Belə vəziyyətin səbəbi nədi? Niyə millinin oyununa maraq bu dərəcədə azdı? Azarkeşlər nə üçün matçı tribunalardan yox, televiziya və ya internet portalları vasitəsi ilə izləməyə üstünlük verir?
Bu sualları Azərbaycan Azarkeşlər Birliyinin rəhbəri Atanur Cəfərliyə ünvanladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Stadiondaydım və bu mənzərə məni də məyus etdi. Azarkeş kimi istəyərdim ki, komandamız dolu tribunalar qarşısında çıxış etsin. Bunu futbolçular da arzulayır. Sözün düzü, günahı azarkeşlərdə yox, AFFA-da və komandada görürəm. Uzun illərdi ki, futbolsevərlər millimizdən küsüb. Nəticələr və idarəetmə səviyyəsi göz qabağındadı.
Məkan seçimi düzgün idi. Oyun hər kəsə doğma olan stadionda keçirildi. “Dalğa Arena”nın tutumu az olduğundan, yerlərin yarısı dolsa da belə, çatışmazlıq nəzərə çarpmır. “Bəhramov”da isə vəziyyət fərqli oldu. Əslində millimiz daha yüksək hədəflər uğrunda meydana çıxsaydı, tribunalar dolu olardı. Əlbəttə, azarkeş nəticədən asılı olmayaraq, komandasını dəstəkləməlidi. Lakin uzun müddətdi uğur qazanılmır. Buna görə də yaxşı nəticələr əldə etmək lazımdı”.

KƏNAN BAHADIR