UFC-nin prezidenti Dana Uaytın fikrincə, PFL liqasının “Bellator”u alması rəhbərlik etdiyi qurumun qələbəsidi:
“Dəhşətli dərəcədə əyləncəlidi. Onlara hər şeyin ən yaxşısını arzulayıram. Bunu əvvəllər də demişəm. Bilet sata bilməyən və turnirlərinə heç kimin baxmadığı bir zibil təşkilat özü kimi bilet sata bilməyən və turnirlərinə heç kimin baxmadığı o biri zibil təşkilatı alır. Mənim üçün bu şeytan qələbəsi kimi görünür. İrəli, uşaqlar”.
Xatırladaq ki, PFL-in sədri Donn Devis noyabrın 20-də bu qurumun “Bellator”u aldığını elan edib. Bu sövdələşmə 500 milyon dollara dəyərləndirilir.