-03-2023, 21:0

“Qalatasaray” 63 illik rekordu yenilədi – TƏHLİL

Dünya futbolu

4-10-2023, 22:0

“Fənərbaxça” 14-cü oyunda da büdrəmədi! - TURUN ŞƏRHİ

Aktual
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Son xəbərlər
  • Bu gün, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 15:01
    Karyerasını başa vurdu
  • Bu gün, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 191
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 172
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə