• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Joao Feliş “Atletiko” ilə “körpüləri yandırdı”

Dünya futbolu

28-07-2023, 18:0

Dilim mənim düşmənimdi!

Joao Felişin “Atletiko”nun icazəsi ilə Fabritsio Romaoya verdiyi və aşağıdakı ifadələri işlətdiyi müsahibəni oxuyandan sonra ağla gələn ilk söz budu: “Barselona”da oynamaq istəyərdim. “Barsa” həmişə ilk seçimim olub, məmnunluqla ora keçərəm. Lap uşaqlıqdan bunu arzulamışam”.

Ancaq portuqaliyalını əvvəlcə danışan, sonra isə nə dediyi haqda düşünən axmaqlardan saymaq olmaz. Sadəcə, zamanın təkərini bir neçə ay əvvələ fırlayın və Kriştiano Ronaldonun Pirs Morqana verdiyi müsahibəni xatırlayın. Həmin müsahibə körpülərin yandırılması ritualı idi, ondan sonra MY-nin narazı ulduzdan qurtulmaqdan başqa seçimi yox idi. İndiki tarixçədə futbolçunun və müsahibə götürənin soyadını dəyişsək, ancaq pərdə arxasında qalan agent Jorje Mendeşi saxlasaq, hər şey öz yerinə oturacaq. Hə, bu yalnız versiyadı, ancaq Ronaldo ilə Felişin tarixçəsi arasında hədsiz çox oxşarlıq var. Hətta əsas katalizatora – məşqçi ilə mürəkkəb münasibətlərə qədər. Kriştiano Erik ten Haqı hörmətsizlikdə qınayırdı, Feliş ictimaiyyət önündə Dieqo Simeoneni tənqid etməsə də, portuqaliya futbolçu ilə məşqçi arasındakı münasibətlərin soyuq olduğu çoxdan məlumdu. Və bu hələ “Benfika” “Atletiko”dan tarixində rekord məbləğ olan 127 milyon avronu aldığı gündən “oxunurdu”.

Od və buz – Simeno ilə Feliş haqda deyilə bilər. “Hindular”ın məşqçisi üçün tələblər, intizam, sistemə uymaq həmişə hər şeydən üstün olub. Hətta “qırmızı-ağlar” 1:0 hesabıyla qələbə qazanmağı xoşlayan komandadan aqressiv hücum futbolu sərgiləyən komandaya çevriləndə də. Feliş isə yaradıcılığın və azadlığın təcəssümüdü. “Mən ağıllı futbolçuyam, topla oynamağı və qol vurmağı sevirəm. Valideynlərim deyir ki, uşaq olarkən topu driblinqlə irəli aparmağı danışmaqdan daha tez öyrənmişəm” – onda hələ 19 yaşı olan Joao Portuqaliya çempionatında vurduğu 15 qolla “Benfika”da parlaq mövsüm keçirəndən və Avropa Liqasında “Ayntraxt”la oyunda het-trik edəndən sonra belə deyirdi. “Atletiko”da da hər şey gözəl başladı! Nyu-Cersidə keçirilən “Real”la mövsümöncəsi derbidə Feliş hər kəsi heyran etdi. Qol, iki məhsuldar ötürmə və prinsipial rəqibin darmadağın olunması – 7:3! Həmin oyunu izləyən istənilən şəxs düşünə bilərdi ki, doğrudanmı, Simeonenin əlinin altında kimsə belə azadlıq qazana bilər? Ancaq növbə rəsmi oyunlara çatınca Feliş sərt çərçivələr daxilində qaldı. Təbii ki, klub rəhbərlərindən birinin Felişi bir qədər mərkəzə çəkməklə bağlı xahişi də işə yaramdı. Şübhəsiz, belə oyun üslubu futbolçunun faydalı iş əmsalını azaltdı. Feliş La Liqada istedadına yaraşmayan dərəcədə az – cəmi 8 qol vurdu. Madriddəki debüt ilinin ardından oyun vaxtı da azalmağa başladı. Komandanın çempion olduğu 2020/21 mövsümündə Feliş özü üçün maksimal sayda – 31 oyuna çıxdı, ancaq bunların yalnız 14-də start heyətində yer aldı.

Qırmızı vərəqəli debüt
Qarşılıqlı narazılıq uzun müddət ərzində üst-üstə yığıldı və ötən ilin sonunda zirvə nöqtəsinə çatdı. Simeone dekabrda belə deyirdi: “Joao Felişlə münasibətlərimiz necədi? Yaxşı, işgüzar münasibətlərdi. “Atletiko”da işləməyə başladığım vaxtdan bütün gücümü qoyuram – həmişə bu prinsipə sadiqəm. Bəli, Felişlə bəzi fikir ayrılıqları var – nələrdəsə razılaşmayan adamlar arasında belə hallar olur. Ancaq biz klubu daha yaxşı vəziyyətə gətirmək üçün çalışmalıyıq. Mənim üçün komanda vacibdi. Joao dünya çempionatındakı kimi oynasa, vacib oyunçu olacaq. O istedadlıdı, ən yaxşı keyfiyyətləri “Atletiko”ya lazımdı”.

Ancaq klubun icraçı direktoru Migel Anxel Xil daha səmimi idi: “Yaxşı təklif daxil olsa, ona baxmalıyıq. Baş məşqçi ilə futbolçu arasında münasibətlər heç də ideal deyil. İstəyirəm ki, o qalsın, ancaq futbolçu fərqli düşünür”.

Beləcə Feliş “Çelsi”nin yolunu tutdu. Özünü göstərmək istəyi ona necə güc gəlmişdisə, elə ilk oyunda ağılsız “sürüşmə” fəndinə görə meydandan qovuldu. Sonra vəziyyəti dəyişmək cəhdləri oldu. Feliş Londonun top-klubunda qalmaq, yeni rola yiyələnmək və meydanda daha böyük azadlıq istəyirdi. Ancaq bütün bunlar Qrehem Potterin vaxtında idi, Frenk Lempard isə portuqaliyalıya o qədər də diqqət göstərmirdi. Deyirdi ki, mənə klassik “9 nömrə” lazımdı, amma Felişin meydanda dəqiq mövqeyi yoxdu. Bütün bunların məntiqi sonu o oldu ki, portuqaliyalı 20 oyunda 4 qol vurdu və “sükan arxasına” keçən Maurisio Poçettino klub rəhbərliyindən Felişə görə “Atletiko”ya 100 milyon avro ödənilməsini istəmədi.

Gözləməyə hazırdı
Elə məhz həmin andan qalmaqallı müsahibə ilə bitən yeni tarixçənin əsası qoyuldu. Həmin müsahibə gözlənilən reaksiya ilə qarşılandı. “Atletiko”dakı qaynağına istinad edən “Marca” bildirir ki, klub belə münasibəti hörmətsizlik və qeyri-peşəkarlıq sayır. “Qırmızı-ağlar”ın fanatları isə acığını Felişin stadionun yanındakı lövhəsindən çıxdı. Futbolçunun soyadının üzərindən xətt çəkildi, yanında siçovul şəkli çəkdilər, üstəlik burda yerləşdirilən təsvirdə qədim peşə sahibi olan qadına “Barselona”ya yollanmaq təklif olundu.
Kataloniyalılar hazırda Felişə yeganə real iddiaçıdı. Buna qədər Mendeşin müştərisini PSJ-yə göndərmək cəhdi iflasla müşayiət olunub, akademiyasının yetirməsi “Benfika”nın cibinə görə deyil, İngiltərə premyer-liqasının klublarının maraqlanması haqda deyilənlər isə boş söz-söhbətdi. Özü də bir halda ki, portuqaliyalı Çempionlar Liqasında oynamaq arzusu ilə yatıb-durur. İngiltərədən isə MY və “Nyukasl” ilə bağlı şayiələrə baxmayaraq, ona yalnız “ikinci eşelon” klublarından maraq göstərənlər var. Hər şeydən belə görünür ki, Feliş “Aston Villa”ya “yox” cavabı verib. “Barsa” isə çoxdan Felişə göz dikib, hətta onu Qrizmann və Depay ilə bağlı sövdələşmələrə daxil etmək üçün uğursuz cəhdlər də olub. İndi isə söhbət futbolçunu əvvəlcə icarəyə götürməkdən, ardından 50 milyon avro müqabilində məcburi transfer etməkdən gedir. Bu həqiqətdisə, deməli, vidalaşmanı təxminən bir il yubadan “Atletiko” maliyyə tələbini ikiqat aşağı salıb. Bundan artığını, sadəcə, verən yoxdu. Klub Felişə soyuq münasibətini yeni formanın təqdimat mərasimində də göstərdi. Aydın oldu ki, portuqaliyalıya məxsus “7 nömrə” artıq qanuni sahibi Qrizmanna qayıdıb. “Goal” isə xəbər verir ki, futbolçu ilə klub arasındakı münasibətlər tam pozulub, portuqaliyalını “nankor oğlan” sayırlar.

Madrid klubunun razılıq verdiyi keçidə nə mane ola bilər? Təbii ki, “Barselona”nın “maliyyə feyr-pleyi” və əməkhaqqı tavanına əməl etməklə bağlı problemləri. Ancaq Messi yenidən belə oyunlarda iştirak etmək istəmədisə, Feliş “transfer bazarı”nın son gününə qədər gözləməyə hazırdı. Arzusu naminə. Bu arzunu reallaşdırmaq heç vaxt gec deyil, Joaonun isə hələ cəmi 23 yaşı var, istedadı bir neçə il də parlaya bilər. Niyə də “Nio Kamp”da parlamasın?!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-07-2023, 11:0

Felişin açıqlaması “Atletiko”da gərginliyə səbəb oldu

Dünya futbolu

13-07-2023, 23:0

O, artıq “Atletiko”ya lazım deyil

Dünya futbolu

18-10-2022, 22:0

Yanvarda “Atletiko”dan getmək istəyir, amma...

Dünya futbolu

16-04-2023, 17:0

Felişin qiyməti məlum oldu

Aktual
“10 gün keçəndən sonra mənə yaxınlaşıb bonus istəyirdilər ki, pulumuzu...” – Ağasəlim Mircavadov
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
“Turan Tovuz”: ümidlə ümidsizlik arasında son gün!
Murad Məmmədov bu gün Cənubi Kiprə gedir – “Pafos”da neçə nömrə oynayacaq?
“Zirə” də Sumqayıta sığınacaq?
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Son xəbərlər
  • Dünən, 23:58
    “10 gün keçəndən sonra mənə yaxınlaşıb bonus istəyirdilər ki, pulumuzu...” – Ağasəlim Mircavadov
  • Dünən, 23:38
    Almaniya debütantı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:17
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:56
    Millimiz İspaniyaya uduzdu
  • Dünən, 22:35
    "Turan Tovuz" hazırlıqlara başladı
  • Dünən, 22:16
    Klopp dünya çempionatındakı bu yeniliyə görə FİFA-nı yıxıb-sürüdü
  • Dünən, 21:49
    "Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
  • Dünən, 21:22
    "Neftçi" çempion oldu
  • Dünən, 20:51
    Millimiz Avropa kubokunun finalında
  • Dünən, 20:39
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 20:20
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 19:59
    “Turan Tovuz”: ümidlə ümidsizlik arasında son gün!
  • Dünən, 19:28
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 18:57
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    La Liqada yeni təyinat
  • Dünən, 17:55
    86 yaşında dünyasını dəyişdi
  • Dünən, 17:26
    ''Qalatasaray''ın sabiq ulduzu: ''Avstraliya bu gecə çoxlarını susdurdu''
  • Dünən, 16:55
    Levandovski ABŞ-yə nə üçün yollanıb?
  • Dünən, 16:24
    Hakim “ofsayda düşdü”
  • Dünən, 15:53
    Rikelme: “Bu bizim üçün son deyil, başlanğıcdı”
  • Dünən, 15:22
    Türkiyə 9 nəhəng turnirdən 8-nə məğlubiyyətlə başlayıb!
  • Dünən, 14:51
    Montella məğlubiyyətdən sonra nələr dedi? - ''Tənqidləri qəbul etməliyik''
  • Dünən, 14:20
    Şahmatçılarımız dünya çempionatı üçün İtaliyada
  • Dünən, 13:49
    Adi yay, qeyri-adi qeyri-müəyyənlik
  • Dünən, 13:25
    Murad Məmmədov bu gün Cənubi Kiprə gedir – “Pafos”da neçə nömrə oynayacaq?
  • Dünən, 12:54
    Avram ölkəsinə qayıtdı, çempionla anlaşdı
  • Dünən, 12:23
    Acun Ilıcalı “Hall Siti” fanatlarına Antalyada istirahət şansı yaratdı
  • Dünən, 11:51
    "Şamaxı"nın sabiq futbolçusu Ermənistan klubunda
  • Dünən, 11:20
    Millimiz Alikantedə İspaniya ilə üz-üzə
  • Dünən, 10:59
    “Hara gəldiyimi və məndən nə gözlədiklərini anlayıram” - İraola “Liverpul”un baş məşqçisi kimi ilk müsahibəni verdi
  • Dünən, 10:28
    “Zirə” də Sumqayıta sığınacaq?
  • Dünən, 09:57
    Türkiyə turnirə məğlubiyyətlə başladı - DÇ səhəri
  • Dünən, 01:11
    B qrupunda yenə heç-heçə - DÇ gecəsi
  • 13-06-2026, 23:0
    Paytaxt klubunu tərk edəcək
  • 13-06-2026, 23:0
    Millimiz dünya çempionu oldu
Daha çox
Oxunub: 500
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 262
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 259
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 225
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə