• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Leverkuzendə yeni Qvardiola peyda olub?

Dünya futbolu / Manşet

26-10-2023, 18:0

Ötənlərin ən yaxşı futbolçularından biri Xabi Alonso gözümüzün önündə böyük məşqçiyə çevrilməkdədi.

Onun rəhbərlik etdiyi “Bayer-04” “Bavariya” ilə Dortmund “Borussiya”sının da olduğu liqada liderdi. İlk 8 oyundan sonra 7 qələbə və 1 heç-heçə ilə. Və həmin “Bayer-04” bu gün Azərbaycan çempionu “Qarabağ”ı qəbul edir.

Taleyin göstərdiyi yol
Adətən, belə qəbul olunub ki, yaxşı mərkəz yarımmüdafiəçilərindən yaxşı məşqçilər çıxır. Əlbəttə, bunun müəyyən əsasları var. Hələ 2019-cu ildə zəmanəmizin dahi çalışdırıcılarından biri Pep Qvardiola belə demişdi: “Adətən, mərkəz yarımmüdafiəçiləri meydanda başverənləri hamıdan yaxşı görür. Hücumçusunsa, qollar haqda düşünürsən, qapıçısısansa, qol buraxmamaq haqda düşünürsən. Amma mərkəz yarımmüdafiəçisi olmaq – fikrimcə, gözəl dərs və təcrübədi”.

İsveçrənin CIES araşdırma mərkəzi 2022-ci ildə dünyanın 89 ölkəsinin 126 liqasında çıxış edən komandaları tədqiq etməklə ortaya maraqlı nəticə çıxarmışdı. Həmin tədqiqata görə, bütün məşqçilərin 42,4 faizi əvvəllər yarımmüdafiəçi olub (34,5 faizi müdafiəçi, 19,6 faizi hücumçu və yalnız 3,5 faizi qapıçı). Əlbəttə, burda say amilini də nəzərə almaq lazımdı – yarımmüdafiəçilərlə müdafiəçilərin sayı qapıçılarla müqayisədə daha çox olduğundan, bu mövqenin oyunçularının məşqçilər arasında çoxluğu anlaşılandı. Ancaq elə həmin tədqiqat onu da üzə çıxarıb ki, qapıçılar ümumi oyunçu sayının 9,2, xavbeklər 38,1 (müdafiəçilər 30,3, hücumçular 22,4) faizini təşkil edir. Yəni görünür ki, yarımmüdafiəçilər məşqçi peşəsini seçməkdə daha istəklidi. Statistika da var, konkret nümunələr də. Qvardiola, Xavi, Mikel Arteta, Luis Enrike, Karlo Ançelotti – hamısı sabiq yarımmüdafiəçilərdi, lap tutaq ki, sonuncu orta sahənin mərkəzində yox, cinahında oynayıb. “Brayton”dakı işi ilə ada çıxaran Roberto De Zerbi də ağıllı “10 nömrə” idi, karyerasının böyük hissəsini İtaliyanın B və C seriyalarında keçirsə də. Əlbəttə, bunların hər birinin yanında özünün Andrea Pirlosu, Frenk Lempardı və ya Andres İnyestası olub. Bütün yuxarıda səslənən fikirlərin yekunu kimi deyə bilərik ki, bu gün oyunu ilə ancaq kompliment yığan Xabi Alonsonun yüksəlişində qəribə heç nə yoxdu.

Pepin proqnozu
Xabi Alonso dövrünün ən ağıllı yarımmüdafiəçilərindən biri idi. Britaniyalı jurnalist və yazıçı Conatan Uilson hələ 2013-cü ildə “The Guardian”dakı köşəsində yazırdı ki, Alonso və Pirlo dayaq yarımmüdafiəçisinin rolunu transformasiya etməklə taktiki inqilabı gerçəkləşdirib. Stiven Cerrard isə Xabinin ona tərəfdaşlıq edən oyunçulardan ən yaxşısı olduğunu bildirib. “O, həyatım boyunca gördüyüm ən yaxşı yarımmüdafiəçilərdən biridi” – Alonso 2017-ci ildə futbolçu karyerasını bitirməyə qərar verəndə Qvardiola onun haqqında belə demişdi.

Elə onda Pep Alonsonun yaxşı məşqçi olacağını da proqnozlaşdırmışdı: “Xabi tezliklə futbola məşqçi kimi qayıdacaq. Və mübahisə etməyə hazıram ki, çox yaxşı məşqçi olacaq. Xabi futbolu əla anlayırdı, oyunu anlamaq məsələlərinə xüsusi həvəs göstərirdi. O, növbəti oyunda qələbə qazanmaq üçün həftə ərzində nələri etməyin lazım gəldiyini bilirdi. Fikri-zikri onun yanında idi ki, nə edirik və niyə edirik. Bir baş məşqçi kimi Xabi Alonso, Xavyer Masçerano, Serxio Buskets və ya David Silva kimi futbolçularla çalışmaq mənə ləzzət verirdi”.

Hələ ki Alonso “Bavariya”da iki mövsüm rəhbərliyi altında çalışdığı Qvardiolanın gözləntilərini və proqnozlarını doğruldur. O, “Bayer-04”ü ötən ilin oktyabrında –bundesliqada sondan əvvəlki pillədə qərarlaşanda qəbul edib, amma sonda Leverkuzen klubunu turnir cədvəlində 6-cı pilləyə qaldırıb, üstəlik Avropa Liqasında da yarımfinala çıxarıb. İspaniyalı mütəxəssis 7 qələbədən ibarət seriya (bu “Bayer-04”ün məşqçiləri üçün son 20 ildə - Klaus Topmöllerin vaxtından bəri ilk idi) yaxalayıb, ilk dörd pillədə qərarlaşan “Bavariya” (2:1), “Leyptsiq” (2:0) və “Union”u (5:0) məğlub edib.

Yeni mövsümün əvvəli də leverkuzenlilər üçün parlaq alındı: “Bayer” 8 turdan sonra vahid liderdi. Xabinin komandası 4-cü turda bundesliqanın nəhəngi “Bavariya”nın qonağı idi. Leverkuzenlilər Palasiosun 4-cü uzatma dəqiqəsində gerçəkləşdirdiyi penalti sayəsində məğlubiyyətdən qurtulsa (2:2) da, əsas odu ki, heç bir qorxu-ürküsüz oynadılar, öz oyun üslublarından əl çəkmədilər.

Prinsiplər
Əslində Xabi Alonsonun keçmişinə nəzər salanda məşqçi prinsiplərini müəyyənləşdirmək o qədər də çətin deyil. 2010-10-cu illərin sərhəddindəki möhtəşəm İspaniya yığması, Qvardiolanın komplimentləri... Ancaq təsirdən danışırıqsa, Xabi Alonso yalnız Qvardiolanın yox, Rafael Benitesin, Joze Mourinyonun və Karlo Ançelottinin də rəhbərliyi altında oynayıb. O, “Bayer-04”ün “sükanı arxasına” keçəndən sonra belə dedi: “Hər məşqçidən öyrənmişəm. Onların bu və ya başqa qərarı niyə verməsinin səbəbini anlamağa çalışmaqla məşqçi düşüncələrimi formalaşdırmağa çalışmışam. Ancaq bir müddət ötəndən, hər məşqçidən nəsə götürəndən sonra artıq sizdə özünəməxsus identiklik və üslub formalaşmalıdı”.

Hərçənd Alonso Qvardiolanın təsirini də etiraf edir. Hətta dediyinə görə, 2014-cü ildə “Real”dan “Bavariya”ya keçidinin əsas səbəblərindən biri məhz Peplə çalışmaq arzusu olub: “Onun sirlərini öyrənmək mənim üçün dəhşətli dərəcədə maraqlı idi. Qvardiolada sonsuz entuziazm var. Futbol mövsümü uzundu, ancaq hətta onun sonunda da Pep heç vaxt yorğun görünmürdü. Həmişə gümrah və enerjili olurdu. Bu hiss istər-istəməz oyunçulara da ötürülürdü. Bəlkə də məhz bunun sayəsində lazım olanda rəqiblərdən daha artıq qaçırdıq”.
Alonsonun futbola baxışını “Real Sosyedad”ın idman direktoru Roberto Olabe də yaxşı təsvir edir, onun metodlarına bələddi. Axı Xabi üç il baskların ikinci komandasına rəhbərlik edib: “O hələ də yarımmüdafiəçidi. Və mənə elə gəlir ki, yarımmüdafiəçilər oyunun axarına nəzarət etmək istəyir. Onlar bunu bacarmayanda əzab çəkirlər. Xabi istəyir ki, komandası topa nəzarət etsin, bunun sayəsində ərazi üstünlüyünü də ələ keçirsin, balanslaşdırılmış olsun. O, oyunu yarımmüdafiənin üzərində qurmaq istəyir, bunun üçün isə istədiyi oyunçular lazımdı”.

Alonsonun “Bayer-04”dəki əsas taktiki sxemi 3-4-3-dü. Bu sxemdə mərkəz yarımmüdafiəçilərindən biri geri çəkilir və cinah oyunçuları ilə birgə maksimum genişliyi təmin edir, cinah forvardları isə mərkəzə meyillənərək burda topa nəzarətə yardım edir. İdealda mərkəz yarımmüdafiəçilərindən biri, cinah müdafiəçisi, vingbek və cinah forvardı geniş romb yaratmalı, iti ötürmələrlə rəqibin müdafiəsini yarmalıdı.

Xabi Alonsonun sevimli məşq təmrinlərindən biri də “rondo”du, bu, bizim yaxşı tanıdığımız “kvadrat”dı. Məsələn, Avstriyadakı yay toplanışında o, komandaya belə variant təklif etmişdi: cərimə meydançasından bir qədər geniş ərazidə bütün oyunçular, yəni 20-25 nəfər “kvadrat” oynayır, topa maksimum üç toxunuşa icazə var. Bütün hərəkətlər intensiv rejimdə olmalıdı.

Dəstək və planlaşdırma
Ancaq “Bayer-04”ün və Xabi Alonsonun indiki yüksəlişi Simon Rolfessiz – klubun idman dirktorusuz olmazdı. Məhz o, 41 yaşlı ispaniyalıya inandı, məşqçini San-Sebastyandan Leverkuzenə apardı: “Mən, sadəcə, bilirdim ki, Xabi komandamızı yaxşılaşdıracaq”.

Rolfes həmişə vurğulayır ki, “Bayer-04” donor-klubdu. Məsələn, bu yay Diabini “Aston Villa”ya 55 milyon avroya satdı (vaxtilə 15 milyona almışdı). İdman direkoru yayda “The Athletik”ə belə deyirdi: “Vəziyyətə geniş prizmadan yanaşsaq, komandaya investisiya qoymaq istəyiriksə, kimisə satmalıyıq. 2017-də Leon Beylini götürəndə bilirdik ki, bir neçə ildən sonra gedəcək. Diabi ilə bağlı da həmin tarixçədi, ancaq bizdə onu əvəz etməyə qadir olan Amin Adli də var”.

Rolfes onu da anlayır ki, Alonsoya dəstək lazımdı. Bu yay Leverkuzenə bir neçə yetkin futbolçu təşrif buyurub – Caka, Hofmann və Qrimaldo “Bayer”ə təkcə yaşıl meydanda yox, paltardəyişmə otağında da yardım etməlidi. Bu keçidlər həm də Avropa Liqası üçün nəzərdə tutulub. Avrokuboklar həm yenidən yığılmış komanda, həm də gənc məşqçi üçün parlamaq baxımından əla imkandı. Xabi özü də məşqçi karyerasında addım-addım irəliləmək istəyir. “Real”ın 13 yaşlıları ilə işə başladı, ardından üç il “Real Sosyedad”ın gənclərini çalışdırdı və nəhayət, “Bayer”in təklifini qəbul etdi. Müxtəlif insayderlərin informasiyasına inansaq, bu yay “Tottenhem” də onun xidmətində maraqlı olub. Ancaq Alonso “Bayer”lə müqavilə müddətini 2026-cı ilə qədər uzatmaqla Leverkuzendə qalmağa qərar verdi. “Xavi hər qərarı əsaslandırılmış şəkildə və ölçüb-biçəndən sonra verir. “Bayer”in təklifini qəbul etdisə, deməli, yeni addım atmağa hazır olduğunu anladı” – bu sözləri onun haqqında Olabe deyib.

Alonso ona tanış olan çempionata və ölkəyə getdiyini bilirdi, üstəlik alman dilini də bilir (“Bavariya”ya keçəndən artıq 4 ay sonra alman dilində müsahibə verirdi, ingilisdə danışa bilir). Onun bundesliqanın rəsmi saytına verdiyi müsahibədən bir sitata baxaq: “Münhendə keçirdiyim zaman kəsiyi mənə ciddi təsir etdi. Və mən anladım ki, bundesliqa məşqçi karyeramda yaxşı addımdı”.

Aydın məsələdi ki, Xabi Alonso Leverkuzendə uzun müddət qalmayacaq. Ancaq “Real”a və ya İngiltərənin hansısa top-klubuna da yalnız özünü buna tam hazır sayandan sonra yollanacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

3-04-2023, 15:0

Simeone dünyada liderdi

Manşet / Avropa Liqası

25-10-2023, 17:0

“Qarabağ”ın yaxşı strukturu və təcrübəli futbolçuları var"

Dünya futbolu

7-08-2023, 17:0

“Bayer-04” ilə yenidən anlaşdı

Ölkə futbolu / Manşet

26-10-2023, 16:0

“Ümumi götürəndə hazırkı çıxışımdan tam razı deyiləm” – Rövlan Muradov De Byazi haqda nə dedi?

Dünya futbolu

3-09-2022, 20:0

"Qarabağ"ın rəqibi Bundesliqada lider oldu

Aktual
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
Son xəbərlər
  • Bu gün, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Bu gün, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
Daha çox
Oxunub: 708
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 244
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 243
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə