"Qarabağ" - "Həkken" oyununun hakimləri açıqlandı

12.12.2023 10:00 175
Avropa Liqası
Bakıda "Qarabağ" və İsveçin "Hakken" komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun matçının təyinatları bəlli olub.

"Football-plus.az" xəbər verir ki, qarşılaşma Albaniyadan olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Yucin Cayaya Doyando Miftari və Rejdi Avdo kömək edəcək. Dördüncü hakim funksiyasını Olsion Yzeiraj yerinə yetirəcək. VAR-da italiyalı Luka Payretto və Valerio Marini yer alacaq. Maltalı Alan Mario Sant hakim-inspektor olacaq.