• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bellingemin növbəti 5 illə bağlı möhtəşəm planları var imiş

Dünya futbolu

6-11-2023, 18:0

Dortmund “Borussiya”sının heyətindəki əla oyunu ilə top-klubların maraq dairəsinə düşən Cud Bellingem bu yay “Real”a keçdi. 

“Football-plus.az” xəbər verir ki, İspaniya nəhəngi yarımmüdafiəçinin transferi üçün 103 milyon avro ödədi. Bonuslar da nəzərə alsaq, məbləğ 130 milyondan çox ola bilər. 20 yaşlı futbolçunun qiymətinin şişirdilmiş olduğunu düşünənlər də az deyildi. Ancaq ingiltərəli bu mövsümdəki çıxışı ilə tənqidçilərini susdurmağı bacardı. Bellingem geridə qalan qısa müddətdə “kral klubu”nun liderinə çevrildi. Onun həm La Liqada, həm də Çempionlar Liqasında vurduğu qollar isə komandaya vacib qələbələr qazandırdı.

Bellingem bir neçə gün əvvəl “Qızıl top” mərasimində ötən mövsümün ən yaxşı gənc futbolçusu seçildi. Yarımmüdafiəçi artıq əsas qənimət uğrunda mübarizə aparmağa da hazırdı. Təsadüf deyil ki, bukmekerlər məhz onu 2024-cü ilin “Qızıl top”una əsas namizəd göstərirlər. İngiltərəli futbolçunun tədbirdən sonra nüfuzlu “L’Equipe” nəşrinə açıqlamalarını nəzərinizə çatdırırıq.

Valideynləri
Onlarla çox yaxınam, münasibətlərimiz mənə həyatda balans bəxş edir. Karyeramda yüksəliş yaşanmazdan əvvəl valideynlərim uzun illər işləməli olub. Peşəkar futbolçu olmazdan öncə çətinliklərin öhdəsindən necə gəldiklərini görürdüm. Özlərini istənilən mühitdə tapa və hamıdan yaxşı ola bildiklərinə heyranam.

Ailəsi
Mənim üçün ailəmin dəstəyi çox vacibdi. Əksər futbolçular müştərisinin maraqlarını qorumaqdan daha çox pulu düşünən agentlərə sahibdilər. Heç vaxt agentim olmayıb, çünki valideynlərim həmişə yanımdadılar. Onlar xoşbəxtliyimi fikirləşirlər, çünki arzularımızın oxşar olduğunu bilirlər. Agentlərin isə öz stimulu var, pul qazanmağı fikirləşirlər. Ailəmin əhatəsində olmaq istəyirəm. Masa arxasında həmişə gözəl söhbətlərimiz olur. Kinodan tutmuş “Real”a qədər hər şeyi müzakirə edirik.

Futbol
Mənə yaxın olan insanların həyatda doğru istiqamətdə hərəkət etmədiyini görürdüm. Futbolu məhz bu oyunun özünə görə sevirsənsə, mükafatlandırılacaqsan. Yox, məsələ diqqət və şan-şöhrətdədisə, fikrimcə, bu, səhv yoldu.

Bombardir atası
Heç vaxt bunu unutmağıma imkan vermir, bu haqda çox danışır. Rəqib qapısına yol tapdığım matçlardan sonra “mən isə 3-4 qol artıq vurardım” deyir.

Uşaqlıq arzusu
Millidə oynamağı xəyal edirdim. Ancaq o vaxt kimsə premyer-liqada çıxış etmədən Almaniyada 3 il keçirdiyimi, ardınca isə İspaniyaya yollanacağımı söyləsəydi, şoka düşərdim.

Yolunun başlanğıcı
Əvvəllər futbol xoşuma gəlmirdi. Bilirəm, inanılmaz səslənir, çünki indi bu oyunu əlimdən alsalar, dəli olaram. Atamın məşqini izləməyə gedir, orda ot və çiçək toplayırdım. Yadımdadı, anam üçün kiçik çobanyastığı buketi düzəltmişdim. Valideynlərim heç vaxt mənə təzyiq göstərməyib. Atam məni məşqlərinə aparır, amma “gizlənqaç oynamaq və ya gül yığmaq istəyirsənsə, bunu edə bilərsən” deyirdi. Sonra isə futbol məni özünə bağladı, bu oyundakı sərbəstliyi hiss etdim. Valideynlərim heç vaxt məni futbolla məşğul olmağa məcbur etmirdilər, sadəcə, özümü yaxşı aparmağımı və başqalarının qeydinə qalmağımı istəyirdilər.

Futbola olan sevginin səbəbləri
Məsələ rəqabətdədi. Bunu həmişə sevmişəm. Əvvəllər xüsusən də məğlub olanda problemlərlə üzləşirdim. Uduzmaq hamı üçün çətindi. Rəqibin əlini sıxmaq istəmirdim. Lakin sonra hörmət etməli olduğumu öyrəndim. Birmənalı şəkildə futbolu məhz rəqabətədavamlı mühitinə görə sevdim.

Kumirləri
“Birmingem”in futbolçularına heyran idim. Bu komanda 2011-ci ildə Liqa kubokunun finalında “Uembli”də “Arsenal”a 2:1 hesabıyla qalib gəlmişdi. Sebastyan Larsson, Kreyq Qardner və Li Boyer qəhrəmanlarım olsalar da, bir nömrəli kumirim atam idi. Sonra isə Ueyn Runi və Stiven Cerrardın oyununa valeh oldum, çünki İngiltərə millisinin şərəfini qoruyurdular. Atamda Zidanın futbolkası vardı, çimərlikdə almışdı. Daim hər yerdə, hətta evdə də geyirdi. Bir dəfə ondan soruşdum ki, köynəyin üzərində kimin soyadı yazılıb? “Yutub”a aç və özün bax”, - deyə cavab verdi. Həmin vaxtdan bəri Zidanın iştirakı ilə videoçarxları izləyirəm. Onun kimi futbolçu olmaq istərdim. 2022-ci ildə “Real”la “Liverpul” arasında keçirilən Çempionlar Liqasının finalında Zidanla tanış olmaq fürsətim oldu. Özümü sevincək uşaq kimi aparırdım. Zidan isə bütün uğurlarını nəzərə alsaq, çox təvazökar idi. “Real”da onun rəhbərliyi altında çıxış edən futbolçular möhtəşəm baş məşqçi olduğunu söyləyirlər.

Zidan və “5” nömrə
Bu nömrəni seçməyim ona olan hörmətdən irəli gəldi. Eyni zamanda, öz yolumla gedirəm və bunu istədiyim kimi etməliyəm. “Real”ın müasir “5” nömrəsi olacam.

“Birmingem” və “22” nömrə
Komandadan ayrılanda mənə qayıdışıma qədər heç bir futbolçunun bu nömrə altında çıxış etməyəcəyini bildirdilər. Şokda idim. Düzdür, 2019/20 mövsümünü yaxşı keçirdim, lakin fövqəltəbii heç nə göstərmədim. Ancaq bu qərarımı başa düşürəm, çünki həmin vaxt yüksək qiymətə reallaşan transferim çətin vəziyyətə düşən klubuma kömək etdi.

