Ənvər Əl-Qazi artıq “Maynts-05”in oyunçusu deyil.
"Football-plus.az" xəbər verir ki, rəhbərlik onu komandadan kənarlaşdırıb.
Almaniya klubu niderlandlı yarımmüdafiəçi ilə müqaviləni pozub. Yerli mənbələr buna onun Fələstinə dəstək nümayiş etdirməsinin səbəb olduğunu xəbər verib. Xatırladaq ki, Ənvər sosial şəbəkələrdəki belə yazı və çıxışlarına görə oktyabrın 17-də məşqlərdən kənarlaşdırılmışdı.
Əl-Qazi “Maynts-05”ə bu yay PSV-dən gəlmişdi. 28 yaşlı yarımmüdafiəçi bundesliqada 3 oyunda meydana çıxmaq şansı qazanıb.