• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Düşünün ki, bir tələbəyə hansısa fəndən test imtahanı verən vaxt “3” almaq bəs edir… – “Zirə” – “Araz-Naxçıvan oyununa sözönü

Premyer-liqa / Manşet

9-12-2023, 15:0

Bu gün Zirədə eyniadlı komanda "Araz-Naxçıvan"ı qəbul edir.

Tərəflərin turnir cədvəlində fərqli pillələrdə qərarlaşmasına, hətta "qartallar"ın nisbətən daha yaxşı mövqedə olmasına baxmayaraq, rəqiblərin oxşar tərəfləri, zəiflikləri çoxdu. İlk növbədə onu vurğulayım ki, həm zirəlilər, həm də naxçıvanlılar oyun planında üstün olsalar da, uğursuzluq zolağındadılar və qələbəyə həsrətdilər. Muxtar Respublika təmsilçisi son 4, "Zirə" isə son 2 oyunda 3 xal görməyib. Halbuki buna qədər ikisi də uğurla irəliləməkdəydi.

Bu gün keçiriləcək oyun komandaların iddialarına müəyyən ölçüdə aydınlıq gətirəcək. "Qartlallar" bu görüşdə də məğlub olsalar, nəinki 2-ci, hətta ilk "3-lük"də yeri də qorumaq çətin olacaq. Çünki arxadan "Səbail", "Sabah", "Neftçi" gəlir. 1-ci dövrədə vacib xallar itirən “bayquşlar” çempionatın 2-ci yarısında daha amansız olacaq. Murad Musayevin iddiası, əlinin altında səviyyəli futbolçuların yer alması və uğursuzluqlardan dərs çıxarması belə güman etməyə əsas verir. Odu ki, "Zirə" bu matçla yanaşı, qış fasiləsi ərəfəsindəki daha iki görüşdə maksimum çox xal toplamalıdı.

"Araz-Naxçıvan"ın qarşısına avrokuboka vəsiqə qazanmaq hədəfi qoyulmasa da, komanda autsayder olmaq niyyətində də deyil. Baş məşqçi Azər Bağırov da çıxışlarında dəfələrlə vurğulayıb ki, yaxşı oyun sərgiləməklə bacardıqca irəli getmək istəyirik, amma avrokuboklara vəsiqə qazanmaq kimi hədəfimiz yoxdu. Gənc mütəxəssisin sözlərində yalan yoxdu. Amma və lakin...

Komanda 3-cü turdan sonra sərgilədiyi oyun və nəticələr ilə göstərdi ki, boyundan hündür tullana bilir. Yəni avrokubok hədəfi qoyulmayıbsa, bu o demək deyil ki, irəliləyiriksə və həmin turnirə vəsiqə verən yerləri götürmək iqtidarındayıqsa, bundan istifadə etməyək. Düşünün ki, bir tələbəyə hansısa fəndən test imtahanı verən vaxt “3” almaq bəs edir. Amma imtahan suallarına göz gəzdirdikcə anlayır ki, çoxunun cavabını bilir. Belədə yalnız “3” almaq üçün masa arxasına əyləşmək və bildiyin cavabları yazmamaq, sadəcə, axmaqlıqdı. Eynən Azər Bağırov da geridə qalan 15 turda həm çempionatın atmosferini tutub, həm də komandasının güclü-zəif tərəflərini təhlil edib. Sadəcə, naxçıvanlıların hücuma daha çox aludə olması və komanda şəklində yaradıcı oyuna üstünlük verməsi müdafiəni yaddan çıxarıb. Müdafiənin mərkəzində də ciddi problemlər var. Bu nöqsanlar aradan qaldırılmaq şərti ilə indiki kreativ futbol davam etdirilsə, Azər Bağırov imtahandan “3” alan tələbə olmayacaq.

Xülasə "Araz-Naxçıvan" bu gün Zirə səfərində ən azı uduzmamalı və qarşıdakı iki görüşdə qələbə qazanmaqla qış fasiləsinə rahat yollanmalıdı.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

10-10-2023, 16:0

Dövrənin iki lideri var – TURUN ŞƏRHİ

1-ci liqa

15-03-2023, 15:0

"Araz Naxçıvan" "Zirə-2"yə qarşı - YENİLƏNİR

Premyer-liqa

1-11-2023, 20:0

Naxçıvan zirvəyə doğru addımlayır – TURUN ŞƏRHİ

Premyer-liqa

28-11-2023, 19:0

"Qarabağ" liderliyə yüksəldi, "Neftçi" yenə naxçıvanlılarla bacarmadı – TURUN ŞƏRHİ

Premyer-liqa

19-09-2023, 23:0

“Qarabağ” “Zirə”nin əsas izləyicisi oldu – TURUN ŞƏRHİ

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Bu gün, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 22:45
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Bu gün, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Bu gün, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Bu gün, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Bu gün, 20:08
    Millimizdən iki qələbə
  • Bu gün, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Bu gün, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Bu gün, 18:30
    Almaniyaya qayıtdı
  • Bu gün, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 15:07
    Klubuna sadiq qaldı
  • Bu gün, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Bu gün, 13:43
    Nuriyevin komandası uduzdu
  • Bu gün, 13:20
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 12:50
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Bu gün, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 193
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 125
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 98
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə