• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Maraqlı

28-11-2023, 19:0

Daha bir futbol həftəsini geridə qoyduq.

"Football-plus.az" saytı olaraq ötən həftənin maraqlı sitatlarını diqqətinizə çatdırırıq:

Canni İnfantino, FİFA-nın prezidenti: “Futbolda meydanda və ondan kənarda təcavüzə və qarşıdurmaya qətiyyən yer yoxdu. Braziliya və Argentina arasındakı matçda baş verən insidentlər bizim idmanda və cəmiyyətimizdə olmamaldı. Futbol matçının keçirilməsi və bu oyundan həzz alınması üçün istisnasız olaraq hər kəs – oyunçular, azarkeşlər, personal və rəsmi nümayəndələr təhlükəsiz şəraitdə olmalıdılar. Mən müvafiq strukturları belə şəraiti təmin etməyə çağırıram”.
Joze Mourinyo, “Roma”nın baş məşqçisi: “Fikrimcə, “Real” kimi böyük klubu ancaq mənim kimi çılğın adam tərk edə bilərdi. Təbii ki, işdən qovulmasanız. Bir vaxtlar rəhbərlik qalmağımı istəsə də, “Real”dan ayrılmalı oldum. Əminəm ki, Karlo Ançelotti son anda fikrini dəyişəcək və Florentino Peres ona zəng edən kimi qalmağa qərar verəcək. Bəs mən “Roma”da qalacağam? Bilmirəm. Cənab Den (klubun prezidenti Den Fridkin – R.Y.) ilə sonuncu dəfə “Latsio” ilə derbidən (A seriyası matçı noyabrın 12-də keçirilib və qolsuz sona çatıb – R.Y.) on dəqiqə sonra telefon vasitəsilə danışmışam. Səudiyyə Ərəbistanına yollana bilərəm? Sizə sözün düzünü deyirəm, bir gün bu ölkəyə üz tutacağam. Amma onu da deyim ki, “günlərin birində” deyəndə sabahı və ya birisi günü nəzərdə tutmuram”.
Karl-Haynts Rummenigge, “Bavariya”nın vitse-prezidenti: “Xabi Alonso məşqçilik peşəsini sıfırdan öyrənmək üçün özünə vaxt ayırdı. Onun böyük məşqçi olacağını bilirdim. “Bayer-04” böyük hörmətə layiqdi, çox cəlbedici futbol oynayırlar”.
Olivye Jiru, “Milan”ın hücumçusu: “Müqaviləmin müddəti mövsümün sonunda başa çatacaq. Amma karyerama “Milan”da davam etmək istəyirəm. Yeni anlaşma ilə bağlı danışıqlar hələ başlamayıb. Klubun yaxın zamanda məni görüşə dəvət edəcəyini gözləyirəm. Karyeramla bağlı heç bir məhdudiyyət qoymaq fikrim yoxdu”.
Yulian Naqelsmann, Almaniya yığmasının baş məşqçisi: “Almaniya millisində işləməyimə peşman deyiləm. Bura xoşuma gəlir. Əlimizdə olan hər şeydən istifadə edərək mövcud vəziyyətdən çıxış yolu tapmalıyıq. Kədərlənirəm, amma çox da məyus olmuram. Məğlubiyyətlər pis nəticədi. İndi daha az danışıb meydanda daha çox iş görməliyik”.
Xviça Kvaratsxeliya, “Napoli”nin yarımmüdafiəçisi: “Parisdəki mükafatlandırma mərasimində Messi sağ tərəfimdə oturmuşdu. Bizə canlı yayında reklam verilərkən ayağa qalxmamağımız və çox hərəkət etməməyimizlə bağlı xəbərdarlıq edilmişdi. Buna görə də yerimdə oturmuşdum. Amma Lionel birdən ayağa qalxdı və mənə doğru gəldi. Nə baş verdiyini anlamadım, o, əlimi sıxdı. Ona bu jestinə görə təşəkkür edirəm. Messi gözəl insandı”.
Mauritsio Sarri, “Latsio”nun baş məşqçisi: “Yuventus”da məndən yalnız Çempionlar Liqasında qələbə istədilər, mesaj dərhal aydın oldu. Skudettonu qazandım. Rəhbərlik oyun tərzini dəyişmək istəyirdi, lakin klubda qətiyyət yox idi. Bircə onu deyə bilərəm ki, Turinə gəlməzdən əvvəl “Çelsi”dən ayrılmaqda səhv etmişəm. İtaliyaya qayıtmaq mənim üçün səhv qərar idi”.
Aleksis Makallister, Argentina yığmasının yarımmüdafiəçisi: “Dünya çempionatının seçmə oyununda “Marakana”da qalib gəlmək... porno kimidi”.
Paolo Maldini, “Milan”ın sabiq texniki direktoru: “Bir müddət əvvəl onun “İnter Mayami”yə keçə biləcəyi haqda xəbəri oxuyanda məyus olmuşdum. Messini “Milan”a gətirmək üçün on gün ərzində bir çox yola baş vurmuşdum. Lakin cəhdlərimizin sonunda bunun, sadəcə, mümkün olmadığını anladım...”
Xavyer Tebas, İspaniya La Liqasının prezidenti: “Vəzifəmdən istefa vermişəm. Bu qərara səlahiyyət müddətimin rəsmən sona çatacağı dekabrın 23-dən bir qədər tez gəlmişəm. Yeni seçki prosesi başlayır. Bu prosesdə mən də iştirak edəcəyəm. Qarşımızda duran vəzifələrin həlli üçün klublardan mənə növbəti dəfə etimad göstərməyi xahiş edirəm”.
Qabriele Qravina, İtaliya Futbol Federasiyasının prezidenti: “Mançininin idman deyil, insani planda seçimi məni məyus etdi. Həmişə dostum saydığım Robertonun milli komandanı tərk etmək qərarı ilə məni sanki satdığını hiss etdim. Onun mənə vurduğu yaranı indiyədək sağalda bilməmişəm...”
Savo Miloşeviç, Bosniya və Hersoqovina yığmasının baş məşqçisi: “Yarımfinalda Ukrayna ilə oynayacağımız bizim üçün püşkün mənfi nəticəsidi. Rəqibimiz pley-offun 12 iştirakçısı arasında ən güclü komandalardan biridi. Bu səbəbdən bizi qarşıda çox çətin oyun gözləyir. Ukrayna başqa qrupu asanlıqla dəf edə bilərdi. Amma qrupda İngiltərə və İtaliya kimi güclü komandalara qarşı oynamalı oldular. Digər yandan yarımfinal matçını öz meydanımızda keçirəcəyik ki, bu da pley-off duelləri baxımından üstünlük sayılır. Hə, Ukraynanı məğlub etsək, finalı da evdə keçirəcəyik. Deməli, qitə çempionatında oynamaq üçün ardıcıl iki ev oyununda uğur qazanmalıyıq. Amma yenə deyirəm, işimiz heç də asan olmayacaq”.
Antuan Qrizmann, “Atletiko”nun hücumçusu: “2018-ci ildə “Qızıl top”u qazanmağa layiq idim? Hə (gülür)”.
Kristian Romero, Argentina yığmasının müdafiəçisi: “Aman Tanrım, bizim necə komandamız var! Özünü necə bu möhtəşəm kollektivin üzvü olduğunu hiss etməyəsən? Biz tarix yazmağa davam edirik. Braziliyalıların futbola növbəti dəfə ləkə vurması məyusedicidi. “Marakana”da həmişə eyni hadisələr baş verir”.
Zlatan İbrahimoviç, “Milan”ın sabiq hücumçusu: “Milan”a rəhbər vəzifələrdən birini tutmaq üçün qayıtmağım nə dərəcədə mümkündü? Baxarıq. Biz bir-birimizlə ünsiyyət qururuq”.
Aleksis Makallister, Argentina yığmasının yarımmüdafiəçisi: “Marakana”da qalib gəlmək... porno kimidi”.