Erkən böyüməsi
Meydadankı davranışımın və müxtəlif vəziyyətlərə doğru reaksiya vermək bacarığımın bir neçə dəfə müzakirə olunduğunu eşitmişəm. Problem ondadı ki, səni zirvəyə qaldırırlar. Amma mən də hamı kimi səhv edirəm, çünki adi insanam. Bəzən başımı itirirəm, azarkeşlər isə “baxın, o qədər də yetkin deyil” deyirlər. Lakin mən də axı robot deyiləm.
“Real”ın paltardəyişmə otağı ilə bağlı ilk təəssüratı
Həyəcanlıydım. Əslində heç vaxt ulduz futbolçuların qarşısında özümü itirməmişəm. Ancaq “Real”ın paltardəyişə otağında daxil olanda ordakı oyunçuların necə böyük uğurlar qazanması haqda düşünməyə bilməzdim. “Bu, futbolun zirvə həddidi”, - öz-özümə bunu söylədim. Amma sonra onların da adi insanlar olduğunu başa düşdüm. Özümü rahat hiss etməyimi istəyirdilər, çox təvazökardılar. Bu, mənim üçün vacib dərs oldu. Nə qədər uğurlu olmağın və ya hansı kubokları qazanmağının önəmli deyil, onlar kimi təvazökar insan qala bilərsən. Bu futbolçular meydanda və ondan kənarda mənim ilham mənbəyimdi.

“Real”dakı ilk matçı
Hisslərimi ifadə etməyə söz bəs etməz. Mənim üçün bu, arzumun həyata keçməsidi. Əfsanəvi futbolka. Geyəndə sanki superqəhrəman kostyumunu əyninə keçirdiyini hiss edirsən. Çox böyük şərəfdi. Bu klubda qalmaq üçün müəyyən səviyyəni göstərməlisən.

Unikallığı
Hərdən özümü seçilmiş hesab edirəm. İnsanlar nə qədər gənc olduğumu yadıma salmağı xoşlayırlar, buna sakit yanaşmaq lazımdı. Bəzən mən də işimin öhdəsndən yaxşı gəldiyimi düşünürəm. Lakin gündəlik məşqlər zamanı bütün fikrimi yalnız özümü daha da təkmilləşdirməyə yönəldirəm.

Uyğunlaşması
Dərhal uyğunlaşmağa çalışmalısan. Belə desək, əvvəlcə suya bir barmağını salıb nəyin olacağını gözləyə bilməzsən. Macəraya doğru getməlisən. Hərdən bu çətin olur, ancaq soyuq başla düşünməli və irəliləməyə davam etməlisən. Haqqında yaxşı və ya pis şeylərin danışılmasının isə heç bir fərqi yoxdu.

İrqçilik
Mənim üçün çətin mövzudu. Ola bilsin, həmyaşıdlarım belə suallara cavab vermək istəməzdilər, çünki mübahisə yaradan məsələdi. Telefonumu yoxlasaq, son 24 saat ərzində irqçi xarakterli mesajları da tapa bilərik. Gönüqalın insanam, bu, mənə təsir etmir, amma başa düşürəm ki, hamı mənim kimi deyil.

5 ildən sonra özünü necə görməsi
5 dəfə Çempionlar Liqası, Avropa və ola bilsin, dünya çempionatlarının qalibi olacağıma ümid edirəm. Hər şeyə nikbin yanaşmağa çalışıram. Məğlub olacağımı düşünürək oynamağı mənasız sayıram. Qələbə qazanacağına həmişə inanmaq lazımdı. Əks halda, oynamağın nə mənası var?!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-06-2023, 11:0

Bellingem iki klubun tarixinə düşəcək

Dünya futbolu

14-06-2023, 23:0

Bellingemin gəlişi “Real”a nə vəd edir? - TƏHLİL

Dünya futbolu

6-10-2023, 19:0

İspanlar Arda Gülərin vurduğu ziyanı hesablamağa başlayıblar

Dünya futbolu

27-05-2023, 13:0

Dortmunddan Madridə yollanacaq

Dünya futbolu

29-09-2022, 17:0

“Borussiya” oyunçusuna qiymət qoydu

Dünya futbolu

2-10-2022, 23:0

“Real”ın gələn yay üçün transfer hədəfi bəllidi

Aktual
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Son xəbərlər
  • Bu gün, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Bu gün, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Bu gün, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Bu gün, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Bu gün, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Bu gün, 15:46
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Bu gün, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Bu gün, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Bu gün, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Bu gün, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Bu gün, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Bu gün, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Bu gün, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Bu gün, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Bu gün, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Bu gün, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Bu gün, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 489
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 256
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 201
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 196
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə