• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bellingemin gəlişi “Real”a nə vəd edir? - TƏHLİL

Dünya futbolu

14-06-2023, 23:0

Yayın ən çox gözlənilən transferinin reallaşdığını xəbər vermişdik.

Söhbət, təbii ki, Dortmund “Borussiya”sının 19 yaşlı xavbeki Cud Bellingemin “Real”a keçidindən gedir. Transfer məbləği 103 milyon avrodu, bonuslarla birgə 134 milyona qədər arta bilər. İngiltərəli futbolçunun müqaviləsi 6 illikdi.

Heç şübhəsiz, astronimik rəqəmlərdi. Bellingem transferinə görə 100 milyon avrodan artıq pul ödənilən 14-cü futbolçu, ilk tineycerdi. Onun cəmi 19 yaşı var – yubileyini bu ayın sonunda qeyd edəcək. Adamlar bu yaşda, adətən, universitetin 1-ci və ya 2-ci kursunu bitirir, Bellingem isə artıq tarixə düşüb.
Ancaq bu məbləğ yalnız əvvəllər ingiltərəli futbolçunu izləməyənləri şoka sala bilər. Əslində gənc yaşına rəğmən, Cud artıq çoxdan yüksək səviyyədə oynayır və rekordlar müəyyənləşdirir. Onun bioqrafiyasından maraqlı fakt: Bellingemin doğma klubu “Birmingem Siti” üç il əvvəl 16 yaşlı xavbekin vaxtilə geydiyi 22 nömrəli formanı istifadədən çıxarıb. Bu, dünya futbolu üçün presedenti olmayan haldı, axı “Birmingem” heç də ölkənin geridəqalmış klubu deyil, çempionşipin daimi iştirakçısıdı.

2020-ci ildə “Borussiya” yeniyetmə üçün bonuslar nəzərə alınmadan 25 milyon funt ödədi. Həmin vaxt böyüklər arasında yalnız bir mövsüm keçirməsinə baxmayaraq, Cudun kosmik perspektivlərindən danışanlar çox idi. İndi aydın olur ki, Dortmund klubu hədəfə düşüb – üç mövsüm ərzində futbolçunun qiyməti dəfələrlə artıb.

İndi – 2023-ün iyununda Bellingem artıq İngiltərə yığmasının aparıcı oyunçularındandı, DÇ-2022-də bir oyunu da buraxmadı. Böyüklər səviyyəsində 200 oyun keçirib – 176-nı klubların, 24-nü milli komandanın heyətində. Bu rəqəmlərin miqyasını daha aydın təsəvvür etmək üçün “The Athletic”in hazırladığı müqayisəli cədvələ baxmaq kifayətdi.

Klub səviyyəsində 19 yaş 272 günlükdə keçirilən oyun sayı (yalnız çempionatda)
oyunçu oyun qol ötürmə
Cud Bellingem 126 12 17
Ueyn Runi 96 26 10
Maykl Ouen 70 37 15
Kriştiano Ronaldo 64 7 10
Bukayo Saka 59 6 8
Markus Reşford 43 10 3
Lionel Messi 38 13 3
Stiven Cerrard 32 1 2

Bellingemin belə çox oyun vaxtı qazanması səbəbsiz deyil. O, “Borussiya”ya böyük fayda verib və komandasının son mövsümdə lap son saniyələrə qədər çempionluq uğrunda mübarizə aparmasının əsas səbəbkarlarından biridi. İngiltərəli ulduz Çempionlar Liqasında da uğurlu nəticə göstərib: payızda qrup mərhələsinin ilk 4 oyununun hamısında qol vurub, o cümlədən səfərdə “Mançester Siti”nin də qapısına. Hərçənd qol vurmaq onun əsas funksiyası deyil.

Bəs əsas funksiyası nədi? Bellingemin özəlliyi ondadı ki, çoxfunksiyalı oyunçudu. Cudun nominal mövqeyi boks-tu-boksdu, ancaq lazım gələndə “10 nömrə”nin yerində də, dayaq zonanın dərinliyində də oynaya bilir. Onun fantastik işgüzarlığı, güclü xarakteri və yaşına uyğun olmayan qədər fiziki hazırlığı var. “Real”ın debütantının daim müqayisə olunduğu Stiven Cerrard da bu məqamı qeyd edir: “Mən 22-23 yaşıma qədər Cud qədər güclü deyildim. O, fiziki cəhətdən daha çox inkişaf edib. Topla da çox inamlı davranır. Və mən bunu təvazökarlıq əlaməti kimi demirəm, gerçəyi deyirəm. O, mənim 19 yaşımda olduğumdan daha çox inkişaf edib”.

Məhz Cerrardın da vaxtilə şərəfini qoruduğu “Liverpul” uzun müddət Bellingemin növbəti iş yeri sayılırdı. Ancaq ötən mövsüm göstərdi ki, “qırmızılar” komandanı daha geniş həcmdə və çox pul xərcləməklə yeniləməlidi. Bu üzdən Cudu unutmaq lazım gəldi. “Mançester Siti” də bir müddət bazarda ona iddia göstərdi, ancaq bu iddia adi maraqdan irəli getmədi, “şəhərlilər” konkret addım atmadı.

Əvəzində “Real” inadkarlıq göstərdi, resursları da var idi, belə planlı futbolçuya da ciddi ehtiyac duyurdu. Son mövsüm də madridlilərin yenidənqurmaya ehtiyac duymasının sübutudu. “Real” ölkə kubokundan və klub dünya çempionluğundan başqa heç nə qazanmadı, Benzema, Azar, Mariano Dias və Asensio kimi futbolçularla vidalaşdı. Hələ bu yay müqavilə müddəti bitən Modriçlə Kroosun klubdan ayrılmaq təhlükəsi də tam aradan qalxmayıb. Kazemironun ötənilki gedişini isə tam həcmdə heç kim kompensasiya etməyib.

Bellingemin transferi o anlama gəlmir ki, Modriçlə Kroos müqavilə müddətini uzatmayacaq. Ancaq Florentino Peresin ingiltərəli futbolçuya onların varisi kimi baxdığı dəqiqdi. Xorvatiyalı “Real”da artıq 11 il keçirib, almaniyalı isə 9. Bellingemin “Real”dakı karyerasının da məhz bu qədər davam etməsi tam realdı.

Futbolçu özü də düzgün seçim edib. Cud “Borussiya”da da tərəqqi edə bilərdi, ancaq “Real”da bunu daha tez edəcək. Bellingem artıq Dortmund klubunun səviyyəsini aşıb. Hərçənd 19 yaşlı xavbek haqda belə danışmaq bir qədər qəribədi. Cud, yeri gəlmişkən, bundesliqanın ötən mövsümünün ən yaxşı futbolçusu sayılıb ki, bu da dolayısıyla onun statusundan xəbər verir.

“Real” artıq yüksək səviyyədi. İstənilən başqa halda yeniyetmə futbolçunun belə yüksək təzyiqin öhdəsindən gələ bilib-bilməyəcəyi ilə bağlı şübhələr yaranardı. Ancaq Bellingem öhdəsindən gələcək – naturaca lider olduğunu artıq dəfələrlə göstərib, bu yaşda belə bəzi oyunlarda “Borussiya”nın kapitan sarğısını daşıyıb. “Real”da mütləq dünya ulduzuna çevriləcək, Mbappe, Holann, Vinisius və başqa top səviyyəli oyunçularla “Qızıl top” uğrunda mübarizə aparacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-12-2022, 23:0

"Nyukasl" Bellingemin qardaşını istəyir

Dünya futbolu

9-06-2023, 11:0

Bellingem iki klubun tarixinə düşəcək

Dünya futbolu

2-10-2022, 23:0

“Real”ın gələn yay üçün transfer hədəfi bəllidi

Dünya futbolu

29-09-2022, 17:0

“Borussiya” oyunçusuna qiymət qoydu

Dünya futbolu

27-05-2023, 13:0

Dortmunddan Madridə yollanacaq

Dünya futbolu

17-04-2023, 19:0

“Liverpul” Bellingem uğrunda mübarizədən çəkildi

Aktual
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
Son xəbərlər
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 210
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 201
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 189
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə