• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” yığma fasiləsinə lider kimi yollandı - TURUN ŞƏRHİ

Dünya futbolu

15-11-2023, 21:0

Hesabat turu cümə günü keçirilən 2 qarşılaşma ilə başladı.

“Football-plus.az” xəbər verir ki, “Antalyaspor” gözlənilmədən paytaxtda “Ankaragücü”nü darmadağın edərək ardıcıl 3-cü qələbəsini qazandı. “Trabzonspor”un isə Abdulla Avcı ilə yüksəlişi davam edir. Ötən həftə Kadıköydə tarixi qələbə qazanan “bordo-mavililər” bu dəfə “Konyaspor”u evə əliboş yola saldı. Avcı ilk 4 oyundan 3 qələbə, 1 heç-heçə ilə ayrılaraq birinci dönəmini geridə qoydu. 2020/21-də komanda bu məşqçi ilə ilk 4 superliqa matçından 2 qələbə, 2 heç-heçə ilə ayrılmışdı.

Şənbə gününün oyunlarında maraqlı nəticələr qeydə alındı. 7 qolun vurulduğu oyunda səfərdə “Kasımpaşa”dan üstün olan “Kayserispor” ardıcıl 4-cü qələbəsini qazandı. Şumudikanın “Qaziantep”i səfərdə “Alanyaspor”u, “Fatih Karagümrük” isə evdə “Sivasspor”u darmadağın etdi. Günün əsas matçında “Qalatasaray” Mersində “Hatayspor”un qonağı oldu. İlk 8 turda məğlubiyyət acısı yaşamayan, amma sonrakı 3 turda xala həsrət qalan “Hatayspor” futbol ictimaiyyətini təəcübləndirməyi bacardı. Rivasın erkən qoluna Zaha cavab versə də, Lamkel Zenin qoluna cavab verən tapılmadı. Hataylıların qələbə qolunda yığmamızın üzvü Renat Dadaşov da fəal iştirak etdi. Beləliklə, mövsümdə ilk məğlubiyyətlə üzləşən “Qalatasaray”ın superliqada 17 oyunluq məğlubiyyətsiz və 10 oyunluq qələbə seriyası başa çatdı. Bu rəqibə qarşı səfər matçları yavaş-yavaş İstanbul nəhəngi üçün kabusa çevrilir. Belə ki, “Hatayspor” 2020/21-də öz meydanında “Qalatasaray”ı 3:0, 2021/22-də isə 4:2 hesabı ilə yenmişdi. “Cim-Bom” bu səfərdə yeganə 3 xalını ötən mövsümün son turunda texniki qələbə sayəsində əldə edib. Eyni zamanda Volkan Dəmirəl də məşqçi karyerasında daha öncə 2 dəfə məğlub olduğu “Qalatasaray”a qarşı superliqada ilk dəfə qələbə sevinci yaşadı.

Bazar günü keçirilən 4 qarşılaşmada qonaqlar nəinki qələbəyə, hətta qola da həsrət qaldı. Tanınmış ingiltərəli yarımmüdafiəçi Şelvinin superliqadakı ilk qolu “Çaykur Riəzspor”a “İstanbulspor” üzərində qələbə qazandırdı. “Pendikspor” “Samsunspor”u “Qalatasaray”ın da maraq dairəsində olan gənc yarımmüdafiəçi Ərəncan Yardımcının qolu ilə yendi. Günün digər matçında “Beşiktaş” “İstanbul BŞ”ni qəbul etdi. Məlum olduğu kimi, “Bude-Qlimt”ə evdəki məğlubiyyətin ardından Burak Yılmaz istefa verdi və onu Rza Çalımbay əvəzlədi. Daha öncə 2005-ci ildə “Beşiktaş”ı çalışdırmış təcrübəli mütəxəssisin 18 illik fasilədən sonra qayıdışı uğurlu alındı. Ən azı komanda onun debüt matçında qalib gələrək 2 oyunluq məğlubiyyət seriyasına son qoydu. Çox çətin keçən oyunda “Qartal”a qələbəni ardıcıl 2-ci turda fərqlənən Muleka qazandırdı. Onsuz da zədəli futbolçuların çoxluğundan əziyyət çəkən İstanbul nəhəngi bu dəfə Zaynutdinovla Gezzalı da itirdi. Üstəlik ilk dəfə məhsuldar ötürmə ilə fərqlənən Rebiç də cəzalı duruma düşdü. Bu nəticə ilə “ağ-qaralar”ın superliqada evdəki məğlubiyyətsiz seriyası 20, qələbə seriyası 5 oyuna çatdı. 12 tura cəmi 9 xal toplayan “İstanbul BŞ” isə elitada tarixinin ən uğursuz mövsümünü keçirir. Eyni zamanda başakşəhərlilər səfərdə ardıcıl 5-ci oyunda qola həsrət qaldılar və bu da klubun daha bir yeni antirekordudu.

Adanada keçirilən turun mərkəzi oyunu isə ümidləri doğrultmadı. Bu mövsüm evdə keçirdiyi 9 rəsmi oyunun hamısından qələbə ilə ayrılan “Adana Dəmirspor”un bu seriyası “Fənərbaxça” ilə oyunda qırıldı. “Sarı-lacivərdlilər” ilk yarıda rəqibdən bir baş üstün oyun sərgilədilər. Amma adanalıların qapıçısı Ərtaç ilk hissədə “çərçivə”yə gələn 7 zərbənin hamısını dəf etdi. Patrik Klyuvertin komandası 2-ci hissədə bir qədər fəallaşdı. Mərkəz müdafiəçisi Qravilyonun qüvvətli zərbəsindən sonra qonaqları tir xilas etdi. “Fənər” matçın son anlarında yenidən fəallaşaraq qələbə üçün əlindən gələni etdi. Hətta qol da vurdu. Amma ofsayd üzündən sayılmadı. Adana təmsilçisi isə oyunu “çərçivə”yə zərbə vurmadan tamamladı! 1982-ci ildən bəri ilk dəfə bu komandaların dueli qolsuz başa çatdı.

Amma qazanılan 1 xal top fərqində “Qalatasaray”dan üstün olan “Fənər”in yenidən zirvəyə yüksəlməsinə və yığma fasiləsinə lider kimi yollanması üçün kifayət etdi.

12-ci tur
Hatayspor – Qalatasaray 2:1
Rivas, 14. Lamkel Ze, 55 – Zaha, 28.
Qalatasaray: Muslera, Boe, Sançes, Əbdülkərim Bardakcı, Kazımcan Karataş (Kaan Ayhan, 66), Torreyra, Oliveyra (Mertens, 74), Ziyeş (Bakambu, 73), Kərəm Aktürkoğlu (Barış Alpər Yılmaz, 66), Zaha (Tete, 83), İkardi.
Adana Dəmirspor – Fənərbaxça 0:0
Adana Dəmirspor: Ərtaç Özbir, Svensson, Semih Gülər, Qravilyon (Stambuli, 66), Rodriges, N`Diaye, Əmrə Akbaba, Yusuf Sarı, Belhanda, Yusuf Ərdoğan (Nani, 84), Nianq (Balotelli, 66).
Fənərbaxça: Livakoviç, Osayi-Samuel (Mərt Müldür, 75), Samet Akaydın, Oostervolde, Fərdi Kadıoğlu, Krespo, Zayts (Bartuğ Elmaz, 84), İrfan Can Kahveci (Cengiz Ündər, 75), Şimanski, Tadiç (Kent, 90+2), Ceko (Batşuayi, 84).
Beşiktaş – İstanbul BŞ 1:0
Muleka, 55.
Beşiktaş: Mərt Günok, Rozye, Nəcip Uysal, Amarti, Tayfur Bingöl, Salih Uçan (Oksleyd-Çemberleyn, 46), Haciahmetoviç, Fernandeş (Onana, 89), Rebiç (Dəmir Ege Tıknaz, 76), Zaynutdinov (Gezzal, 41/Onur Bulut, 46), Muleka.
Trabzonspor – Konyaspor 2:1
Onuaçu, 59; 85 – Prip, 77.
Trabzonspor: Uğurcan Çakır, Mehmet Can Aydın (Benkoviç, 90), Densvil, Baniya (Enis Destan, 82), Strüger Larsen, Berat Özdəmir (Bakasetas, 46), Mendi, Pepe, Abdülkadir Ömür, Visça (Trezeqe, 69), Onuaçu.
Kasımpaşa – Kayserispor 3:4
Foll, 36. Da Koşta, 50. Aytac Kara, 72-p. – Kərimi, 12. Sadik Çiftpınar, 26-öz qapısına. Boa Morte, 44. Tiam, 47.
Ankaragücü – Antalyaspor 0:4
Larsson, 8. Yehezkel, 29. Buksa, 71. Assombalonqa, 86.
Fatih Karagümrük – Sivasspor 3:0
Aysserik, 42. Güvən Yalçın, 79. Sərdar Dursun, 84.
Alanyaspor – Qaziantep 0:3
Maksim, 45+8. Draquş, 45+10. Riaskos, 90+5.
Çaykur Rizəspor – İstanbulspor 1:0
Şelvi, 5.
Pendikspor – Samsunspor 1:0
Ərəncan Yardımcı, 47.
4-cü turdan təxirə salınan oyun
Samsunspor – İstanbulspor 2:1
Sonər Aydoğdu, 70. Ait Bennaser, 90+3 – Əmir Gültəkin, 41.
1. Fənərbaxça 12 10 1 1 31-8 31
2. Qalatasaray 12 10 1 1 22-8 31
3. Adana Dəmirspor 12 6 4 2 23-12 22
4. Trabzonspor 12 7 1 4 21-14 22
5. Beşiktaş 12 7 1 4 18-14 22
6. Kayserispor 12 6 4 2 17-13 22
7. Antalyaspor 12 5 3 4 17-13 18
8. Kasımpaşa 12 5 3 4 21-23 18
9. Hatayspor 12 4 5 3 20-16 17
10. Çaykur Rizəspor 12 5 2 5 11-17 17
11. Qaziantep 12 5 0 7 12-17 15
12. Fatih Karagümrük 12 3 5 4 13-10 14
13. Sivasspor 12 3 5 4 13-17 14
14. Ankaragücü 12 3 4 5 18-19 13
13. Pendikspor 12 3 4 5 15-25 13
16. Konyaspor 12 2 4 6 11-18 10
17. Alanyaspor 12 2 4 6 9-17 10
18. İstanbul BŞ 12 2 3 7 8-16 9
19. Samsunspor 12 2 2 8 9-19 8
20. İstanbulspor 12 1 2 9 9-22 5
Bombardirlər: İkardi (Qalatasaray), Ceko (Fənərbaxça), Tiam (Kayserispor) – 10, Aytac Kara (Kasımpaşa) – 7, Şimanski (Fənərbaxça), Nianq (Adana Dəmirspor), Onuaçu (Trabzonspor) – 6.
Növbəti turun oyunları noyabrın 25-27-si aralığında keçiriləcək: İstanbul BŞ – Pendikspor, Qaziantep – Ankaragücü, Konyaspor – Kasımpaşa, Sivasspor – Trabzonspor, Fənərbaxça – Fatih Karagümrük, Antalyaspor – Çaykur Rizəspor, Kayserispor – Adana Dəmirspor, İstanbulspor – Hatayspor, Qalatasaray – Alanyaspor, Samsunspor – Beşiktaş.

Turun rəqəmi
6 – “Fənərbaxça”nın möhtəşəm qələbə seriyası ötən həftə qırılsa da, bir seriyası hələ də davam edir. Məsələ burasındadı ki, İstanbul nəhəngi bu mövsüm superliqada hələ də səfərdə qol buraxmayıb! Halbuki “sarı-lacivərdlilər” Adanada artıq 6-cı səfər oyununa çıxdı. Turnirin tarixində belə göstəriciyə daha öncə yalnız bir komanda imza atmışdı. “Qalatasaray” da ən birinci mövsümdə, yəni 1959/60-da ilk 6 səfər matçında qapısını toxunulımaz saxlamışdı.

Turun ulduzu
Pol Onuaçu (Trabzonspor) – trabzonlular sanki İbrahimoviçi transfer edib. 2 metrə boya malik olan nəhəng forvard həm məhsuldarlığı, həm də vurduğu qolların gözəl alınması baxımından məhz isveçlini xatırladır. Nigeriyalı hücumçu bu tur dubl etməklə komandasına önəmli qələbə qazandırdı. Onun 2-ci qolunu izləməmisizszə, çox şey itirmisiz. Polun İbrasayağı vurduğu qol bir andaca sosial şəbəkələrin və Avropa mətbuatının bəzəyinə çevrildi. Onu da bidirək ki, “Trabzonspor”un heyətində ilk 8 superliqa matçında 6 dəfə fərqlənən Onuaçu bu komandada son illər iz buraxmış Sörlotla Korneliusu geridə qoydu. Sörlot ilk 8 oyunda 5, Kornelius isə 3 dəfə fərqlənmişdi.

Turun sitatı
Murat Sancak, “Adana Dəmirspor”un prezidenti: “Bu meydanda iki komanda oynayır. Cümə günü “Adanaspor” oynadı. 47 saat sonra biz meydana çıxdıq. Həm də burda o qədər dəyərli futbolçular oynayır ki, zədələndikdə az-qala meydanın 1-2 illik pulunu itiririk. İdman naziri ilə bir dəfə bu haqda danışmışam. Bu şəhərə daha bir 15 minlik stadion lazımdı. Çünki burda “Adana FK”, “Adanaspor” və “Adana Dəmirspor” oynayır. Hələ həvəskarlar liqasında olan və 4-cü diviziona yüksəlmək istəyən başqa klublarımız da var. Bir stadion bura kifayət etmir. İdman naziri bu problemə əl qoymalıdı”.

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “Hatayspor” gözlədiyimiz kimi oynadı. Demək olar ki, bütün matçlarda topu rəqibə verib əks-hücumlara bel bağlayırlar. Qol buraxdığımız epizodlarda səhvlərə yol verdik. Diqqətli oynasaydıq, həmin epizodlarda heç qol vəziyyəti də yaranmayacaqdı. İrəlidə yenə yaradıcılıqda bağlı problem yaşadıq. Qol imkanlarımızın sayı gözlədinilən qədər olmadı. Səviyyəmizdən aşağı futbol sərgilədik. Daha sürətli və yaradıcı futbol oynamalıydıq. Çətin təqvimdən keçirik. Belə məqamda hər matçda qalib gəlmək asan deyil. Bir yerdən sonra yorğunluq da özünü göstərməyə başlayır. ÇL-dəki ağır matçdan 3 gün sonra meydana çıxdıq. Halbuki bazar günü də oynaya bilərdik. Avropada oynayan digər rəqiblərimiz bəzən 4 gün dincəlir. Biz isə həmişə 3 gündən sonra meydana çıxırıq. Təqvimi müəyyənləşdirənlər belə məqamlara fikir verməlidi. Hakimə görə uduzmadıq. Amma hakimlik yaxşı səviyyədə deyildi. İki epizodda xeyrimizə penalti verilə bilərdi”.

İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Bu mövsüm öz meydanında xal itirməyən komandaya qarşı oynadıq. İlk xallarını bu matçda itirdilər. Əvvəldən sona qədər üstünlük bizim tərəfimizdə oldu. İlk yarıda ən azı 4-5 real fürsət yaxaladıq. Rəqibin yalnız bir təhlükəli vəziyyəti oldu. Uzaqdan vurduqları zərbə tirə dəydi. Bura 3 xal üçün gəlmişdik. Oyunumuzda yalnız qol çatışmadı. Buna baxmayaraq, 1 xal da liderliyə yüksəlmək üçün kifayət etdi. Zədəlilər haqda danışmaq istəmirəm. Çünki heç vaxt bəhanə axtarmağı xoşlamıram. Bu gün oynayanlar zədəli futbolçuların yoxluğunu hiss etdirmədi. Komandamın ortaya qoyduğu mübarizə əzmindən razı qaldım. Bu rəqibə qarşı Adanada heç kim belə futbol oynamamışdı. Xal itkilərinin olması normaldı. Mövsümboyu qalib gəlmək mümkün deyil”.

Rza Çalımbay, “Beşiktaş”ın baş məşqçisi: “İlk növbədə mükəmməl dəstəyə görə fanatlarımıza təşəkkür edirəm. Oyundan öncə burda futbolçu kimi keçirdiyim illər yadıma düşdü. İlk oyunumda qələbə qazanmaq çox önəmli idi. Çünki son vaxtlar nəticələr ürəkaçan deyildi və fanatlarımızla barışmağın yeganə yolu qələbələrdən keçir. Zaynutdinov çox şanssız şəkildə zədələndi. Rəqibin dirsəyi gözünə dəydi. Həm burnu qırıldı, həm də gözündən qan gəlməyə başladı. Xəstəxanaya apardılar. Çox güman, əməliyyat olunacaq. Gezzal isə fasilədə ağlamağa başladı. Oyuna yeni qoşmuşduq. Amma ağrıları artdı və duyğusal anlar yaşadı. Yolumuz çox uzundu. Vəziyyəti düzəltmək üçün hələ çox qələbə qazanmalıyıq. Bu yay alınan oyunçuların səviyyəsi yüksək olsa da, fiziki cəhətdən hazır deyillər. Yığma fasiləsindən maksimum dərəcədə səmərəli yararlanmağa çalışacağıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

7-02-2023, 17:0

“Qalatasaray” – “Trabzonspor” matçı ilə bağlı maraqlı MƏQAMLAR

Dünya futbolu

2-09-2023, 11:0

''Trabzonspor'' 1 ildən sonra İstanbulda qələbə qazandı

Dünya futbolu

12-11-2022, 20:0

Son çempion ötən mövsümkü qrafikindən 10 xal geridədi

Dünya futbolu / Manşet

9-08-2022, 14:0

Superliqanın ilk turunda qeydə alınan maraqlı faktlar

Aktual
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
Son xəbərlər
  • Bu gün, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Bu gün, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Bu gün, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Bu gün, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Bu gün, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Bu gün, 11:09
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Bu gün, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Bu gün, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 485
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 255
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 200
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 195
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə