• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

UEFA AFFA-nın hansı müraciətini üç dəfə qəbul etmədi?

Aktual / Yığma

16-11-2023, 13:0

Milli komandamıza dəstək olacaq yeni fanklubun - “Göyqurd”un yaradıldığını yazmışdıq.

Azarkeş qrupunun rəhbəri Elnur Şərifli "Football-plus.az"a planlar və qaydalar haqda danışmışdı. Bununla yanaşı, ilk iştirak edəcəkləri matçın AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İsveç oyunu olacağını demişdi. Bilindiyi kimi, həmin oyun bu gün axşam 21.00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Maraq üçün xatırladaq ki, yığmamız bu arenada sonuncu dəfə düz bir ay əvvəl – oktyabrın 16-da Avstriya ilə qarşılaşıb və 0:1 hesabıyla uduzub. Həmin oyunu cəmi 4446 azarkeşin izləməsi isə millimizin növbəti fiaskosu kimi qiymətləndirilib. Əlbəttə, acı mənzərə heç kimin gözündən yayına bilməzdi və belə də oldu. Məhz “Göyqurdlar” da bunun şahidi kimi ortaya çıxdı və azarkeşlərin əvvəllər yaratdığı maraqlı ab-havanı tribunalara qaytarmaq niyyətində olduğunu açıqladı. Bəs azarkeş qrupu yığmamızın İsveç sınağına necə hazırlaşıb? Fanklub millimizə necə dəstək olmağı planlaşdırır? Bu qrupun geridönüşü azalmış marağı bərpa edə biləcəkmi? Bu suallarla dünən yenidən Elnur bəylə əlaqə saxladıq. O, matç üçün çox ciddi hazırlıq gördüklərini, həmçinin AFFA və UEFA arasında bu yöndə bir neçə dəfə anlaşmazlıq yaşandığını dedi. Sizi fanklub rəhbərinin fikirləriylə ətraflı tanış edirik:

“Hər birimiz tam məsuliyyətlə oyuna hazırlaşırıq. Əvvəlki günlərdəki kimi, tribunaları canlandırmağa çalışacağıq. 11-ci sektoru tam dolduracağıq. Bütün yerlər bizimdi. Bu gün üçün ən çətin işimiz xoreoqrafiya yaratmaqdı. İndiyə qədər buna 3 dəfə cəhd etsək də, UEFA AFFA-nın bu yöndə müraciətlərini qəbul etmədi. Nəhayət, 4-cü dəfə dəyişiklik edəndən sonra qurumdan razılıq ala bildik. Halbuki xoreoqrafiyada siyasi motivlərin olmamasına xüsusi diqqət yetirmişdik. Onlar sözün əsl mənasında tərəfkeşlik edib layihəmizi rədd edirdi. Guya səbəb kimi millətçiliyin olduğunu deyildi. Yığmamızın oyununda başqa nə olmalıydı ki?! Bu üzdən hazırlıq prosesinə çox gecikdik. Məncə, nələr edəcəyimizi açıqlamaq düzgün olmaz. Yaxşı olar ki, daha maraqlı olması üçün hər şeyi ilk dəfə məhz tribunada göstərək. Söz düşmüşkən, “Neftçi” rəhbərliyinə təşəkkür etmək istəyirik. Çünki xoreoqrafiyanı hazırlaya bilmək üçün “Neftçi Arena”nın dayanacağında bizə yer verdilər. İndi ora yollanırıq ki, işləri görək”.


Elnur bəy azarkeşlərlə bağlı məsələlərə də toxundu:

“Futbolsevərlərin millinin oyunlarına marağının az olduğunu bilirik. Biz də elə bu məqsədlə geri döndük ki, nəyisə dəyişək. Daha əvvəl də dediyim kimi, ciddi qayda və tələblərimiz var. Məsələr, heç bir tərəfdar oyunboyu otura bilməz. Sona qədər ayaqüstə qalmalı və nəticədən asılı olmayaraq, tam dəstəyini ifadə etməlidi. Bizə millini sevən insanlar lazımdı ki, sıralarımıza qoşulsun və futbolçular meydanda azarkeş sevgisi hiss etsin. Çox güman, bu halda onların performansında müəyyən dəyişikliklər olacaq. İnşallah, biz tərəfdən xeyli adam tribunalarda yerini tutacaq. Sağ olsunlar, köhnə dost-tanış da bir nəfər kimi bizə qoşulub. Hamısı görüləcək işlərə bələddi. “Sektor 11” adını eşidənlər əlaqə saxlayır və yanımızda olacaqlarını deyirlər. Hər birinə təşəkkür edirəm. Gün ərzində tribunalara daha çox adamın cəlb edilməsi üçün çalışacağıq. Biz millimizi əzizləmək, sahib çıxmaq istəyirik”.


Fanklub rəhbəri komandamızın İsveçlə oyunundan gözləntilərini belə ifadə etdi:

“Əlbəttə, millimizə qələbə yaraşır. Belə olacağını hiss edirəm. Ola bilsin ki, rəqib oyuna ciddi yanaşmadı, ümumiyyətlə, meydana əsas heyətlə çıxmadı. Bu halda qələbəmiz daha da asanlaşa bilər. Həm də İsveçin hansısa iddiası olduğunu zənn etmirəm. İstəməzlər ki, belə oyunda güclü futbolçuları zədələnsin. Yığmaya inanırıq və həmişə son saniyəyə qədər dəstək verəcəyik”.


