• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bayer” “Qarabağ”ı, Almaniya məni şoka saldı...

Manşet / Avropa Liqası

28-10-2023, 21:0

“Qarabağ” Leverkuzenə darmadağın olandan sonra sosial şəbəkələrdə əsasən bu fikir səsləndi: səviyyə fərqi böyükdü. Bəs bu, təkcə “Bayer-04”ün “Qarabağ” qarşısındakı üstünlüyü idi? Təbii ki, yox!

Son üç gündə Leverkuzendəydim, “Qarabağ”la getmişdim. İlkin təəssüratımı “Futbol+” oxucusu ilə bölüşmüşdüm. Qəsəbədə yaşananları, adamların “Bayer” sevgisini qələmə almışdım.

“Qarabağ” niyə bu hesabla uduzdu? Cavab sadədi. Onların futbol həyatı ilə bizimki arasında fərq dağlar qədərdi. Demək istədiyimi anlamadız? Yəni futbol almanların həyatının bir parçasıdı. Başa düşürəm. Demək istədiyim bəziləri üçün yad sözlərdi. Azərbaycan reallığında o qədər problem var ki, futbolu həyatımızın müəyyən yerinə qoya bilmirik. Gəlin, heç olmasa, gördüklərimi sizə nəql edim. Bəlkə futbolun necə həyatın bir parçası olduğunu anlada bildim.

Leverkuzenin bütün küçələrində “Bayer-04”ə aid nəsə tapmaq mümkündü. Ticarət mərkəzlərində “fanşop”, körpülərin üstündə ultrasın qeydləri. İnsanlar bu klubu ailənin bir parçası kimi anlayırlar, ələ düşən ilk fürsətdə futbolu müzakirə edirlər. Necə? Oyun günü Leverkuzendən Kölnə getmək istəyirdim. Qatar biletini necə almalı olduğumu bilmirdim. Bir almana yaxınlaşıb kömək etməsini istədim. Aşağı səviyyə ingiliscəsi ilə məni başa salmağa çalışırdı. Aparatın üzərində yazılanlar isə almanca idi. Hansı düymələri basacağımı bilmirdim. Qeyri-ixtiyari “ay dədə, indi necə bilet alacam” deyən zaman alman məndən haralı olduğumu soruşdu. “Azərbaycandanam” cavabını verəndən sonra “Qarabağ”ın oyununa gəlmisən?”, - deyə sual etdi. Qəribə idi. Əynimdə forma yox idi. Ondan da ancaq bileti almağın yolunu soruşmuşam. Necə başa düşdü “Qarabağ”ın oyununa gəldiyimi? “Bunu hardan bildin?”, - deyə soruşduğum vaxt “dəlisən? Bu gün “Bayer-04”ün sizin ölkənin komandası “Qarabağ”la oyunu var. Almaniyada yaşayan olsaydın, bileti almağın yolunu bilərdin. Deməli, “Bayer-04” – “Qarabağ” oyununa gəlmisən” dedi. Əla məntiq işlədərək cavab vermişdi. “Əynində niyə forma yoxdu? Mən Bakıya - “Bayer-04”ün oyununa gəlsəydim, komandama aid nəsə geyinərdim” dedi. “Jurnalistəm” cavabını alandan sonra, sadəcə, gülümsədi. Mən bileti aldım və ona təşəkkür etdim. “Bayer-04” bizim hər şeyimizdi. Bu gün komandamızın gücünü görəcəksən, “Qarabağ”ı məğlub edəcəyik” deyərək yoluna davam etdi. Hansısa azərbaycanlıdan turist nəsə soruşsaydı, öz rayonunun komandasının oyunu olduğunu söyləyə bilərdi? Heç yadına düşməzdi. Bunu Almaniya futbolu ilə bizimki arasındakı ilk fərq kimi dəyərləndirək.

Kölndə məni fizika-riyaziyyat və informatika təmayüllü liseydə bir yerdə oxuduğumuz Nicatla Kənan qarşıladı. Onlar Almaniyada yaşayırlar. Kölndəki İdman Universitetində təhsil alırlar. Gələcəyin məşqçiləridi. Nicat “Köln Viktoriya”nın, Sənan isə “Bayer-04”ün akademiyasında çalışır. Tələbə olmalarına baxmayaraq, indidən klublarda çalışırlar. Yəni futbolun sirlərini həm universitetdə, həm də meydanlarda öyrənirlər. İkisi də aşağı yaş qrupu üzrə komandada köməkçi məşqçidi. 500-600 avro məvacib alırlar. Azərbaycanda isə kateqoriyası olan uşaq məşqçiləri qəpik-quruşa işləyirlər. Bu məqamı da Almaniya və Azərbaycan futbolu arasındakı ikinci fərq kimi qəbul edək.

Kölndən Leverkuzenə qayıdıram. Qatarda nə qədər “Bayer-04” formalı adam var. Nicatla Sənan da mənlə birgə qayıdır. Onlar azarkeşlərlə alman dilində söhbətləşməyə başladılar. 25 dəqiqəlik yolda klubun tarixindən indisinə kimi söhbətləşdilər. Stansiya ilə “BayArena” arasında ayaqla maksimum 20 dəqiqəlik məsafə var. Azarkeşlər əllərində içki və mahnı oxuyaraq stadiona tərəf yollandılar. Arenaya çatan kimi isə “fanfood”lardan nəsə almağa çalışırdılar. Qiymətlər Almaniya reallığında normal idi. Ən bahalı qida 15 avro idi. Onun da içində sosis, kartof, müxtəlif souslar var idi.

Oyunda nələrin yaşandığını gördüz. Azarkeşlər möhtəşəm idi. Oyundan sonra daha bir şok yaşadım. Fanatlar stadion ərazisini tərk etmirdilər, harasa tələsmirdilər. “BayArena”dakı “fanfood”larda, kafelərdə əyləşib yemək yeyərək, içki içərək qələbəni qeyd edirdilər. Təbii ki, evə getmək istəyənlər də var idi. Amma onların heç biri qaçmırdı. Yavaş-yavaş ya qatar stansiyasına yollanırdılar, ya da avtobus dayanacağına. Bizdə isə adamlar oyundan sonra bir-birini tapdalayaraq metroya, avtobusa minməyə çalışır. Bu da Almaniya və Azərbaycan futbolu arasındakı sonuncu fərq olsun.

İndi deyəcəksiz ki, bundesliqanın səviyyəsi, futbolçuların peşəkarlığı qaldı. Amma bunlar başqalarının da qələmə aldığı sadə şeylərdi. Mən isə sizə əsl reallıqlardan bəhs etməyə çalışdım. Futbol, sadəcə, oyun deyil. Bu idman növündə normal təfəkkürü, yaşayış tərzi, mənəvi azadlığı olan xalqların nümayəndələri həmişə qələbə qazanacaq. Məhz yuxarıda sadaladığım məqamlara görə “Qarabağ” “Bayer-04”lə görüşdə belə məğlub oldu.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

2-09-2023, 12:0

“Qarabağ”ın qrupunun tam təqvimi - Avropa Liqası

Manşet / Avropa Liqası

26-10-2023, 15:0

Kiçik qəsəbənin böyük sevgisi – “Bayer-04”...

Dünya futbolu

21-10-2023, 20:0

"Qarabağ"ın rəqibi liderliyini davam etdirir

Avropa Liqası

24-10-2023, 12:0

"Bayer-04" - "Qarabağ" oyununun hakimləri bəlli oldu

Avropa Liqası

20-10-2023, 11:0

"Bayer-04" - "Qarabağ" oyununun biletləri ucuzlaşdı

Avropa Liqası

28-10-2023, 15:0

"Bayer 04" - "Qarabağ" oyunu 6-cı oldu

Aktual
“Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
Son xəbərlər
  • Bu gün, 11:54
    “Sabah” ölkə kubokunda 20-ci ev qoluna imza atdı
  • Bu gün, 11:23
    “Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
  • Bu gün, 10:52
    Güləş millimiz Avropa çempionu oldu
  • Bu gün, 10:31
    Nəriman yenə şans qazanmadı
  • Bu gün, 10:00
    Daha dörd güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Dünən, 23:58
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • Dünən, 23:53
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • Dünən, 23:22
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • Dünən, 22:52
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • Dünən, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Dünən, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Dünən, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Dünən, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Dünən, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Dünən, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Dünən, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Dünən, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Dünən, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Dünən, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Dünən, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Dünən, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Dünən, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Dünən, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Dünən, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Dünən, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Dünən, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Dünən, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Dünən, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Dünən, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Dünən, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Dünən, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Dünən, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Dünən, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Dünən, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • 21-04-2026, 23:0
    Almeyda xəyanətlə üzləşib
Daha çox
Oxunub: 602
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 269
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 194
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə