Millimizin iki oyununun stadionu müəyyənləşdi

13.10.2023 13:09 213
Yığma
Qadın futbolçulardan ibarət millimizin Millətlər Liqasının C qrupunda keçirəcəyi növbəti iki oyunun məkanı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, oktyabrın 27-də səfərdə Farer adaları yığmasına qarşı görüş Klaksvik şəhərində yerləşən “Djupumyru” stadionunda baş tutacaq.

Ayın 31-də Monteneqro ilə ev matçı isə “Dalğa Arena”da reallaşacaq.

27 oktyabr
Farer adaları – Azərbaycan

Hakimlər: Yelena Yermolayeva, Liqa Didrike, Diana Vanaqa, Darya Voytexoviça (hamısı Latviya).
Klaksvik. “Djupumyru” stadionu. 17.00

31 oktyabr
Azərbaycan – Monteneqro

Hakimlər: Anastasiya Romanyuk, Aleksandra Vdovina, İrina Petrova, Kristina Kozoro (hamısı Ukrayna).
Bakı. “Dalğa Arena”. 16.00