Əşrəfli yığmanın məğlubiyyəti halında Canni de Byazinin istefasını tələb edib-etməyəcəkləri haqda sualı da cavabladı:

“Yığmamızın son ev oyunu olduğu üçün belə şey planlaşdırmamışıq. Stadiona qayıdış günümüzün müsbət təəssüratlarla yadda qalmasının tərəfdarıyıq. Düzdü, De Byazidən razı deyilik və buna heç kimin haqqı yoxu. İndiyə qədər qazanılan nəticələr, uğursuzluqlar haqda yaxşı danışmaq mümkün deyil. Ümid edirəm ki, AFFA bu yöndə lazımi addımları atacaq. Hər şey göz qabağındadı və hamı öz işini yaxşı bilir”.


Göründüyü kimi, “Göyqurdlar” azarkeş qrupu kimi öhdəsinə düşən vəzifələri icra etməyə çalışacaq. Bunun nə dərəcədə alınacağını isə bu gün görəcəyik. Hər halda, dünən səhər saatlarında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlidən aldığımız məlumata görə, 4 minə yaxın bilet satılmışdı. Statistikaya əsasən, millimizin oyununda anşlaq olacağı gözlənilmir. Çox güman, kollektiv yenə, demək olar ki, boş tribunalar qarşısında çıxış edəcək. Təbii ki, gün ərzində fantastik sayda bilet satılmasa...

Hər ehtimala qarşı matçı izləmək istəyən, lakin hələ də bilet almayan şəxslər üçün daha bir məlumatı təqdim edək. Biletlərin qiyməti 3-cü kateqoriya üçün 5, 2-ci kateqoriya üçün 10, 1-ci kateqoriya üçün 15 manat təşkil edir. VİP biletlər isə 30, 50 və 200 manatdı. Azarkeşlər Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayının kassası, Köşk No1 (Sahil m. M.Ə.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi və 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzindən bilet ala bilər.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma

27-07-2023, 13:0

Millimiz "Tofiq Bəhramov"a qayıdır

Yığma / Manşet

6-11-2023, 22:0

Yol verin, “Göyqurdlar” gəlir!

Yığma / Manşet

31-07-2023, 20:0

AFFA konsertə görə yığmanı BOS-dan "Tofiq Bəhramov"a “köçürüb”

Yığma / Manşet

16-10-2023, 14:0

Azərbaycan - Avstriya matçına az sayda bilet satılıb

Aktual / Yığma

17-10-2023, 17:0

“Günahı azarkeşlərdə yox, AFFA-da və komandada görürəm”

Yığma

13-10-2023, 13:0

AÇ-2024: Azərbaycan – Avstriya oyununun hakimləri açıqlandı

Aktual
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Son xəbərlər
  • Bu gün, 18:13
    Kocaman bu ulduzun ''Fənərbaxça''da qalmasını istəyir
  • Bu gün, 17:45
    “Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
  • Bu gün, 17:09
    Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
  • Bu gün, 16:53
    "Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşdı
  • Bu gün, 16:38
    Fransa təmsilçisi ''Trabzonspor''dan FİFA-ya şikayət etdi!
  • Bu gün, 16:10
    Bu gün Lənkəranda güləş festivalı keçiriləcək
  • Bu gün, 15:56
    "Şəfa" üç futbolçu ilə yolları ayırdı
  • Bu gün, 15:27
    AFFA-nın təşkilatçılığı ilə keçirilən turnirə yekun vuruldu
  • Bu gün, 15:05
    Ölkəmizdən Dünya Millətlər Kubokuna 13 boksçu qatılacaq
  • Bu gün, 14:37
    Xəyal müalicə olunmaq üçün Madridə getdi
  • Bu gün, 14:06
    “Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
  • Bu gün, 13:52
    San Marinoya da yox da!
  • Bu gün, 13:33
    “Sabah”ın Bakı seçmələrinə yekun vuruldu
  • Bu gün, 13:16
    Əziz Yıldırım 2926 gün sonra geri döndü! - “Fənərbaxça” keçmişlə yaşamağı sevir”
  • Bu gün, 12:57
    U-17 millimiz Qazaxıstanla yenidən qarşılaşacaq
  • Bu gün, 12:46
    Millimiz seçmə mərhələdə son oyununu keçirəcək
  • Bu gün, 12:42
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 12:29
    U-20 millimiz Pakistanla üz-üzə
  • Bu gün, 12:13
    “Dirçəliş Kuboku”nun final oyunu keçirildi, qaliblər mükafatlandırıldı
  • Bu gün, 11:55
    Nicat Mehbalıyev "Şəfa"da
  • Bu gün, 11:35
    Türkiyə yığmasını müşayiət edən polis qəzaya düşdü
  • Bu gün, 11:20
    Ehtiram Quliyevin milyonlarını kim havaya sovurub?
  • Bu gün, 10:56
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 10:27
    AFFA nümayəndələri “Football Conference Baku” tədbirində
  • Bu gün, 10:00
    U-21 millimiz Qırğızıstana qarşı
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
Daha çox
Oxunub: 723
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 254
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 190
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 160
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə