• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” Braqanı çətinlikə fəth etdi

Dünya futbolu

27-10-2023, 19:0

Madrid nəhəngi Braqada meydana minimum güclə maksimum nəticə əldə etmək hədəfi ilə çıxmışdı.

“Football-plus.az” xəbər verir ki, çünki artıq şənbə günü “El Klassiko” var. Ümumi götürəndə komandanın bu hədəfinə çatdığını söyləmək olar. Amma son 20 dəqiqədə madridlilər çox güc sərf etməli oldular. “Braqa”nın oyun planı təəccüb doğururdu. Artur Jorje müdafiə xəttini çox öndə qurmuşdu. Heyətində Vinisius və Rodriqo kimi sürətli futbolçular olan rəqibə qarşı belə taktika bir tərəfdən çox riskli görünürdü. Amma digər tərəfdən cəsur oyuna görə meydan sahiblərinə alqış düşür. “Braqa” tez-tez rəqibi ofsayda salsa da, bunu hər dəfə etmək mümkün olmurdu. Komanda ilk qolu məhz bu cür buraxdı. Vinisius ofsayda düşmədən uzun ötürməni qəbul edərək cinahla irəlilədi və Rodriqonun fərqlənməsinə şərait yaratdı. “Kral klubu” 61-ci dəqiqədə 2-ci qolu da buna bənzər tərzdə vurdu. Bu dəfə Rodriqo “ofsayd tələsinə düşmədi”. Onun ötürməsi pis alınsa da, Vinisius topu saxlayıb Bellingemi zərbə mövqeyinə çıxardı. “Real”dakı karyerası nağıllardakı kimi davam edən ingiltərəli yarımmüdafiəçi isə yerlə rahat şəkildə topu uzaq küncə göndərdi. Bellingem “Real”ın heyətində keçirdiyi 3-cü ÇL matçında da meydanı qolsuz tərk etmədi! Daha öncə klub tarixində yalnız bir futbolçu – 1998-ci ildə fransalı Karambö ilk 3 ÇL oyununda fərqlənməyi bacarmışdı. Bellingem həm də “Real”da 12-ci rəsmi oyunda 11-ci qolunu vurdu. Əvəlki klubu Dortmund “Borussiya”sında o, son 11 qolunu 33 oyuna vurmuşdu. “Braqa” bu qoldan cəmi 2 dəqiqə sonra fərqi azaltsa da, meydan sahiblərinin bundan artığına gücü çatmadı. Madrid nəhəngi tarixində 9-cu dəfə ÇL-də qrup mərhələsinə ardıcıl 3 qələbə ilə start verdi. Komanda bu göstəriciyə nail olduğu son 5 mövsümün (2010/11, 2011/12, 2013/14, 2014/15, 2022/23) hamısında ən azı yarımfinala qədər irəliləsə də, yalnız birində çempion olub.

“Union” uduzmaqdan yorulmadı. Komanda belə çarəsiz duruma düşəcəyini bilsəydi, qəhrəmanlıq edib tarixində ilk dəfə ÇL-ə düşməzdi. Urs Fişerin komandası əvvəlki iki matçda olduğu kimi, bu dəfə də pis təsir bağışlamadı. Amma hər dəfə berlinlilərə qələbə və ya xal qazanmaq üçün nəsə çatmır. O qədər də baxımlı keçməyən görüşün taleyini bir qol həll etdi. İkinci hissənin ortalarında Kvaratsxeliyanın gözəl keçidindən sonra Raspadori yaxın küncü dəqiq nişan aldı. Bu, “Napoli”nin oyun ərzində “çərçivə”yə vurduğu ilk və yeganə zərbə oldu! Əsas qol silahı Osimhenin zədə üzündən oyunu buraxması İtaliya çempionunun hücumda passiv nəzərə çarpmasında az rol oynamadı. Bununla belə, neapollular lazımi nəticə qazanmağı bacardılar. Ardıcıl 9-cu (!) rəsmi oyunda uduzan “Union” isə çox güman, bundan sonra ən yaxşı halda AL-ə vəsiqə uğrunda mübarizə aparacaq.

1. Real 3 3 0 0 6-3 9
2. Napoli 3 2 0 1 5-4 6
3. Braqa 3 1 0 2 5-6 3
4. Union 3 0 0 3 2-5 0
8 noyabr: Real – Braqa, Napoli – Union.
Oyundan sonra
Karlo Ançelotti, ''Real''ın baş məşqçisi: “Rodriqo yavaş-yavaş qol vurmağa başlayır. Bu, bizim üçün önəmlidi. 90 dəqiqəyə nəzər salsaq, yaxşı oynadığımızı söyləyə bilərəm. Yeganə narahatlıq doğuran məqam qol buraxmağımız oldu. Həmin ana qədər oyuna nəzarət edirdik və rahat qələbə qazanmaq üzrəydik. Amma “Braqa” fərqi azaldandan sonra həvəsləndi və oyunun axarı dəyişdi. Buna baxmayaraq, hesabımıza növbəti 3 xalı yazdıq”.

Artur Jorje, “Braqa”nın baş məşqçisi: “Komandamla fəxr edirəm. Yəqin ki, fanatlarımız da mənimlə eyni fikirdədi. Çünki “Braqa” dünyanın ən güclülərinə qarşı da layiqincə müqavimət göstərir. “Real”a belə çətin anlar yaşatmağı hər kollektiv bacarmır. Bəlkə də şans yanımızda olsaydı, bu oyundan daha yaxşı nəticə ilə ayrıla bilərdik. Amma bu cür futbol komandamın düzgün yolda olduğunu göstərir”.

Urs Fişer, “Union”un baş məşqçisi: “Belə oyundan xalsız ayrılan komandanın baş məşqçisi kimi böyük bir üzüntü yaşayıram. “Napoli”ni yaxşı incələmişdik. Rəqibin hücumlarının qarşısını kəsməyi bacarırdıq. “Çərçivə”mizə, demək olar, zərbə vurmadılar. Amma müdafiədə yeganə səhv bizə baha başa gəldi. Ümumi götürəndə pis təsir bağışlamadıq. İtaliya çempionu ilə başabaş oynadıq. Nəticə məni qane etməsə də, oyunumuz pis alınmadı”.

Rudi Qarsiya, “Napoli”nin baş məşqçisi: “Çox çətin oyun oldu. Burdan 3 xalla qayıtmaq üçün çox çalışmalı olacağımızı bilirdik. Amma “Napoli” təcrübəlidi və belə görüşlərdə qalib gəlməyin yolunu tapa bilir. “Union” psixoloji cəhətdfən yaxşı durumda olmasa da, əks-hücumlarda təhlükəli komandadı. Səbirli olmalı və onların hücum oyunçularına boş zona verməməliydik. Çox da ideal oynamadığımızı etiraf etməliyəm. Amma əlimizə düşən yeganə fürsətdən yararlanmağı bacardıq”.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

5-10-2023, 23:0

Bellingemdən növbəti qol, “Real”dan növbəti qələbə

Dünya futbolu

10-05-2023, 15:0

“Real” 100-cü, Ançelotti Madriddə 10-ci titulunu qazandı - XÜSUSİ FAKTLAR

Dünya futbolu

27-08-2023, 14:0

Vinisius sıraya nə vaxt dönəcək?

Dünya futbolu

6-09-2022, 17:0

''Real''ın ulduzu İspaniya vətəndaşı oldu

Dünya futbolu

6-02-2023, 17:0

Vinisius 200-ə çatdı

Dünya futbolu

26-09-2023, 19:0

Vinisius ilə bağlı son xəbər

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
  • 8-08-2026, 19:0
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 198
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 125
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə