• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bayer-04” və Keyndən növbəti rekordlar - TURUN ŞƏRHİ

Dünya futbolu

29-11-2023, 22:0

Tarixinin ən pis mövsümlərindən birini keçirən “Köln” nə qədər çalışsa da, turun cümə günü keçirilən açılış oyununda doğma fanatları önündə “Bavariya”dan xal ala bilmədi.

“Football-plus.az” xəbər verir ki, Keynin ilk yarının ortalarında vurduğu qol görüşdə yeganə oldu. Bu məğlubiyyətlə turnir cədvəlində sonuncu pilləyə geriləyən “keçilər” ardıcıl 20-ci bundesliqa matçında qapısını toxunulmaz saxlaya bilmədi. Münhen nəhənginin bu rəqibə qarşı məğlubiyyətsiz seriyası isə 19 oyuna çatdı (17 qələbə, 2 heç-heçə). Tomas Tuxelin əvəzetməyə ehtiyac duymaması da diqqəti çəkdi. “Rekordmayster” bundesliqada sonuncu dəfə 2010-cu il dekabrın 11-də “Sankt Pauli” ilə qarşılaşmada əvəzetmədən yararlanmamışdı. Həmin vaxt komandanı Lui van Qal çalışdırırdı.
Şənbə günü maraqlı nəticələr qeydə alındı.

“Volfsburq” son bir ayda 2-ci dəfə “Leyptsiq”i evə əliboş yola saldı. Ötən ayın sonlarında ölkə kubokunun 1/16 finalında da “canavarlar” minimal hesabla üstün olmuşdu. Ardıcıl iki məğlubiyyətlə fanatlarını məyus edən Dortmund “Borussiya”sı böhrandan mükəmməl geridönüşlə çıxdı. “Arılar” evdə mühnenqladbaxlılarla matçın gedişində 2 top geriyə düşsələr də, inamlı qələbə qazandılar. Dortmundluların evdə bu rəqibə qarşı qələbə seriyası 9 oyuna çatdı (top fərqi – 35:7)! “Bayer-04” rəqiblərinə futbol dərsi keçməkdə davam edir. Budəfəki qurban “Verder” oldu. Özü də Bremendə. Leverkuzen təmsilçisinin qələbə seriyası rəsmi matçlarda 13, bundesliqada 9 oyuna çatdı. Hər iki göstərici klub tarixinin yeni rekordudu. Ən əsası “Bayer-04” bundesliqa tarixinin daha bir rekordunu yenilədi. Belə ki, indiyə qədər ilk 12 turun hər birində ən azı 2 qol vuran komanda olmamışdı! “Ştutqart” da yaxşı mənada təəccübləndirməkdə davam edir. Ən yaxşı startını reallaşdıran şvabiyalılar Frankfurtdan qələbə ilə döndülər. “Union” isə heç cür tilsimi qıra bilmir. Avqustdan bəri qələbəyə həsrət qalan paytaxt təmsilçisi evdə “Auqsburq”la da bacara bilmədi. Onu da vurğulayaq ki, rəsmi matçlarda ardıcıl 15-ci oyunda qalib gələ bilməyən berlinlilərin başına xorvatiyalı Nenad Byelitsa gətirilib.

12-ci tur
Köln – Bavariya 0:1
Keyn, 20. (50000)
Bavariya: Noyer, Laymer, Upamekano, Kim Min Çje, Mazraui, Kimmix, Qoretska, Sané, Çupo-Motinq, Koman, Keyn.
Borussiya D – Borussiya M 4:2
Zabitser, 30. Füllkruq, 32. Bayno-Gittens, 45. Malen, 90+7 – Rayts, 13. Kone, 28. (81365)
Borussiya: Kobel, Ryuyerson, Hummels, Şlotterbek, Bensebayni, Zabitser (Reyna, 46), Əmrə Can (Salih Özcan, 67), Bayno-Gittens (Malen, 67), Roys (Volf, 90+4), Brandt, Füllkruq (Mukoko, 75).
Volfsburq – Leyptsiq 2:1
Vind, 9. Rojerio, 66 – Poulsen, 52. (25350)
Leyptsiq: Blasvix, Henrixs, Simakan, Lukeba, Raum, Şlager, Aydara (Zayvald, 83), Baumqartner (Karvalyo, 83), Simons, Openda, Poulsen (Forsberq, 73).
Union – Auqsburq 1:1
Folland, 88 – Demiroviç, 39-p. (22012)
Union: Rönnov, Trimmel (Yuranoviç, 76), Yekkel, Knoxe, Leyte, Qosens (Russiyon, 75), Layduni, Haberer (Şafer, 75), Folland, Fofana (Kaufmann, 75), Berens.
Verder – Bayer-04 0:3
Deman, 9-öz qapısına. Frimponq, 43. Qrimaldo, 76. (42100)
Bayer-04: Qradetski, Kossunu, Andrix, İnkapye, Frimponq (Tella, 81), Palasios, Caka (Puerta, 89), Qrimaldo, Hofmann (Əmiri, 89), Virts (Hlojik, 81), Bonifas (Adli, 71).
Ayntraxt F – Ştutqart 1:2
Anton, 26-öz qapısına – Dəniz Undav, 1; 45+1. (58000)
Ayntraxt: Trapp, Buta (Aaronson, 80), Tuta, Paço, Maks (Nkunku, 55), Larsson, Skiri, Dina Ebimbe, Knauff (Götse, 70), Çaibi Marmuş (Nqankam, 80).
Frayburq – Darmştadt 1:1
Höler, 35 – Honsak, 18. (34300)
Frayburq: Atubolu, Doan (Sildilliya, 82), Ginter, Linhart, Qulde (Makenqo, 82), Vaysshaupt, Eqqeştayn, Höfler, Höler (Adamu, 90+2), Qrifo, Qreqoritş.
Hoffenhaym – Maynts-05 1:1
Skov, 48 – Rixter, 39. (22000)
Haydenhaym – Bohum 0:0
(15000)
1. Bayer-04 12 11 1 0 37-10 34
2. Bavariya 12 10 2 0 43-9 32
3. Ştutqart 12 9 0 3 31-15 27
4. Borussiya D 12 7 3 2 25-19 24
5. Leyptsiq 12 7 2 3 29-12 23
6. Hoffenhaym 12 6 2 4 24-21 20
7. Ayntraxt F 12 4 6 2 18-13 18
8. Volfsburq 12 5 1 6 17-21 16
9. Frayburq 12 4 3 5 15-23 15
10. Auqsburq 12 3 5 4 21-24 14
11. Borussiya M 12 3 4 5 25-27 13
12. Verder 12 3 2 7 18-25 11
13. Haydenhaym 12 3 2 7 17-26 11
14. Bohum 12 1 7 4 11-25 10
15. Darmştadt 12 2 3 7 15-33 9
16. Maynts-05 12 1 5 6 12-25 8
17. Union 12 2 1 9 12-27 7
18. Köln 12 1 3 8 9-24 6
Bombardirlər: Keyn (Bavariya) – 18, Girassi (Ştutqart) – 15, Openda (Leyptsiq), Vind (Volfsburq) – 9, Sane (Bavariya) – 8.
Növbəti turun oyunları dekabrın 1-3-ü aralığında keçiriləcək: Bavariya – Union, Leyptsiq – Haydenhaym, Bayer-04 – Borussiya D, Maynts-05 – Frayburq, Borussiya M – Hoffenhaym, Bohum – Volfsburq, Auqsburq – Ayntraxt F, Ştutqart – Verder, Darmştadt – Köln.

Turun rəqəmi
18 – 12-ci turda vurduğu qolların sayını 18-ə çatdırmaqla Keyn iki rekordu birdən yenilədi. 60 illik bundesliqa tarixində 12 tura bu qədər qol vuran futbolçu olmamışdı. Əvvəlki rekord 1968/69-da 17 dəfə fərqlənən Herd Müllerə məxsus idi. Bundan başqa, Keyn artıq indidən bundesliqada bir mövsümə ən çox qol vuran ingiltərəli futbolçuya çevrilib! Əvvəlki rekord hərəyə 17 qol vuran Kevin Kiqanla (1978/79) Ceydon Sançoya (2019/20) aid idi. 17 qolu Kiqan 3059 dəqiqəyə (orta hesabla hər 180 dəqiqəyə 1 qol), Sanço 2289 dəqiqəyə (hər 135 dəqiqəyə 1 qol) vurmuşdusa, Keynə rekord üçün meydanda cəmi 1052 dəqiqə (hər 58 dəqiqəyə 1 qol) keçirmək kifayət edib! Maraq üçün bildirək ki, turnirin tarixində ən məhsuldar ingiltərəli futbolçu 131 oyuna 39 qol vurmuş Toni Vudkokdu.

Turun ulduzu
Dəniz Undav (Ştutqart) – 27 yaşlı türkəsilli forvard indi elə formadadı ki, hətta mövsümə fenomenal başlayaraq bir sıra rekordları yeniləyən Girassi belə ehtiyatda qalmağa məcburdu. Çətin Frankfurt səfərində dubl edən Undav şvabiyalıların qəhrəmanına çevrildi. Müqavilə ilə “Brayton”a məxsus olan və “Ştutqart”da icarə əsasında top qovan futbolçu yeni klubunda artıq 9 bundesliqa matçında 7 qol vurub. Bu, klub tarixindəki rekord göstəricinin təkrarlanması deməkdi. Daha öncə “Ştutqart”da Hartmut Vayss (1965), Frits Valter (1987) və Ademar (2001) belə məhsuldarlıq sərgiləmişdi.

Turun sitatı
Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi: “Çupo-Motinq hava toplarında daha yaxşı oynayır. Uzun ötürmələrlə onun irəlidə bizə yardım etməsinə ümid bəslədik. Bundan başqa, Çupo-Motinq həftəboyu məşqdə özünü çox yaxşı tərəfdən göstərdi. Start heyətində Müllerin yox, məhz onun meydana çıxması bu amillərlə bağlıdı. Futbolçularım görməlidi ki, məşqdə yaxşı performans sərgiləyən oyunçunun start heyətinə düşmək şansı olur. Bu mesajı onlara vermək mənim üçün önəmlidi. Müllerə gəlincə, bu aralar bir qədər az oynasa da, əvvəlki kimi “Bavariya” üçün çox vacib simadı. Başa düşürəm ki, burda bir çox oyunçu start heyətində oynamaq istəyir. Müller istənilən halda bizim üçün dəyərli futbolçudu”.

2-ci BUNDESLİQA
14-cü tur: Kayzerslautern – Holştayn 0:3, Qroyter – Vehen 2:0, Fortuna – Şalke-04 5:3, Hamburq – Ayntraxt B 2:1, Hannover-96 – Herta 2:2, Elversberq – Paderborn 4:1, Osnabrük – Maqdeburq 0:2, Hanza – Sankt Pauli 2:3, Karlsrue – Nürnberq 4:1.
1. Sankt Pauli 14 8 6 0 27-11 30
2. Hamburq 14 8 3 3 28-18 27
3. Holştayn 14 8 2 4 26-21 26
4. Fortuna 14 7 3 4 29-18 24
5. Qroyter 14 7 3 4 23-17 24
6. Elversberq 14 7 3 4 23-20 24
7. Hannover-96 14 6 5 3 28-17 23
8. Vehen 14 6 3 5 15-15 21
9. Nürnberq 14 6 3 5 23-26 21
10. Herta 14 5 3 6 26-24 18
11. Kayzerslautern 14 5 3 6 25-28 18
12. Paderborn 14 5 3 6 22-27 18
13. Maqdeburq 14 4 4 6 23-23 16
14. Karlsrue 14 4 4 6 23-24 16
15. Hanza 14 5 1 8 15-21 16
16. Şalke-04 14 4 1 9 23-33 13
17. Ayntraxt B 14 2 2 10 11-28 8
18. Osnabrük 14 1 4 9 14-33 7
Bombardir: Qlatsel (Hamburq) – 10.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

28-04-2023, 17:0

“Borussiya” sona 5 tur qalmış zirvəyə yerləşdi! – TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 21:0

Terziç “Borussiya”da yeni rekordçu oldu – ŞƏRH

Dünya futbolu

10-05-2023, 15:0

“Bavariya” qaçır, “Borussiya” qovur - TURUN ŞƏRHİ

Dünya futbolu

14-03-2023, 18:0

“Borussiya” derbidə büdrədi və “Bavariya”nı irəli buraxdı – TƏHLİL

Aktual
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Son xəbərlər
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
Daha çox
Oxunub: 701
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 239
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə