• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fransadan tarixi, Niderlanddan sönük qələbə

AÇ

22-11-2023, 20:0

Niderland yığmasına İrlandiya üzərində ev qələbəsi üçün bir qol da kifayət etdi.

“Football-plus.az” xəbər verir ki, paralel keçən oyunda Fransa Cəbəllütariqi darmadağın etdisə, gözlənildiyi kimi, “narıncılar” Amsterdamda çətinliklə üzləşdi. Düzdü, oyunun əksər bölümlərində məhz Kumanın komandası hadisələrin axarına nəzarət etdi. Özü də Veqhorstun erkən qol vurduğunu nəzərə alsaq, oyunun belə axarı təəccüb doğurmamalıdı. Simons, Qakpo, Veqhorst və Reynders daim maraqlı kombinasiyalar qurur, ancaq bitirici mərhələdə dəqiqlik çatmırdı. Meydan sahibləri fasilədən dərhal sonra tempi bir qədər də artırdı, 2-ci qola çox yaxın oldu. Simonsun zərbəsindən sonra Qakpo istəmədən rəqibin oyunçusu kimi çıxış etdi, Veqhortsla Reyndersin zərbələri zamanı britaniyalıları Bazunu xilas etdi. Sonradan oyuna qoşulan Aydanın sayılmayan qolu “narıncılar”ın ehtirasını bir qədər sakitləşdirdi. İrlandiyalılar sonda standart vəziyyələrdən sonra hesabı bərabərləşdirə bilərdisə, niderlandlılar iki dəfə Maleni zərbə mövqeyinə çıxardı. Hər halda, Niderland bu qələbə hesabına vaxtından əvvəl 2-ci yeri təmin etdi. Nəzəri cəhətdən yunanlar hələ də “narıncılar”a çata bilər, ancaq əlavə göstəricilərə görə Kumanın komandası üstündü.

Cəbəllütariqi Azərbaycanla bağlayan hər hansı tarixi-mədəni bağ yoxdu. Bununla belə, bizim artıq Cəbəllütariq yığmasına bir minnətdarlıq borcumuz var. Axı “cırtdan” ölkənin yığması Nitsada 14 qol buraxmaqla yığmamızın tarixinə “Oser faciəsi” kimi düşən 0:10-un ağrısını bir qədər azaltdı. Bundan sonra Fransa yığmasının adı önündəki “ən böyükhesablı qələbəsi” xanasında Azərbaycanın adı görünməyəcək.

Onsuz da Cəbəllütariqin bu oyunda xal qazanmaq şansı yox idi. Ancaq hadisələr qonaqlar üçün ən pis şəkildə cərəyan etdi. Oyun başlayan kimi Santos topu öz qapısına göndərdi, 1 dəqiqə sonra Türam fərqi artırdı. Zair-Emeri 3-cü topu vurduğu epizodda ona qarşı kobud oynayan Santos meydandan qovulandan sonra aydın oldu ki, “cırtdan” ikirəqəmli məğlubiyyətdən qaça bilməyəcək. Fasiləyə qədər hesab 7:0 oldu. 2-ci hissədə “kötəkləmə”nin əsası 63-cü dəqiqədə qoyuldu. Yekun nəticəni artıq bilirsiz. 14:0 müxtəlif rekordlarla müşayiət olundu ki, onlar haqda aşağıda yazmışıq.

B qrupu, 9-cu tur

Niderland – İrlandiya 1:0 (1:0)

Niderland: Verbrüggen, De Vrey, Van Diyk, Blind, Dumfris, Shuten (De Roon, 90), Reynders (Koopmeyners, 90), Hartman, Simons (Malen, 80), Qakpo (Verman, 69), Veqhorst.

İrlandiya: Bazunu, Kollinz, O`Şi (Perrott, 90+6), Skeyls, Doherti (Conston, 77), Braun, Kallen, Nayt (Molambi, 77), Menninq, Ferqyuson (Makqrat, 55), Robinson (Ayda, 46).

Qol: Veqhorst, 12.

Vərəqə: Ayda, 90 – sarı.

Hakim: Marko Di Bello (İtaliya).

18 noyabr. Amsterdam. 51811 tamaşaçı.

Fransa – Cəbəllütariq 14:0 (7:0)

Fransa: Menyan, Kloss, Upamekano (Saliba, 81), Todibo, T.Ernandes, Rabyo (Kamara 67), Zair-Emeri (Fofana, 20), Koman (Dembele, 66), Qrizmann, Türam (Jiru, 67), Mbappe.

Cəbəllütariq: Kulinq, Sarcent, R.Çipolina, Mueli, Santos, X.Çipolina (Olivero, 61), Uoker (Colli, 62), De Xaro, Poso, De Barr (Kumbz, 81), Kassiaro.

Qollar: Santos, 3-öz qapısına (1:0). Türam, 4 (2:0). Zair-Emeri, 16 (3:0). Mbappe, 30-p. (4:0). Kloss, 34 (5:0). Koman, 36 (6:0). Fofana, 37 (7:0). Rabyo, 63 (8:0). Koman, 65 (9:0). Dembele, 73 (10:0). Mbappe, 74 (11:0). Mbappe, 82 (12:0). Jiru, 89 (13:0). Jiru, 90 (14:0).

Vərəqə: Kassiaro, 31 – sarı. Santos, 18 – qırmızı.

Hakim: Con Bruks (İngiltərə).

18 noyabr. Nitsa. 32578 tamaşaçı.

1. Fransa 7 7 0 0 27-1 21

2. Niderland 7 5 0 2 11-7 15

3. Yunanıstan 7 4 0 3 12-6 12

4. İrlandiya 8 2 0 6 9-10 6

5. Cəbəllütariq 7 0 0 7 0-35 0

21 noyabr: Cəbəllütariq – Niderland, Yunanıstan – Fransa.

Faktlar

* Zair-Emeri Fransa yığmasının tarixinə 3-cü ən gənc debütant kimi düşdü. Oyun günü o, 17 yaş 255 günlük idi. Zair Emeridən daha gənc yaşda milli forma geyənlər isə Feliks Vial (17 yaş 76 gün - 1911) və Moris Qastijedi (17 yaş 128 gün - 1914).

* Zair-Emeri yığma tarixinə həm də 2-ci ən “gənc” qolun müəllifi kimi düşdü. Yalnız yuxarıda adını çəkdiyimiz Qastije Fransa millisinin formasında daha gənc yaşda fərqlənib. O, 1914-cü ildə İsveçrənin qapısına yol tapanda 17 yaş 156 günlük idi.

* İlk yarıda 7 qol Fransa yığması üçün yeni rekorddu. “Üçrənglilər” bundan əvvəl ilk yarıda maksimum 5 qol (1957-ci ildə İslandiya ilə oyunda) vurmuşdular.

* Mbappe yığmada qol sayına görə 3-cü yerə çıxdı. PSJ-nin hücumçusunun hesabında artıq 46 qol var. Kilian Qrizmannı (44) arxada qoydu və Tyerri Anri (51) ilə Olivye Jiruya (56) yaxınlaşdı. Mbappenin yığmada 74 oyun keçirdiyini də xatırladaq.

* Mbappe yığmada daha bir məhsuldarlıq rekordu da müəyyənləşdirdi. O, bu il yığmanın heyətində artıq qol vurub. Mbappe “üçrənglilər”in tarixinə ardıcıl iki il 10 qol vurmağı bacaran ilk futbolçu kimi düşdü. PSJ-nin forvardı ötən il 12 qolla yadda qalıb.

* Fransa yığması tarixinin ən böyükhesablı qələbəsini qazandı. Bu, Cəbəllütariq üçün də ən böyükhesablı məğlubiyyətdi. Buna qədər olan “rekord” Belçikadan alınan 0:9 idi. Bundan başqa, 14:0 Avropa çempionatının seçmə mərhələlərinin ən böyükhesablı qələbəsidi. “Üçrənglilər” 2006-cı ildə San Marinonu 13:0 hesabıyla məğlub edən Almaniyanın rekordunu yenilədi. Fransa həmçinin 1967-ci ildən bəri 14 qol vurmağı bacaran ilk Avropa təmsilçisidi. Həmin il Danimarka yoldaşlıq oyununda İslandiyanı darmadağın etmişdi – 14:2.

