Mahirin komandasından səfər qələbəsi

5.12.2023 10:00 203
Dünya futbolu
Xorvatiya çempionatında 17-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, bu gün Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Slaven"nın qonağı olub. Qarşılaşma Zaqreb təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir bu görüşün iştirakçısı olmayıb. 26 yaşlı hücumçu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Xallarını 30-a yüksəldən "Dinamo" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Paytaxt klubu rəqiblərindən iki oyun az keçirib.