“Qəbələ” növbəti mərhələdə! - YENİLƏNİB

25.10.2023 20:15 359
Ölkə futbolu / Manşet
Bu gün “Qəbələ”nin U-19 komandasının Gənclər Liqasındakı mübarizəsi qaldığı yerdən davam edib.

"Football-plus.az" xəbər verir ki, Çempionlar yolunda qüvvəsini sınayan “qırmızı-qaralar” 1-ci mərhələdə “Puşkaş Akademiyası"yla səfər matçında üz-üzə gəlib.

Qələbə qazanan “Qəbələ” növbəti mərhələdə "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun yunanların qələbəsiylə bitib - 3:1. Növbəti oyun isə bu gün 22.30-da start götürəcək.

Xatırladaq ki, Famil Xəlilovun yetirmələri Qəbələdəki matçda macarlarla 1:1 hesablı "sülh"ə razı olub.

Gənclər Liqası
Çempionlar yolu, 1-ci mərhələ, cavab görüşü

Puşkaş Akademiyası (Macarıstan) - Qəbələ 0:1
Kənan Baxışov, 56
Hakimlər: MƏHƏMMƏD OSMAN ASLAM, Tom Harald Qronevik, Yorgen Ronninq Valstadsve (hamısı Norveç), Marton Ruş (Macarıstan).
25 oktyabr. Macarıstan, "Panço Arena". Saat 18.00.

KƏNAN BAHADIR