• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” qələbələrdən və rekordlardan doymur – TURUN ŞƏRHİ

Dünya futbolu

1-11-2023, 14:0

Tura cümə günü keçirilən iki oyunla start verildi. “İstanbulspor”u məğlub edən “Kasımpaşa” son 5 turda 4-cü qələbəsini qazandı.

"Football-plus.az" xəbər verir ki, ilk 8 turda uduzmayan “Hatayspor” isə “Fənərbaxça”nın ardından “Kayserispor”a da boyun əyməklə ardıcıl 2-ci turda məğlub oldu.

Şənbə gününün ilk matçında Alanya səfərində 90-cı dəqiqəyə qədər məğlub durumda olan “Sivasspor” inanılmaz geridönüş edərək hesabına 3 xal yazdı. Çərşənbə günü “Konyaspor”un başına keçən və 72 saat sonra çətin Adana səfərində ilk sınağına çıxan Hakan Keleşin debütü uğursuz alındı. “Konyaspor”un məğlubiyyət seriyası 4 oyuna çatdısa, “Adana Dəmirspor” evdə ardıcıl 6-cı qələbəsini qazanmaqla şəxsi rekordunu bir qədər də yaxşılaşdırdı. Rizə səfərinə yollanan “Qalatasaray”da İkardi yenə ağrıkəsici ilə meydana çıxmışdı. İlk 45 dəqiqədə qol olmadı. Bununla da “Cim-Bom” cari mövsüm 10-cu superliqa matçında da ilk yarıda qol buraxmadı! Sonuncu dəfə bunu bacaran komanda 2007/08-də “Kayserispor” olmuşdu. “Bavariya” ilə oyunda əvəzetmələri gec etdiyinə görə tənqid olunan Okan Buruk bu dəfə vaxtında və yerində addım atdı. Məhz sonradan meydana çıxan oyunçulardan biri olan Oliveyra 68-ci dəqiqədə cərimə meydançası kənarından vurduğu qüvvətli zərbə son çempiona önəmli 3 xal qazandırdı. Amma “Qalatasaray” qoldan öncə topu ələ keçirərkən Əbdülkərim Bardakcı ilə Olavoyinin epizodu müzakirələrə səbəb oldu. Türkiyənin, demək olar, bütün mütəxəssisləri və sabiq hakimləri Əbdülkərimin qayda pozuntusuna yol verdiyini dedilər. Amma hakim monitora dəvət olunmadı və qol keçərli sayıldı. Qalan müddətdə meydan sahiblərinin bir qolu ofsayd üzündən qeydə alınmadısa, Kərəm Aktürkoğlu gözəl fürsəti boşa verdi. Superliqada ardıcıl 9-cu qələbəsini qazanan “Qalatasaray” xalını 28-ə çatdırdı. Bu isə klub tarixinin ən uğurlu startı deməkdi! Buna qədər “Aslan” 10 tura ən yaxşı halda 26 xal toplamışdı (1959/60, 2001/02 və 2005/06).

Bazar günü keçirilən qarşılaşmalara gəlincə, səfərdə “Ankaragücü”nə boyun əyən autsayder “Samsunspor”un qələbə həsrəti davam etdi. “İstanbul BŞ” Antalyada nəinki 3, heç 1 xal da qazana bilmədi. “Atatürk Olimpiya”da keçirilən “Fatih Karagümrük” – “Trabzonspor” oyunu isə ümidləri doğrultmadı. Qonaqların 90 dəqiqə ərzində qapıya göndərdiyi 14 zərbədən heç biri “çərçivə”yə düşmədi! Son 17 turda heç-heçə etməyən Trabzon təmilçisi Abdulla Avcının təyinatından sonra keçirdiyi ilk səfər oyununda 1 xal qazandı. Ümumiyyətlə, bu mövsüm 16 xalın cəmi 4-nü səfərdə qazanan qaradənizlilər çempion olduqları 2021/22-dən bəri heç cür səfər oyunlarındakı xal itkilərinə çarə tapa bilmirlər. Komanda ötən mövsümün əvvəlindən bu yana səfərdə keçirdiyi 23 qarşılaşmanın yalnız 6-da qələbə qazanıb (3 heç-heçə, 14 məğlubiyyət) və bu oyunlarda 48 top buraxıb! Müqayisə üçün bildirək ki, “bordo-mavililər” çempion olduqları 2021/22-də 19 səfər oyunundan 11 qələbə, 5 heç-heçə, 3 məğlubiyyət ilə ayrılmışdılar.

Günün son oyununda “Fənərbaxça” debütant “Pendikspor”un qonağı oldu. Bu, komandaların superliqa çərçivəsində ilk dueli idi. Görüş İstanbul nəhəngi üçün problemli başladı. Fred artıq 9-cu dəqiqədə zədələnərək əvəzləndi. Ümumiyyətlə, son vaxtlar “sarı-lacivərdlilər”də zədə halları artmağa başlayıb. Bir müddət öncə mərkəz müdafiəçiləri – Sərdar Əzizlə Ciku sıradan çıxmışdı. Bu oyunda da Freddən başqa hər iki mərkəz müdafiəçisi zədələndi! Bekao fasilədə, Samet Akydın isə oyunun sonlarında əvəzləndi. Amma bütün bunlar hələ ki nəticəyə təsir göstərmir. İlk yarılarda rəqiblərini nokauta göndərməyi xoşlayan İsmayıl Kartalın komandası bu matçda da fasiləyə qədər 2 qol vuraraq rahatlaşdı. Hücumda çox aciz təsir bağışlayan “Pendikspor”, demək olar, Livakoviçin qapısı önündə heç bir təhlükə yarada bilmədi. Oyunun son 25 dəqiqəsi isə Cekonun benefisinə çevrildi. Bosniyalı forvard het-trik etməklə İstanbulda bosniyalıların ən sıx yaşadığı ərazi olan Pendikdə coşdu! İnanılmaz qələbə seriyası ilə rekordları alt-üst edən “Fənər” Türkiyə çempionatı tarixində mövsümün ilk 5 səfər oyununda qol buraxmadan qələbə qazanan ilk komandadı! Kartal Aykut Kocamana məxsus rekordu yeniləyərək klub tarixində superliqada ardıcıl 11 qələbə qazanan ilk yerli məşqçi oldu! Çünki Kartalın başçılığı altında “Fənər” 2021/22-nin son turunda da qələbə qazanmışdı. Ümumilikdə komanda bu məşqçi ilə 62 superliqa matçından 44 qələbə, 13 heç-heçə, 5 məğlubiyyətlə ayrılaraq hər oyuna orta hesabla 2,3 xal toplayıb. Bu, klub tarixinin ən yaxşı 2-ci göstəricisidi. Rekord isə 1995/96-da istanbulluların başında 34 çempionat oyunundan 26 qələbə, 6 heç-heçə, 2 məğlubiyyətlə ayrılaraq orta hesabla hər oyuna 2,47 xal toplayan braziliyalı Karlos Alberto Parreyraya məxsusdu.

10-cu tur
Çaykur Rizəspor – Qalatasaray 0:1
Oliveyra, 68.
Qalatasaray: Muslera, Boe, Sançes, Əbdülkərim Bardakcı, Anxelinyo (Kaan Ayhan, 46), Kərəm Dəmirbay (Ziyeş, 46), Torreyra, Mertens (Oliveyra, 46), Kərəm Aktürkoğlu (Barış Alpər Yılmaz, 87), Zaha (Tete), İkardi.
Pendikspor – Fənərbaxça 0:5
Ərdəm Canpolat, 30-öz qapısına. İrfan Can Kahveci, 42. Ceko, 65; 77; 87.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel (Mərt Müldür, 78), Samet Akaydın (Krespo, 84), Bekao (Oostervolde, 46), Fərdi Kadıoğlu, İsmayıl Yüksək, Fred (Zayts, 9), İrfan Can Kahveci (Kent, 78), Şimanski, Tadiç, Ceko.
Beşiktaş – Qaziantep 2:0
Salih Uçan, 63. Cenk Tosun, 75.
Fatih Karagümrük – Trabzonspor 0:0
Trabzonspor: Uğurcan Çakır, Mehmet Can Aydın, Densvil, Baniya, Ərən Elmalı, Berat Özdəmir (Bardi, 69), Mendi, Visça (Enis Destan, 82), Abdülkadir Ömür, Funtas (Pepe, 69), Onuaçu.
Adana Dəmirspor – Konyaspor 3:0
Nianq, 54-p.; 90+3. Balotelli, 82.
Adana Dəmirspor: Ertaç Özbir, Svensson (İsmayıl Çokçalış, 69), Qravilyon (Abdulsamet Burak, 85), Semih Gülər, Rodriges, N`Diaye (Stambuli, 65), Əmrə Akbaba, Yusuf Ərdoğan, Belhanda (Dorukhan Toköz, 85), Zeneli (Balotelli, 65), Nianq.
Antalyaspor – İstanbul BŞ 1:0
Şariç, 16.
Kasımpaşa – İstanbulspor 3:1
Foll, 32. Aytac Kara, 56. Nqoy, 72 – Əmir Gültəkin, 76.
Hatayspor – Kayserispor 1:2
Renat Dadaşov, 68-p. – Burak Bekaroğlu, 33-öz qapısına. Boa Morte, 46.
Alanyaspor – Sivasspor 2:3
Fatih Aksoy, 66 – Kvet, 90+3. Manay, 90+7.
Ankaragücü – Samsunspor 2:0
Əfqan Bəkiroğlu, 71. Sou, 75.

1. Fənərbaxça 10 10 0 0 29-5 30
2. Qalatasaray 10 9 1 0 19-5 28
3. Adana Dəmirspor 10 6 2 2 22-11 20
4. Beşiktaş 10 6 1 3 15-11 19
5. Kasımpaşa 10 5 3 2 17-17 18
5. Trabzonspor 10 5 1 4 16-11 16
7. Kayserispor 10 4 4 2 12-10 16
8. Hatayspor 10 3 5 2 17-13 14
9. Çaykur Rizəspor 10 4 2 4 10-15 14
10. Sivasspor 10 3 4 3 12-13 13
11. Ankaragücü 10 3 3 4 15-12 12
12. Antalyaspor 10 3 3 4 10-11 12
13. Fatih Karagümrük 10 2 4 4 9-9 10
14. Alanyaspor 10 2 4 4 9-13 10
15. Konyaspor 10 2 3 5 9-15 9
16. Qaziantep 10 3 0 7 7-17 9
17. İstanbul BŞ 10 2 2 6 5-12 8
18. Pendikspor 10 1 4 5 10-23 7
19. İstanbulspor 9 1 2 6 6-15 5
20. Samsunspor 9 0 2 7 5-16 2

Bombardirlər: İkardi (Qalatasaray), Ceko (Fənərbaxça) – 10, Tiam (Kayserispor) – 8, Şimanski (Fənərbaxça), Nianq (Adana Dəmirspor), Aytac Kara (Kasımpaşa) – 6.
Növbəti turun oyunları noyabrın 3-6-sı aralığında keçiriləcək: Kayserispor – Alanyaspor, İstanbulspor – Pendikspor, Qalatasaray – Kasımpaşa, Konyaspor – Fatih Karagümrük, Sivasspor – Adana Dəmirspor, Qaziantep – Çaykur Rizəspor, İstanbul BŞ – Ankaragücü, Antalyaspor – Beşiktaş, Fənərbaxça – Trabzonspor, Samsunspor – Hatayspor.

Turun rəqəmi
21 – artıq noyabrdı və “Fənərbaxça”nın bu mövsüm keçirdiyi ilk rəsmi oyundan 3 aydan çox vaxt keçib. Amma komanda hələ də büdrəməyib. İstanbul nəhəngi 10-cu turu da qələbə ilə başa vurmaqla Türkiyə çempionatı tarixində ən uğurlu start ilə bağlı özünə məxsus olan rekordu bir qədər də yaxşılaşdırdı. Amma komandanın rəqəmləri artıq çempionat çərçivəsini aşır. Ötən mövsümün son turunda “Qaziantep”lə oyundakı texniki qələbə və kubokun finalında “İstanbul BŞ” üzərində qazanılan zəfəri də saysaq, “sarı-lacivərdlilər”in rəsmi matçlarda qələbə seriyası 21-ə bərabərdi! Bunun özü də Türkiyə futbolu üçün tam yeni və inanılmaz bir rekorddu. Maraq üçün bildirək ki, “böyük beşlik”də bu göstəricidə rekord “Bavariya”ya məxsusdu. Münhen nəhəngi 2019/20-nin sonunda və 2020/21-in əvvəlində ardıcıl 23 rəsmi oyunda qalib gəlmişdi. İkinci pillədəki “Real” 2014/15-də ardıcıl 22 qələbəyə sevinmişdi.

Turun ulduzu
Edin Ceko (Fənərbaxça) – bosniyalı ulduz “Benjamin Batton” filminin baş qəhrəmanı kimi yaşlanmaq əvəzinə sanki daha da cavanlaşır. O, superliqada ardıcıl 4-cü qarşılaşmada meydanı qolsuz tərk etmədi və bombardirlər yarışına başçılıq edən İkardini yaxaladı. Ceko sonuncu dəfə çempionat çərçivəsində bir oyunda ən azı 3 qolu 2011-in avqustunda “Mançester Siti”nin səfərdə “Tottenhem”i 5:1 yendiyi qarşılaşmada vurmuşdu. Ən əsası bu uğuru 37 yaş 226 günlüyündə yaşayan Ceko 1962-nin oktyabrında “Vəfa” ilə qarşılaşmada 36 yaş 291 günlüyündə 3 qol vuran “Fənər”in əfsanəsi Leftər Küçükandonyadisin rekordunu yeniləyərək Türkiyə çempionatı tarixində het-trik edən ən yaşlı futbolçu oldu!

Turun sitatı

İlhan Palut, “Çaykur Rizəspor”un baş məşqçisi: “Qalatasaray”ın qolundan öncə yaşanan epizodu düzgün ifadə etmək üçün kəlmələr axtarıram. Əbdülkərim Bardakcı topa toxunmadan oyunçumuzu yerə yıxdı... Bağışlayın, oyunçumuz özü yerə yıxıldı. Qayda pozuntusu deməyək, şannsız bir an deyək... Baş hakimin həmin epizoddakı qərarı ilə razı deyiıəm. Amma hay-küy salmaq da istəmirəm. Guya salsam, nə dəyişəcək?! Mənim vəzifəm hakimlər haqda danımaq yox, komandanı ayağa qaldırmaqdı. Heyətimiz gəncdi. Bəzi oyunçularda həyəcan hiss olunurdu. Bu gün Zahaya qarşı oynayan futbolçumuz ötən mövsüm 3-cü divizion təmsilçisi “Somaspor”da oynayırdı”.

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Belə matçlarda rəqiblərimizin daha yaxşı konsentrasiya ilə oynadığını bilirik. Çünki bir həftə dincələrək və çalışaraq oyuna çıxırlar. “Çaykur Rizəspor” müqavimət göstərməyi bacaran komandadı. Bu oyuna qədər öz meydanında uduzmamışdı. Topu bizə verib əks-hücumlara bel bağladılar. İrəlidə yaradıcılığımız çox da yaxşı səviyyədə deyildi. ÇL-də bundan daha yaxşı performans sərgiləmişdik. Oyunumuzu gücləndirməliyik. Hər şeyə rəğmən, qalib gəldik və qələbə seriyamız 9 oldu. Hakimin qərarlarını bəyənmədim. Qayda pozuntularında standartı yaxalaya bilmədi. İkardi ardıcıl 2-ci oyuna iynə ilə çıxdı. Bu üzdən çətinlik çəkir. Çox fədakar futbolçudu. Bu hərəkəti ilə futbolu və “Qalatasaray”ı nə qədər çox sevdiyini göstərir. Yığma fasiləsində dincəlmək fürsəti olacaq”.


İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi:

“Oyuna yaxşı hazırlaşmışdıq və əvvəldən sona qədər üstünlüyə malik olduq. Oyunun əvvəlində Fredin zədələnməsi bizi üzsə də, inamlı qələbə qazandıq. Sonradan meydana çıxanlar da yaxşı performans sərgilədi. Fərq daha böyük ola bilərdi. Çünki aşkar penaltimiz verilmədi. Hakim nəticədən asılı olmayaraq ədalətli davranmalıdı. Epizod düz gözünün önündə idi. Penalti verilməsi üçün daha nə olmalıdı? Bu günə qədər bütün matçlarda tam layiqli qələbə qazanmışıq. Başqalarının necə qalib gəldiklərinə baxmıram. Komanda şəklində əla mübarizə aparırıq. Qələbə seriyamızın sirri bundadı. Bu zəfərlə həm də camiəmizin cümhuriyyət bayramını təbrik edirəm. Artıq diqqətimizi “Trabzonspor”la oyuna yönəldəcəyik və planımızı quracağıq. “Trabzonspor” yaxşı komandadı və baş məşqçiləri də yeni gəlib”.


Abdulla Avcı, “Trabzonspor”un baş məşqçisi:

“İlk yarım saatda pis təsir bağışlamadıq. Matçın taleyini həmin müddətdə həll edə bilərdik. Amma sonradan “Fatih Karagümrük” meydanın mərkəzində üstünlüyü ələ keçirdi və daha cəsarətli oynamağa başladı. 2-ci hissədə komandamın topa daha yaxşı nəzarət edəcəyini düşünürdüm. Dörd yaxşı fürsət yaxalasaq da, heç birini dəyərləndirə bilmədik. Belə çətin oyunlarda qalib gəlməyi bacarmaq komandaya həm özünəinam, həm səviyyə baxımından daha sürətlə irəliləməyə imkan verir. Unutmayaq ki, bu komanda mövsümə yaxşı başlamayıb. Dərhal hər şeyin qaydasında düşəcəyini gözləmək də düzgün deyil. Üzərimizdə çalışmaqda davam edəcəyik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

18-05-2023, 13:0

“Qalatasaray” artıq şənbə günü çempion ola bilər! - TURUN ŞƏRHİ

Dünya futbolu

7-01-2023, 21:0

Superliqada maraqlı tur

Dünya futbolu

17-09-2022, 12:0

''Konyaspor''un seriyası bitdi, ''Qalatasaray'' 58 tur sora lider oldu

Dünya futbolu

15-04-2023, 13:0

Okan Buruk bunu bacaran 4-cü məşqçi oldu

Dünya futbolu

24-05-2023, 11:0

Bir qələbə “Qalatasaray”ın çempionluğu üçün kifayət edəcək - TURUN ŞƏRHİ

Aktual
Vicdansız Kristiansen! – Roderik Milleri son oyuna da buraxmadı
“Hər ehtiyacları mənim tərəfimdən qarşılanacaq” – Mahir Şükürovun məktəbi işə başladı
“Bir məşqçini Konfrans Liqasında mərhələ keçib-keçməməyə görə işə götürmürlər” – “Neftçi” niyə tələsdi?
“Kəpəz”də təqdimat mərasimi keçiriləcək – yeni sədr axır ki, gün üzünə çıxır!
Azərbaycana 17 legioner gəlib - neçəsi yığmada çıxış edir?
Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
Son xəbərlər
  • Bu gün, 00:59
    Kanada 1/8 finala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:55
    Cüdoçumuz Çində medal qazandı
  • Dünən, 22:58
    ''İnter'' Çalhanoğlu ilə bağlı qərarını verdi
  • Dünən, 22:27
    "Sabah" "Ferentsvaroş"la da heç-heçə etdi
  • Dünən, 21:56
    “Turan Tovuz” “Fənərbaxça” ilə nə vaxt qarşılaşacaq?
  • Dünən, 21:30
    ''Bursaspor'' ''Fənərbaxça''nın sabiq üzvünü transfer etdi
  • Dünən, 20:56
    Bu qardaşlar DÇ-nin tarixinə düşdü
  • Dünən, 20:25
    “Liverpul”u tərk edəcək
  • Dünən, 19:49
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 19:17
    "Turan Tovuz" Türkiyəyə nə vaxt qayıdacaq?
  • Dünən, 19:00
    Vicdansız Kristiansen! – Roderik Milleri son oyuna da buraxmadı
  • Dünən, 18:41
    Bundestimi məğlubdan qalibə çevirən oyunçu - Undav dünya kubokunu başı üzərinə qaldırmağı arzulayır
  • Dünən, 18:00
    Penalti seriyasında yenilik? - DÇ-nin İDEYASI
  • Dünən, 17:29
    “Hər ehtiyacları mənim tərəfimdən qarşılanacaq” – Mahir Şükürovun məktəbi işə başladı
  • Dünən, 16:45
    Cüdoçumuz Praqada 1/4 finala yüksəldi
  • Dünən, 15:51
    "Sabah" bu gün "Ferentsvaroş"la qarşılaşacaq
  • Dünən, 15:20
    Fransaya qayıtmayacaq
  • Dünən, 14:50
    "Hər şey yaxşıdısa, yeni müqaviləyə niyə qol çəkməyək?!" - Vernidub
  • Dünən, 14:00
    Andrade "Qarabağ"la vidalaşdı
  • Dünən, 13:40
    “Bir məşqçini Konfrans Liqasında mərhələ keçib-keçməməyə görə işə götürmürlər” – “Neftçi” niyə tələsdi?
  • Dünən, 13:00
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 12:40
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:07
    "Şamaxı" "Qəbələ" ilə qarşılaşacaq
  • Dünən, 11:36
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 11:05
    “Kəpəz”də təqdimat mərasimi keçiriləcək – yeni sədr axır ki, gün üzünə çıxır!
  • Dünən, 10:49
    Messi yenə qol vurdu, İran qrupda qaldı - DÇ səhəri
  • Dünən, 10:31
    "Bu istəklə və templə davam edəcəyik" - Qurban Qurbanov
  • Dünən, 10:00
    "Fənərbaxça" Tovuza gəlir!
  • 27-06-2026, 23:0
    Azərbaycana 17 legioner gəlib - neçəsi yığmada çıxış edir?
  • 27-06-2026, 23:0
    "Neftçi" "əfsanə zolaqlı" formanı qaytarır - VİDEO
  • 27-06-2026, 23:0
    4 təmsilçimizdən 3-ü qalib gəldi! - Fiziyevdən möhtəşəm nakaut
  • 27-06-2026, 22:0
    "Avrokuboklara şans qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik"
  • 27-06-2026, 22:0
    İranın forvardı FİFA-nı yıxıb-sürüdü - ''Bizim evə qayıtmağımızı istəyirlər''
  • 27-06-2026, 21:0
    "Zirə" özbəklərə uduzdu
  • 27-06-2026, 21:0
    Savo het-trik etdi, "Qarabağ" qalib gəldi
Daha çox
Oxunub: 443
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 314
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 271
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 267
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 230
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə