Avropa Liqasında pley-off mərhələsinin matçları keçirilir.
“Football-plus.az” xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi “Dinamo” Praqa “Sparta”sını qəbul edib. Görüş zaqreblilərin qələbəsi ilə nəticələnib - 3:1.
Emreli matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 65-ci dəqiqədə meydana daxil olub.