Cari mövsümü qeyri-sabit keçirən “Mançester Yunayted”dən bir neçə oyunçunun ayrılması gözlənilir.
“The Independent” qəzeti rəhbərliyin artıq mövsümün gedişində 3 futbolçu ilə vidalaşmağı planlaşdırdığını xəbər verib.
Qəzet transferə çıxarılan oyunçuların adlarına da aydınlıq gətirib. Baş məşqçi Erik ten Haqın planlarına daxil olmayanlar Kazemiro, Ceydon Sanço və Rafael Varandı.