Oyundan sonra

Didye Deşam, Fransa yığmasının baş məşqçisi: “Həm ilk, həm də ikinci yarını çox yaxşı keçirdik. Aydındı ki, Cəbəllütariqə tam heyətlə oynamaq da çətin idi, qırmızı vərəqədən sonra isə... Bu məqam oyunçularımın əməyinə zərrəcə kölgə salmır, baxmayaraq ki, daha effektli ola bilərdik. Əslində bu da rəqibə hörmətin əlamətidi: qol vurmaq imkanın varsa, vurmalısan. Yeni hədəfimiz Yunanıstanla oyundan sonra da məğlubedilməz komanda kimi qalmaqdı”.

Ronald Kuman, Niderland yığmasının baş məşqçisi: “Oyuna çox yaxşı başlamasaq da, əla qol vurduq. Bizə 2-ci və 3-cü qolları da vurmaq lazım idi ki, oyunun sonuna qədər özümüzü daha rahat hiss edək. İrlandiya ilə oyun gerçəkdən vacib idi, Yunanıstanla səfər oyunu kimi. Oyunçular və komanda böyük təzyiq altındaydı, ancaq biz bunun öhdəsindən gəldik. İşimizi yerinə yetirdik və qalib gəldik”.

Paylaş:
Digər xəbərlər

AÇ

17-10-2023, 19:0

Mbappe Fransanı AÇ-yə çıxardı

AÇ

19-10-2023, 18:0

“Narıncılar”ın bir ayağı AÇ-dədi

AÇ

11-09-2023, 22:0

Fransa hələ də qol buraxmayıb

Dünya futbolu

8-03-2023, 21:0

İngiltərə premyer-liqasının 26-cı turu ilə bağlı MARAQLI FAKTLAR

Aktual
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
UEFA-nın əməkdaşı Tovuza gəldi, qərar verməyib getdi
“Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
Son xəbərlər
  • Bu gün, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Bu gün, 10:52
    "Şimal", yoxsa "Qaradağ Lökbatan"?
  • Bu gün, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Bu gün, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • Dünən, 23:59
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 23:35
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • Dünən, 23:19
    Parislilərə parad qadağası
  • Dünən, 22:36
    Qitə çempionunda “Real”lı yoxdu!
  • Dünən, 21:46
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • Dünən, 21:15
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • Dünən, 20:44
    Alleqri gözlənilən aqibəti yaşadı
  • Dünən, 20:13
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
  • Dünən, 19:42
    UEFA-nın əməkdaşı Tovuza gəldi, qərar verməyib getdi
  • Dünən, 19:15
    "Neftçi" üç legioneriylə vidalaşdı - Abubakar da getdi
  • Dünən, 18:44
    Bundesliqada çempion olmuş komanda aşağı liqaya yuvarlandı!
  • Dünən, 18:13
    Konte hansı klubun başına keçəcək?
  • Dünən, 17:42
    “Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
  • Dünən, 17:22
    Fransa klubunda gözləniməz istefa
  • Dünən, 16:51
    "Sabah" Nicatla yola davam etmədi
  • Dünən, 16:20
    Pasportu oğurlandı, məşqlərdən kənarda qaldı
  • Dünən, 15:59
    “Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
  • Dünən, 15:38
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 15:16
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 14:55
    Mövsümün ən yaxşı gənc futbolçusu seçildi
  • Dünən, 14:24
    Qadın millimizin heyəti açıqlandı
  • Dünən, 13:53
    "Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
  • Dünən, 13:22
    "Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
  • Dünən, 12:51
    Usik Həbibi seçdi
  • Dünən, 12:20
    Acun ''Hall Siti''ni Las Veqasa aparacaq
  • Dünən, 12:12
    Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
  • Dünən, 11:59
    Əfran İsmayılov "Şəfa"da vitse-prezident oldu
  • Dünən, 11:38
    Murad Məmmədov "Pafos"da! - "Neftçi" elan etdi
  • Dünən, 11:17
    "Şahdağ Qusar" baş məşqçi və köməkçiləri ilə yolları ayırdı
  • Dünən, 10:56
    ''Borussiya'' türkiyəli oyunçu ilə rəsmən vidalaşdı
  • Dünən, 10:25
    "Sumqayıt" Saşa İliçi yola saldı - RƏSMİ
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 199
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Oxunub: 187
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 174
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə