Alessandro Florentsi ilə bağlı növbəti xəbər yayılıb.
“Milan”ın müdafiəçisi qeyri-qanuni mərc oyunu oynamaqda ittiham olunur. Turin şəhər prokurorluğunun onula bağlı araşdırma apardığı məlumdu. İlkin məlumatlarda 32 yaşlı futbolçunun bu səbəbdən uzun müddətə cəza almaq təhlükəsi ilə üzləşdiyi bildirilmişdi.
Lakin “Qazzetta dello Sport”un yazdığına görə, Florentsi yüngül cəza alacaq: ona yalnız cərimə kəsiləcəyi iddia edilir.