• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Başdaşımda “O, hər şeyini verdi” cümləsinin yazılmasını istərdim...”

Dünya futbolu

23-10-2023, 19:0

Antonio Konte bu ilin martında “Tottenhem”dən ayrılandan sonra işsizdi.

"Football-plus.az" xəbər verir ki, 54 yaşlı italiyalı mütəxəssis tezliklə iş başına qayıtmaq niyyətindədi. O, RAI2 telekanalına geniş müsahibəsində çox maraqlı sualları özünəməxsus tərzdə cavablayıb. Kontenin verdiyi cavablardan həzz almağa dəyər.

- “Heyvan” indi nə hiss edir?
- Mən dünyaya heyvan kimi gəlməmişəm. Bu ləqəb mənə küçədə özümü müdafiə etdiyim uşaqlıq illərimdə verilib. Müəyyən vəziyyətlərdə istər-istəməz tədricən “heyvan”a çevrilirsən. Sənə “indi həyatın mənimdi” deyirlər. Belə vəziyyətə düşənlərdən bəziləri gec-tez təslim olurlar. Amma bildiyiniz kimi, mən zodiak işarəsinə görə “şir”əm.
- Antonio yalnız futbol haqda danışır?
- Bu, heç də belə deyil: işdən kənarda olduğum zaman futbol haqda danışmağı xoşlamıram. Məni ətrafımda futbola heç bir bağlılığı olmayan adamların olması qane edir. Evdə olarkən bu sahə haqda düşünməməyə çalışıram. Amma məşqçi üçün bunu həmişə etmək mümkün olmur: hərdən işimi evə daşıyıram.
- Xarakterinizi necə təsvir edərdiniz?
- Mən çox açıq danışmağı xoşlayan adamam. Nala-mıxa vuranları xoşlamıram. Özüm kimi sözü üzə deyən adamları sevirəm. Tez küsəyənəm? Yəqin ki, hə. Amma çox da yox. Sən öz mövcudluq tərzini, yolunu və ideyanı qəbul edirsən. Münasibətlərdə yalan danışmağı xoşlamıram, həmişə sözün düzünü deməyə çalışıram. Çatışmazlıqlarım sırasında periodik impulsivliyimi və səbirsiz olmağımı qeyd edərdim. Özümə və ətrafıma qarşı tələbkaram. Ona görə ki, məğlubiyyətə nifrət edirəm.
- Bəs liderlik keyfiyyətləriniz haqda nə deyərdiniz?
- Lider olmaq xoşuma gəlir. İşlədiyim bütün komandaların lideri olduğumu düşünürəm. Bu keyfiyyəti xoşlayıram. Bunun üçün doğulduğumu düşünürəm.
- Özünüzə oyunçu kimi qiymət verin.
- 8.
- Özünüzə məşqçi kimi qiymət verin.
- 8,5. Fikrimcə, 54 yaşımda özümü məşqçi kimi yetərincə cavan hesab edirəm. Karyeramın qalan hissəsində hazırkı göstəricimi yaxşılaşdırmaq şansımın olacağını düşünürəm.
- Oyunçu kimi çatışmaz cəhətiniz nə olub?
- İstedad. Məşqçi kimi istedadım var, oyunçu kimi isə... Texnikaya malik olmuşam, amma Zidan və ya Del Pyero kimi istedadlı olmamışam.
- Hərdən özünüzü tənha hiss edirsiniz?
- Hə, uduzanda. Məğlubiyyət mənə pis təsir edir, ona görə də belə halda tək qalmağa üstünlük verirəm. Hərdən hətta bunun təsirindən xəstələnirəm. Məğlubiyyət mənim üçün təxminən 36-48 saat davam edən matəmdi. Belə məqamda özümü kənar aləmdən təcrid etməyə üstünlük verirəm, çünki nə gözədiyimi bilirəm. Məğlubiyyətə düzgün reaksiya vermək lazımdı.
- Tarix yazmaq bacarığınız haqda nə deyərdiniz?
- Tarixin müəyyən hissəsini yazmaq üçün uğura və bir çimdik ustalığa malikəm. Amma hələ uğurlardan doymamışam. Gələcəkdə yenidən tarix yazmaq imkanı qazanmaq istərdim.
- Xaricdə iş təcrübəsinə maliksiniz.
- Xaricdə olarkən ölkəmizin bütün gözəlliyini anlayırsan.
- Arzularınız nələrdi?
- Onları özümdə saxlayıram, arzular hərdən həyata keçmir.
- Qələbəyə nə qədər sevinirsiniz?
- Qələbə üçün məğlubiyyətə görə məyus olduğumdan az sevinirəm. Yalnız bunu deyə bilrəm ki, qələbələr mental xoşbəxtlik bəxş edir. Axşam şənlənirəm, səhər yuxudan erkən ayılır və növbəti oyunun çətinlikləri haqda düşünürəm.
- “Yuventus” sizin üçün hansı anlama gəlir?
- “Yuventus” həmişə başqa komandalar üçün qalib gəlməyə çalışılan və nifrət edilən rəqib olub. Bunu xüsusilə qeyd etməliyəm: “Yuve” hər kəsin formasını geyməyə hazır olmadığı komandadı, ona görə ki, bütün İtaliya sənə qarşı olacaq.
- Bu komandaya 21 yaşınızda keçmisiz...
- O anda ətrafımda olan hər şey mənə böyük görünmüşdü. Yəqin ki, komandada olduğum ilk ildə qorxularımın məhsuldarlığı üzündən əziyyət çəkmişdim. Çünki uğursuz olmaq istəmirdim. Ona görə də klubda qalmaq üçün hamıya iti dişlərimi və caynaqlarımı göstərmişdim.
- Oyunçular üzərində nəzarətiniz olur?
- Futbolçulara nəzarət etməyi xoşlamıram. Turnirlərdə iştirak edir və məşq ediriksə, oyunçular özləri hər şeyi anlamalıdılar. Məsləhətlərə gəlincə, bunların kollektivə xeyri olur.
- Matçlar arasında necə yaşayırsınız?
- İndi mənim üçün belə şəraitdə daha yaxşı, yoxsa pis olduğumu demək çətindi. Məşqçilik karyeramın ilk vaxtları ilə müqayisədə indi hazırlıq prosesində daha az iştirak edirəm. Onda məşqin sonunda səsim batırdı, indi isə belə vəziyyətə düşmürəm. Məsələ heç də özümü öyməklə bağlı deyil, sadəcə, oyunçunun məsuliyyəti üzərinə götürməli olduğu məqamda vəziyyətə nəyin təsir etdiyini bilirəm. Onun peşəkar kimi inkişafını yalnız belə təmin etmək olar.
- Özünüz haqda 3-cü şəxsdə danışdığınız doğrudu?
- Əvvəlcə belə edirdim, sonra buna görə göstəriş aldım və bir daha etmədim. Bu, hücumlara məruz qaldığım zaman özüməməxsus müdafiə tərzim idi.
- Hər klubda bir iz qoymusuz...
- İşlədiyim bütün klublarda bir neçə il möhkəm qalan özül qoymuşam. Heç vaxt özümdən sonra tör-töküntü qoyub getməmişəm.
- Klubları dəyişmək sizə necə təsir edir?
- Klubu dəyişmək qərarını gələndə işlədiyim komandaya hər şeyimi verdiyimi və enerjimin tükəndiyini düşünürəm. Məndən hansı oyunçunu almaq lazım olduğu soruşulanda bu barədə fikrimi həmişə bildirirəm.
- Mançininin milli komandadan istefa verməsini necə qarşıladınız?
- Bu məsələnin təfərrüatlarına toxunmaq istəmirəm. O, Avropa çempionatında qalib gəlməklə tarixi nəticəyə nail olub. Sonra uğursuz olan komanda dünya çempionatına yollana bilmədi. Bu isə futbolumuz üçün böyük yaradı... Onun yerində olsaydım, dərhal postumu tərk edərdim.
- Səudiyyə Ərəbistanı haqda nə düşünürsünüz?
- Qəzetlərdə yazılanlara inansaq, ərəblər hamıya, o cümlədən mənə təklif irəli sürüblər. Amma məndən mənfi cavab alıblar. Belə desəm, özümü qazana salmışam.
- Karyeranızda vidalar da az deyil...
- Bunun üçün stimul hiss etməliyəm. Mənim üçün ən ağrılı vidalaşma hansıdı? Daha çox “Yuventus”u üç il çalışdırandan sonra getməyimə peşman olmuşam. Hərdən hansısa detallarda hansısa böyük problemlərin olduğunu görürük.
- Dostunuz çoxdu, yoxsa düşməniniz?
- Dostum daha çoxdu. Futbolla bağlılığı olmayan adamlarla ünsiyyət saxlamağı xoşlayıram. Dostların daha çox hansı sahəyə aiddilər? Sətri “a” hərfinə. Kimləri özümə düşmən hesab edirəm? Nağıl uyduranları... İlanoynadanları sevmirəm.
- Mourinyo sizin üçün kimdi?
- O, qalibdi. Bir dəfə bir-birimizə haqqımızda düşündüklərimizi demişdik. Bir müddət sonra görüşüb əllərimizi sıxdıq. İngiltərədə işləyərkən aramızda xoşagəlməz hadisə baş versə də, sözü üzə dediyi üçün onu bəyənirəm. İndi aramızda heç bir anlaşılmazlıq yoxdu. İngiltərədə hücuma hücumla cavab verəndə bunu “ağıl oyunu” adlandırırlar. Mən küçədən çıxmışam və bunu heç vaxt unutmuram. Buna görə də heç kimdən və heç nədən qorxmuram.
- Roma və Neapol...
- Bunlar mənim oralardakı böyük ehtirasa görə işləmək istədiyim ki şəhərdi. Nə vaxtsa belə imkan qazanacağıma ümid edirəm. Bunun üçün qələbə qazanmaq şansı verən ciddi yanaşma və layihə lazımdı.
- Bəs adınızın “Roma” və “Napoli” ilə birgə hallanmasına nə deyirsiniz?
- Bilmirəm, “Napoli” ilə bağlı daim siz jurnalistlərdən nəsə eşidirəm. De Laurentislə tez-tez danışır və ünsiyyətimizdən məmnun qalıram. “Napoli”nin prezidentinə böyük hörmətim var, amma o, yayda Rudi Qarsiyanın xeyrinə seçim edib. Prezident həmişə seçimində uzaqgörən olduğunu sübut edib. Bəlkə gələcəkdə? Nə vaxt ola biləcəyini deyə bilmərəm, amma bu iki ehtiraslı klubu karyeramın sonunda çalışdırmaq istərdim.
- Karyeranızın “Tottenhem” dövrünü necə xatırlayırsınız?
- Londona tək yollanmışdım, mehmanxanada yaşayırdım. Belə şərait məni bir qədər bezdirirdi. Hər gün işə gedir və hotelə qayıdırdım.
- Cəlbedici kişi hesab edilirsiz...
- Bilmirəm... Qadınlar maraqlı olduğumu düşünürlər. Seksuallıq? Həyat yoldaşm deyir ki, rəfiqələri mənim meydandakı davranışlarımın ehtiraslı olduğunu düşünürlər. 54 yaşımda özümü fiziki cəhətdən “8” ilə qiymətləndirirəm. Daha yüksək rəqəmə də çata bilərəm.
- Saçınıza əl gəzdirmisiz...
- Məsələ avtotransplantasiya ilə bağlıdı. Bir neçə il əvvəl Torontoya getdim. Orda rəfiqəmi əməliyyat edən həkimi tapmaqda bəxtim gətirdi. Saçımın əvvəlki vəziyyəti xoşuma gəlmirdi. Bu səbəbdən bu sınaqdan da qalib çıxmaq üçün cəhd etdim.
- Matçdan əvvəl seks haqda fikriniz necədi?
- Özüm vaxtilə futbolçu olduğum üçün praktiki təcrübəmi başqalarına ötürə bilərəm. Bu planda futbolçulara qadağa qoymuram, yalnız matçlardan əvvəl onlara özlərini çox da yormamağı məsləhət görürəm. Belə məqamda daha passiv olmaq məsləhətdi, qoy, qarşı tərəf fəallıq göstərsin.
- Ən gözəl qələbəniz hansıdı?
- Qızım mənim ən gözəl qələbəmdi. Yalnız bundan sonra insan sevgisini dərk etməyə başlayırsan.
- Əlinizin orta barmağını Anyellinin ünvanına göstərdiyiniz məqamı necə xatırlayırsınız?
- Ona orta barmağımı mənə qarşı hörmətsizlik və cahillik etdyi üçün göstərmişdim. Bu hərəkətimə görə peşman deyiləm. Çünki həmin hadisəyə görə qarşı tərəfin də təəssüfləndiyini hiss etmirəm. Nəticədə onunla münasibətlərimizə belə aydınlıq gətirməli olmuşuq.
- Sizi nə qorxudur?
- Məni ölüm qorxudur, məni tarixin nə vaxtsa sona çatması qorxudur. Başdaşımda nə yazılmasını istərdim? “O, hər şeyini verdi” cümləsini...
- Üzr istəməklə aranız necədi?
- Bunu hamı qarşısında edib-etmədiyimi bilmirəm, amma üzr istəməyi öyrənmişəm. İnsan kimi bunu etməyi bacarmalıyıq. Üzrxahlıq etmək şərəfli davranışdı.
- Antonio məğlubedilməzdi?
- Həssas adamam, amma özümü məğlubedilməz saymıram.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-11-2022, 10:0

Konte rəhbərliklə danışıqlara tələsmir

Dünya futbolu

19-08-2022, 21:0

Tuxel və Kontenin cəzaları müəyyənləşdi

Dünya futbolu

23-04-2022, 12:0

Kontenin könlündən o klubda işləmək istəyi keçir

Dünya futbolu

26-12-2022, 12:0

Konte yeni təklifdən niyə qaçır?

Dünya futbolu

20-10-2023, 20:0

"Roma" və ya "Napoli"də özümü sınamaq istərdim”

Aktual
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
Son xəbərlər
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
  • 3-06-2026, 21:0
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • 3-06-2026, 21:0
    Yunanıstan karyerası 7 ay çəkdi
  • 3-06-2026, 20:0
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • 3-06-2026, 20:0
    Madridi tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 197
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə