Noyabrın 15-21-i aralığında Lüksemburqda keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə qatılacaq U-19-un ciddi problemlə qarşılaşdığı barəsində daha əvvəl məlumat vermişdik. Yığmanın üç üzvü - Raul Hacıyev, Əsəd Əsədli və Nihat Mehrəliyev heyətdən kənarda qalıb. AFFA bu futbolçuların sənəd problemini həll edə bilməyib.
"Football-plus.az"ın redaksiyasına bununla bağlı informasiya daxil olub. Belə ki, Gənclər və İdman Nazirliyinin qərarına əsasən, bundan sonra milli pasport alacaq oyunçular Azərbaycanda anadan olmalı və burda yetişməlidi. Yalnız belə olan təqdirdə oyunçular sənədlə təmin olunacaq. Əks təqdirdə həmin şəxslərə pasport verilməyəcək.
Lüksemburqa sənəd məsələsinə görə getməyən müdafiəçi Raul Hacıyev hazırda Gürcüstan "Rustavi"sinin şərəfini qoruyur. Yarımmüdafiəçi Əsəd Əsədli Rusiya "Krasnodar"ından gəlib və hazırda "Turan Tovuz"un düşərgəsində yer alıb. Digər orta xətt futbolçusu Nihat Mehrəliyev isə Ukraynada anadan olub və "Qarabağ"a cəlb olunub.
CAVİD ƏLİYEV
U-19-un üç futbolçusunun Lüksemburqa getməməsinin səbəbi bəlli oldu - ÖZƏL
Ölkə futbolu / Manşet






