"Liverpul" Çuameni transferində israrlıdı

11.05.2023 22:30 248
Dünya futbolu
"Liverpul" heyətini gücləndirmək niyyətindədi.

"Football-plus.az" xəbər verir ki, klub "Real"ın yarımmüdafiəçisi Orelyen Çuameni ilə maraqlanır. Mersisaydlılar futbolçunu icarəyə götürmək variantını nəzərdən keçirir. Bildirilir ki, madridlilərin baş məşqçisi Karlo Ançelotti 23 yaşlı oyunçu ilə yollarını ayırmaq istəmir. Onun özü komandadakı durumundan razıdı.