• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Keyn ötən mövsümün bombardirlərini indidən geridə qoydu! – TURUN ŞƏRHİ

Dünya futbolu

15-11-2023, 23:0

Tur cümə günü Münhenqladbax “Borussiya”sının “Volfsburq”u darmadağın etməsi ilə start götürdü. “Borussiya” artıq 8 oyundu bundesliqada “canavarlar”a uduzmur.

“Football-plus.az” xəbər verir ki, “Bavariya” debütant “Haydenhaym”la oyunda, proqnozlaşdırıldığı kimi, hesabına 3 xal yazsa da, bunun üçün xeyli əziyyət çəkməli oldu. Təkcə bir faktı vurğulayaq ki, qonaqlar matçın gedişində 2 topluq fərqi aradan qaldırdılar və 72-ci dəqiqəyə qədər hesab bərabər idi. Amma yayda Dortmund “Borussiya”sından ayrılaraq azad agent kimi Münhenə gələn portuqaliyalı Gerreyronun yeni klubundakı ilk qolu tam yerinə düşdü. 4 qol vurmaqla qollarının sayını 42-yə çatdıran “rekordmayster” növbəti rekordun sahibi oldu. Buna qədər bundesliqada 11 turdan sonra heç bir klub 40-dan artıq qol vurmamışdı. Turun maraqla gözlənilən qarşılaşmalarından biri “Mersedes-Bens Arena”da keçirildi. Dortmund “Borussiya”sı gözlənilmədən mövsümə çox yaxşı start verən “Ştutqart”la görüşdə hesabı açsa da, ümidləri doğrultmadı. Hətta Kobelin oyunun əvvəlində penalti dəf etməsi də komanda yoldaşlarını ruhlandırmadı. “Borussiya”nın heyətində bundesliqada penalti qaytaran son qapıçı 2013-ün oktyabrında Vaydenfeller olmuşdu. Qəribədi ki, “arılar”ın ÇL-də, üstəlik “ölüm qrupu”nda işləri qaydasında getsə də, bundesliqada komanda xalları sağa-sola paylayır. Ardıcıl 3-cü turda qələbəyə həsrət qalan Terziçin komandasının zirvə ilə xal fərqi 10-a çatdı! 3-cü pillədəki mövqeyini əldən verməyən şvabiyalılar isə bu mövsüm əzmkar qələbələrin sayına (3) görə hamıdan öndədi. “Leyptsiq” “Frayburq”u yenməklə 4-cü pilləyə yüksəldi. “Bayer-04”ün isə zirvəni əldən vermək fikri yoxdu. Xabi Alonsonun komandası bu dəfə bərbad gündə olan “Union”u dörd yerə parçaladı. Rəsmi matçlarda ardıcıl 12-ci qələbəsini qazanan Leverkuzen təmsilçisi 11-ci turu 31 xalla tamamladı. Bu, bundesliqanın rekordunun təkrarlanması deməkdi! Daha öncə yalnız Qvardiolanın “Bavariya”sı 2015/16-da 11 tura 31 xal toplamışdı. Ardıcıl 9-cu turu xalsız başa vuran “Union” isə sonuncu pilləyə yuvarlandı. Maraqlıdı ki, paytaxt təmsilçisi ötən mövsüm 11-ci turdan sonra lider idi!

11-ci tur
Bavariya – Haydenhaym 4:2
Keyn, 14; 44. Gerreyro, 72. Çupo-Motinq, 85 – Klayndinst, 67. Beste, 70. (75000)
Bavariya: Noyer, Sarr, Upamekano (Gerreyro, 61), Kim Min Çje, Mazraui, Laymer, Pavloviç (Devis, 75), Sané, Müller (Tel, 61), Qnabri (Çupo-Motinq, 61), Keyn.
Ştutqart – Borussiya D 2:1
Dəniz Undav, 42. Girassi, 83-p. – Füllkruq, 36. (55000)
Borussiya: Kobel, Ryuyerson, Hummels (Bensebayni, 28), Zyule, Şlotterbek, Salih Özcan, Zabitser, F.Nmeça (Reyna, 63), Adeyemi (Roys, 46), Füllkruq (Mukoko, 77), Brandt (Malen, 46).
Leyptsiq – Frayburq 3:1
Simons, 6. Openda, 79-p. Baumqartner, 80 – Röl, 45+6. (45000)
Leyptsiq: Blasvix, Simakan (Henrixs, 63), Klostermann, Lukeba, Raum, Şlager, Aydara (Kampl, 68), Forsberq (Baumqartner, 63), Simons (Lents, 86), Openda, Şeşko (Poulsen, 63).
Frayburq: Atubolu, Sildilliya, Ginter, Linhart, Qulde (Şmidt, 88), Vaysshaupt, Eqqeştayn, Höfler, Qrifo (Qreqoritş, 79), Röl (Doan, 79), Höler (Adamu, 88).
Bayer-04 – Union 4:0
Qrimaldo, 23. Kossunu, 57. Ta, 73. Tella, 84. (29387)
Bayer-04: Qradetski, Kossunu, Ta, İnkapye, Frimponq (Tella, 81), Palasios (Andrix, 87), Caka, Qrimaldo, Hofmann (Adli, 81), Virts (Mbamba, 87), Bonifas (Hlojek, 87).
Union: Rönnov, Yuranoviç (Trimmel, 46), Yekkel, Bonuççi (Knoxe, 24), Leyte, Russiyon (Qosens, 68), Kral, Layduni, Haberer, Bekker (Aaronson, 64), Fofana (Berens, 68).
Verder – Ayntraxt F 2:2
Dukş, 45+2-p. Borre, 50 – Skiri, 65. Smolçiç, 75. (42100)
Ayntraxt: Trapp, Buta (Dina Ebimbe, 46), Tuta, Paço, Smolçiç, Maks (Nkunku, 56), Larsson, Skiri, Çaibi (Götse, 46), Knauff (Hauqe, 64), Marmuş (Ferri, 90+2).
Borussiya M – Volfsburq 4:0
Çvançara 16. Rayts, 42. Onora, 64. Plea, 71. (45308)
Auqsburq – Hoffenhaym 1:1
Demiroviç, 53 – Veqhorst, 23. (28260)
Bohum – Köln 1:1
Daşner, 25 – Zelke, 54. (26000)
Darmştadt – Maynts-05 0:0 (17810)
1. Bayer-04 11 10 1 0 34-10 31
2. Bavariya 11 9 2 0 42-9 29
3. Ştutqart 11 8 0 3 29-14 24
4. Leyptsiq 11 7 2 2 28-10 23
5. Borussiya D 11 6 3 2 21-17 21
6. Hoffenhaym 11 6 1 4 23-20 19
7. Ayntraxt F 11 4 6 1 17-11 18
8. Frayburq 11 4 2 5 14-22 14
9. Borussiya M 11 3 4 4 23-23 13
10. Auqsburq 11 3 4 4 20-23 13
11. Volfsburq 11 4 1 6 15-20 13
12. Verder 11 3 2 6 18-22 11
13. Haydenhaym 11 3 1 7 17-26 10
14. Bohum 11 1 6 4 11-25 9
15. Darmştadt 11 2 2 7 14-32 8
16. Maynts-05 11 1 4 6 11-24 7
17. Köln 11 1 3 7 9-23 6
18. Union 11 2 0 9 11-26 6
Bombardirlər: Keyn (Bavariya) – 17, Girassi (Ştutqart) – 15, Openda (Leyptsiq) – 9, Sane (Bavariya), Vind (Volfsburq) – 8.
Növbəti turun oyunları noyabrın 24-26-sı aralığında keçiriləcək: Borussiya D – Borussiya M, Union – Auqsburq, Frayburq – Darmştadt, Ayntraxt F – Ştutqart, Volfsburq – Leyptsiq, Köln – Bavariya, Hoffenhaym – Maynts-05, Verder – Bayer-04, Haydenhaym – Bohum.

Turun rəqəmi
17 – Keynin Almaniya karyerasındakı ilk aylarında sərgilədiyi performans üçün artıq kəlimələr də yetərsizdi. İngiltərə yığmasının kapitanı məhsuldarlığını işiq sürəti ilə artırır. Ötən mövsüm Füllkruq ilə Nkunkuya bundesliqada bombardir olmaq üçün 16 qol kifayət etmişdisə, Keyn bu mövsüm 11 tura artıq 17 (!!!) qol vurub. O, 2019/20-də 11 tura 16 dəfə fərqlənən Levandovskinin rekordunu yenilədi. 30 yaşlı futbolçu ümumilikdə Münhen nəhənginin heyətində keçirdiyi 16 rəsmi oyunda 21 qol, 7 məhsuldar ötürməlik performans sərgiləyib. Müqayisə üçün bildirək ki, Levandovski 41 qol vuraraq Herd Müllerin əbədi rekordunu yenilədiyi 2020/21-də 11 turdan sonra yalnız 13 dəfə fərqlənmişdi. Bu mövsümə qədər turnirin tarixində 11 tura 15 qol həddinə çatan iki futbolçu var idi. Bunu yalnız Leva və 1968/69-da Müller bacarmışdı. Amma bu mövsüm birdən-birə 2 futbolçu belə göstərici ilə öyünə bilər!

Turun ulduzu
Aleks Qrimaldo (Bayer-04) – həftəiçi Bakıya da təşrif buyuran 28 yaşlı futbolçu yeni transfer olunmasına baxmayaraq, özünü suda balıq kimi hiss edir. Mövsümün əvvəli Qrimaldo üçün olduqca uğurlu keçir. İspaniyalı “Union”la qarşılaşmada mükəmməl qol vurmaqla yanaşı, hesabına məhsuldar ötürmə də yazdı. Sol cinah müdafiəçisi olmasına baxmayaraq, bu mövsüm 11 bundesliqa matçında onun hesabında artıq 6 qol və 3 məhsuldar ötürmə var! Yeri gəlmişkən, Qrimaldo 2023/24-də bütün turnirləri nəzər almaqla “böyük beşlik”də cərimə meydançası xaricindən ən çox (4) qol vuran futbolçudu.

Turun sitatı
Yan-Kristian Drezen, “Bavariya”nın icraçı direktoru: “Biz Keyndə riskə getdik. 100 milyon avroluq transferlər fəlsəfəmizə ziddi. Amma bu dəfə risk özünü doğrultdu. Keyn bu pullara layiqdi! “Bavariya”nın fəlsəfəsinə uyğun gələn əsl mərkəz hücumçusudu. Belə futbolçuya sahib olduğumuza görə şadıq. O həm də yaxşı insan və əsl centlmendi. Transferini açıqladığımız gün sosial şəbəkələrdəki səhifələrimizdə rekord qırdıq. Biz ona titullarının sayını artırmaqda yardım etmək istəyirik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

4-10-2023, 18:0

“Bavariya” yenə “Leyptsiq” ilə bacarmadı – TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 10:0

“Borussiya” bu dəfə evdəki “Der Klassiker”də rüsvay oldu - TURUN ŞƏRHİ

Dünya futbolu

19-09-2023, 23:0

Xal itirməyən komanda qalmadı – TURUN ŞƏRHİ

Dünya futbolu

30-08-2023, 20:0

Dortmund “Borussiya”sı həm büdrədi, həm də rekord müəyyənləşdirdi – TURUN ŞƏRHİ

Aktual
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
Son xəbərlər
  • Bu gün, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Bu gün, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Bu gün, 16:56
    Florensiyanı tərk etdi
  • Bu gün, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Bu gün, 15:49
    Niderlandda qərar tutdu
  • Bu gün, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Bu gün, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Bu gün, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Bu gün, 13:57
    Salahın meneceri transferi yubadır
  • Bu gün, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Bu gün, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Bu gün, 12:25
    Avropada 10-cu qol
  • Bu gün, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Bu gün, 10:00
    "Qarabağ" evdə, "Zirə" səfərdə döyüşəcək - YENİLƏNİR
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə