• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vanda Nara İkardi ilə münasibətlərindən və xəstəliyindən danışdı

Dünya futbolu

16-10-2023, 12:0

“Qalatasaray” camiəsinin sevimlisi Mauro İkardinin qalmaqalçı həyat yoldaşı Vanda Nara həftəlik “Oggi” jurnalına müsahibə verib.

"Football-plus.az" xəbər verir ki, o, İstanbuldakı həyatı, İkardi ilə münasibətləri və xəstəliyi barədə diqqətçəkən ifadələr işlədib.

Xatırladaq ki, bir neçə ay öncə Vandada leykoz, yəni qan xərçəngi aşkarlanmışdı:

“Mauronun da, mənim də pula hərisliyimiz azalıb. Əvvəlki qədər acgöz deyilik. Mauro bu yay ona indikindən qat-qat çox maaş verməyə razı olan kluba gedə bilərdi. Amma İstanbulda qalmağa qərar verdik. Burda özümüzü əla hiss edirik. İnsanlar Mauronun meneceri olmaqla onun karyerasını məhv etdiyimi söyləyirlər? Qazancı yetərincə yüksəkdi. Əvvəl Parisdə yaşadıq, indi də İstanbulda yaşayırıq. İkisi də bir-birindən gözəl şəhərdi. İndi deyin görüm, mənə karyeranı məhv edən insan gözüylə baxmaq olarmı? Mauro ilə indiyə qədər heç vaxt ayrılmamışıq. Aramızda da heç bir xəyanət olmayıb. Hətta əlimdə olsa, bundan sonra onunla daha min dəfə evlənərəm. Karyerasını bitirəndən sonra Milanın yaxınlığında yerləşən evimizdə yaşayacağıq.

Xəstəliyimlə bağlı testin nəticəsi hələ çıxmamış artıq bütün ölkə bundan xəbər tutmuşdu. Uşaqların da xəbəri oldu. Telefonumda bununla bağlı indiyə qədər də ürəkləri parçalayan bir səsli mesaj var. Mauro xəbər tutanda futbolla vidalaşmaq istədi. Anam 3 ay bizdə qaldı. Övladlarımdan biri bacım Zairaya zəng vuraraq “bizə düzünü deyin, anam ölür, amma bizə heç nə demirlər” dedi. Həyatda pis insanlar da var. Onlar onsuz da dəyişməyəcək. Argentina mətbuatı bu çətin dönəmdə bizə qarşı çox pis davrandı. Uşaqlarıma güclü olmağı öyrədirəm. Xəstəliyim barədə çox söz-söhbət olduğunu bilirəm. Amma bunu mən qəsdən ortaya atmamışam. Heç vaxt belə etmərəm. Çünki mən anayam və həyatda yalanların bumeranq kimi geri döndüyünü bilirəm. Problem ondadı ki, insanların fikrincə, xəstə yataqda olmalıdı. Yataqda və ya xəstəxanada deyilsə, deməli, özünü yaxşı hiss edir. Amma nələr çəkdiyimi, hansı dərmanlar atdığımı, hansı qorxu ilə yaşadığımı heç kim bilmir. Əsas həkimim Pavlovskidi. Mənlə tez-tez maraqlanır. Nə etməli və nə etməməli olduğumu deyir. Hələ ki çabalaya, mübarizə apara, yüngül məşqlər edə bilirəm. Övladlarıma mesaj vermək istəyirəm. Cəsarətli olduğumu, evə kilitlənmədiyimi görürlər. Ümid edirəm ki, analarının məğlubedilməz olduğunu anlayacaqlar”.


Yeri gəlmişkən, “Qalatasaray”la bağlı bir xəbəri də diqqətinizə çatdıraq. Ötən sayımızda “Cim-Bom”un danimarkalı müdafiəçisi Viktor Nelssonun yığmasının düşərgəsində olarkən yerli jurnalistlərə verdiyi qalmaqallı açıqlamalarla sizi tanış etmişdik. Qısaca xatırladaq ki, 24 yaşlı futbolçu son matçlarda ehtiyatda qalmaqdan şikayətlənmiş və bunun səbəbini bilmədiyini vurğulamışdı. O, bu durumun davam edəcəyi təqdirdə özünə yeni klub axtarmalı olacağını əlavə etmişdi. Rəhbərliyin bu açıqlamalara görə Nelssona para cəzası verəcəyi haqda şayiələr yayılmışdı. Amma bunlar təsdiqini tapmayıb. İstanbul nəhəngi futbolçuya cəza verməyib. Həm rəhbərliyin, həm də baş məşqçi Okan Burukun bu sözləri normal qarşıladığı məlum olub. Bundan sonra Nelssonun “Qalatasaray”dakı karyerasının hansı məcrada davam edəcəyi böyük maraq doğurur.

Paylaş:
Digər xəbərlər

Aktual / Maraqlı

15-07-2023, 20:0

Şok: Vanda Naraya leykoz diaqnozu qoyuldu!

Dünya futbolu

27-03-2022, 10:0

İkardi ailəsində xəyanət bitmir - FOTO

Dünya futbolu

18-11-2022, 23:0

İkardi ilə Nara barışıb, yoxsa boşanıb?

Maraqlı

4-08-2023, 16:0

Vanda Nara xəstəliyi barədə ilk dəfə danışdı

Dünya futbolu

16-10-2022, 20:0

İkardi yenə Nara ilə münasibətlərindən danışdı

Aktual
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
Son xəbərlər
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Dünən, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Dünən, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Dünən, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Dünən, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Dünən, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Dünən, 10:00
    Klubuna sadiq qaldı
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə