Bildiyiniz kimi, "Mingəçevir"də Azər Həşimov dönəmi başa çatıb.
“Football-plus.az” xəbər verir ki, buna gənc mütəxəssisin istefa verməsi səbəb olub. Komandanı 1-ci divizionun 11-ci turunda meydana Samir Məmmədov çıxarıb. Görəsən, Azər bəy nə üçün istefa verib? Onun suala cavabı belə oldu:
"Rəhbərliklə aram yaxşı deyildi. Vəziyyət ürəkaçan deyildi. Hər şey yaxşı olsaydı, Azər Həşimov istefa verməzdi. 10-cu turdan sonra niyə gedim ki? Əlbəttə, nəsə olub. Qəribəliklər görmüşəm ki, istefa vermək məcburiyyətində qalmışam. Məni tanıyanlar da bilir ki, boş-boşuna istefa vermərəm. Səbəb var. Sağlıq olsun. İndi fikrimi yönəltmişəm A kateqoriyalı kurslara".
Qeyd edək ki, Azər Həşimovun geniş müsahibəsini "Futbol+"in növbəti sayında oxuya bilərsiz.
İLKİN SULTANLI