U-17 yenə böyük hesabla məğlub oldu

24.10.2023 16:44 197
Yığma
17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Füzuli Məmmədovun baş məşqçi olduğu kollektiv sloveniyalı həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma komandamızın 0:3 hesablı məğlubiyyəti ilə bitib. Yığmamız ilk matçda Serbiyaya 1:5 hesabı ilə uduzmuşdu.

U-17 növbəti görüşünü oktyabrın 27-də Lüksemburqa qarşı keçirəcək.