• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kiçik qəsəbənin böyük sevgisi – “Bayer-04”...

Manşet / Avropa Liqası

26-10-2023, 15:0

“Qarabağ” Almaniyadadı.

Bu gün Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Bayer-04” ilə üz-üzə gələcək. “Köhlən atlar”la birgə media mənsubları da Leverkuzenə yollanıb. “Futbol+”in əməkdaşı olaraq, mən də burdayam. Yəqin ki, müxtəlif media orqanlarında həmkarlarımın təəssüratını oxumusuz.

Bilirsiz ki, “Mediasport.az” saytının baş redaktoru Elvin Əhədə viza verilmədiyi üçün Heydər Əliyev adına Hava Limanından geri qayıtmalı oldu. Bizimlə birgə “Hünər Group”un rəhbəri Ehtiram Quliyev də Almaniyaya səfər edib. Futbolçular səfər boyunca sakit görünürdülər. Komandanın ağsaqqalları və təcrübəliləri – Maksim Medvedev, Riçard Almeyda, Bədavi Hüseynov jurnalistlərlə xüsusi görüşdü, baş məşqçi Qurban Qurbanov və köməkçiləri də mehriban şəkildə media mənsubları ilə söhbətləşirdi. 5 saatlıq uçuş gözə çox görünməsin deyə, ənənəvi “şəhər və klub adları” oyununu oynadıq.

Almaniya vaxtı ilə saat 22.50-də Köln hava limanına çatdıq. Burdan isə Leverkuzenə yollandıq. “BayArena”nın daxilində yerləşən “Lindner” otelində qalırıq. İndiyə kimi müxtəlif ölkələrə və şəhərlərə futbolla bağlı getmişəm. Amma belə arena görməmişəm. Stadionun hər nöqtəsindən pul qazanmaq üçün istifadə edir “Bayer-04” rəhbərliyi.
Leverkuzen o qədər də böyük yer deyil. Bura Kölnün qəsəbəsidi. Burda göydələnlərə az-az rast gələ bilərsən. Adamlar 3-4 mərtəbəli binalarda yaşayırlar. Olduqca sakit və zavodlarla əhatələnmiş qəsəbədi. Tipik Almaniya reallığında yaşayırlar. Düzdü, bəzi yerlərdə yollar bizim Masazıra bənzəyir. Amma qəsəbənin memarlığı və təmizliyi superdi. Payızın özünəxaslığı Leverkuzeni daha da gözəlləşdirib.

Sevginin nə olduğunu anlamayanlar burdakı rahatlığı və hüzuru hiss edə bilməz. Amma insalardan nəsə soruşanda onların cavabını eşidəndə xəyallardan oyanırsan. Anlayırsan ki, bura Avropanın ən sərt və kobud insanlarının yaşadığı Almaniyadı.

Qayıdaq futbola. Qəsəbə “Bayer” sevgisi ilə yaşayır. Addımbaşı olmasa da, hər 30-40 adamdan biri “qırmızı-qaralar”ın formasını geyir. Məsələn, mən 6 saat ərzində dəmiryolu stansiyasının yaxınlığında yerləşən “Rathaus-Galeria” adlı ticarət mərkəzində oldum. Orda tez-tez gənclərin əynində “Bayer-04” formasını gördüm. Təbii ki, klubun fan-şopuna da baş çəkdim. Burda “qırmızı-qaralar”la bağlı hər şey olsa da, ən ucuz formanın qiyməti isə 90 avro idi. Ticarət mərkəzinin daxilindəki idman mağazalarında da klubun idman köynəyinin dəyəri eyni idi. Ümumiyyətlə, Leverkuzen baha qəsəbədi. Adi ikinəfərlik “fast-food”un dəyəri 18 avro idi. Taksi dəmiryolu stansiyasından “BayArena”ya 8 avroya aparır. O da “başqa pulum yoxdu” desən və sənə inansa. Burda 10 avrodan ucuz geyim ancaq corab tapa bilərsən. Amma aldığın mal yüz faiz keyfiyyətlidi.

Yenə deyirəm ki, qəsəbədə “Bayer-04”ü çox sevirlər. Ticarət mərkəzlərinin hər mərtəbəsində klubla bağlı nəsə var. Leverkuzen təmsilçisinin rəsmi saytının promo videosunu “mall”un hər yerində görə bilərsən. Amma “Qarabağ”la oyunun afişasına heç yerdə rast gəlmədim. Qəsəbənin insanları qəzet oxumağı sevirlər. Düzdü, daha çox yaşlı nəsil buna maraq göstərir. Ticarət mərkəzlərində, köşklərdə rahat şəkidə qəzet ala bilərsən. Hətta mən Türkiyənin “Sözcü”sünə də burda rast gəldim. Lakin Almaniya qəzetlərinin heç birində “Bayer-04” – “Qarabağ” görüşü ilə bağlı geniş yazı dərc olunmamışdı. “Bayer-04”in ultrası özünə aid nişanları hər yerə vurub. “Rathaus-Galeria”nın tualetindən istifadə edəndə belə “Levultras 89!” yazısına rast gəldik. Azarkeşlərdən kimsə fanat qrupunun adını qapıya həkk etməyi özünə borc bilmişdi.
Leverkuzenin cazibədarlığından kitab yazmaq olar. Amma “BayArena” lap başqa aləmdi.

Bu gün “Qarabağ” “BayArena”da çətin oyuna çıxacaq. Rəqib Avropada bütün turnirlərdə uduzmayan yeganə komandadı. Amma Qurban Qurbanovun və komanda üzvlərinin üzündəki rahatlıq ifadəsi hər şeyin yaxşı olacağından xəbər verir. Təki yaxşı olsun, komandamız burdan xalla dönsün və biz də rahat şəkildə deyək ki, sağ ol, “Qarabağ”!

İLKİN SULTANLI, Leverkuzen

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

5-09-2022, 16:0

"Qarabağ"ın səfər proqramı açıqlandı

Çempionlar Liqası

19-08-2022, 16:0

"Qarabağ"in Çexiyaya səfər tarixi açıqlandı

Avropa Liqası

7-08-2023, 16:0

Öncə Qurbanov, sonra Korkakunnas

Avropa Liqası

9-09-2023, 12:0

"Qarabağ" qrup oyunları üçün iştirak ərizəsini açıqladı

Manşet / Yazarlar

7-09-2022, 01:0

Üç ölkənin arasında, Qaranın əsl qəhrəman hesab etdiyi Mehman - YAZI

Aktual / Avropa Liqası

15-08-2023, 14:0

“Qarabağ” Helsinkidə “Hilton”u seçdi

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə