Konfrans Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.
"Football-plus.az" xəbər verir ki, millimizin forvardı Mahir Emrelinin komandası "Dinamo" da növbəti matçına çıxıb. Zaqreblilər Plzen "Viktoriya"sını qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə nəticələnib - 0:1.
Həmyerlimiz oyuna start heyətində çıxıb. O, 56-cı dəqiqədə əvəzlənib.