“Qəbələ”nin Gənclər Liqasında oyunlarının vaxtı və yeri

30.10.2023 11:55 229
Ölkə futbolu
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsində keçirəcəyi oyunların vaxtı və yeri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı noyabrın 8-də baş tutacaq ilk matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Görüş saat 16.00-da başlayacaq.

Cavab oyunu noyabrın 29-da Pireydə keçiriləcək. “Olimpiakos” Məşq Mərkəzində reallaşacaq qarşılaşmanın start fiti saat 19.00-da səslənəcək.

“Qəbələ” 1-ci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdırıb – 1:1, 1:0.