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-11-2023, 21:0

Ötən həftənin sitatları

Dünya futbolu

13-02-2023, 12:0

Ançelotti Braziliyanın başına keçəsi olmadı

Dünya futbolu

12-02-2023, 22:0

Ançelotti “Real”ı nə vaxt tərk edəcək?

Dünya futbolu

13-11-2022, 13:0

Ançelottinin yerini tuta bilər

Dünya futbolu

17-06-2023, 17:0

Ançelotti “Real”da nədən narazıdı?

Aktual
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Mezzotero asan qol vurdu, amma vurdu da!
Son xəbərlər
  • Bu gün, 11:50
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
  • Dünən, 21:00
    Millimizin San Marinoya qarşı start heyəti
  • Dünən, 20:55
    U-21 millimiz Qırğızıstana uduzdu
  • Dünən, 20:45
    Azərbaycan boks tarixində ilk
  • Dünən, 20:21
    Yeni Zelandiyanın yeni “ulduzu” kimdi?
  • Dünən, 19:50
    U-20 millimiz ilk matçda qələbə qazandı
  • Dünən, 19:35
    U-17 millimiz Qazaxıstana yenə uduzdu
  • Dünən, 19:16
    “Palmeyras” “Flamenqo” ilə xal fərqini 7-yə çatdırdı - İCMAL
  • Dünən, 18:47
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 18:13
    Kocaman bu ulduzun ''Fənərbaxça''da qalmasını istəyir
  • Dünən, 17:45
    “Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
  • Dünən, 17:09
    Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
  • Dünən, 16:53
    "Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşdı
  • Dünən, 16:38
    Fransa təmsilçisi ''Trabzonspor''dan FİFA-ya şikayət etdi!
  • Dünən, 16:10
    Bu gün Lənkəranda güləş festivalı keçiriləcək
  • Dünən, 15:56
    "Şəfa" üç futbolçu ilə yolları ayırdı
  • Dünən, 15:27
    AFFA-nın təşkilatçılığı ilə keçirilən turnirə yekun vuruldu
  • Dünən, 15:05
    Ölkəmizdən Dünya Millətlər Kubokuna 13 boksçu qatılacaq
Daha çox
Oxunub: 724
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 258
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 162
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 161
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə