• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ser Aleks xanımını itirdi...

Dünya futbolu

13-10-2023, 22:0

Aleks Ferqyuson oktyabrın 5-ni bəd xəbərlə açıb.

"Football-plus.az" xəbər verir ki, onun xanımı həmin gün səhər saatlarında, 84 yaşında dünyasını dəyişib. Təkcə ünlü məşqçi yox, onların 3 oğlu, 12 nəvəsi və bir nəticəsi də bu itkiyə üzülüb. Ser Aleksin 57 il əvvəl nigah bağladığı Keti, demək olar ki, publika önünə çıxmayıb. İctimaiyyət onun varlığından əsasən ser Aleksin avtobioqrafik kitabı və müsahibələrdə mütəxəssisə verilən nadir suallar sayəsində xəbər tutub. Amma bu məqam cütlüyü bir-birinə bağlayan ülvi duyğulara əsla xələl gətirə bilməz...

Ferqyusonu “Tottenhem”lə anlaşmaqdan yayındırıb
Ferqyuson 1984-cü ildə “Tottenhem”in prezidenti İrvinq Skolarla görüşdü. London klubu yenicə Kuboklar Kubokunu qazanan “Aberdin”in 43 yaşlı şotlandiyalı baş məşqçisi ilə anlaşmaqdan ötrü alışıb-yanırdı. Müqavilə şərtlərini razılaşdırdılar, əl sıxdılar, ancaq keçid baş tutmadı.

Martin Klouk ilə Aleks Finnin “Still Dreaming” adlı kitabında Ferqyusonun son anda bu fikirdən daşınması Ketinin Londonda yaşamamaq istəyi ilə izah olunur. Məhz o, gələcəyin dahi məşqçisi Aberdində qalmağa razı salıb. Ferqyuson Mançesterdə keçirdiyi 26 ildə 38 titul qazanıb. Bu müddətdə 16 məşqçi dəyişən “Tottenhem”in qazancı isə yalnız İngiltərə kuboku və iki dəfə də Liqa kuboku olub.

2002-də Ferqyusonun karyerasını xilas edib
2001-ci ildə futboldan yorulan Ferqyuson ailəsi ilə daha çox vaxt keçirmək istəyib. O, karyerasını bitirməyə qərar versə də, qəlbinin dərinliyində Ketinin məsələyə müdaxilə edəcəyinə inanıb: “2001-ci ilin həmin Milad gecəsində divana uzandım, televizoru söndürdüm və yuxuya getdim. Mətbəxdə qiyam yetişirdi. Əsas qiyamçı yaxınlaşdı və ayağıma vurmaqla yuxudan oyatdı. Qapının ağzında üç fiquru ayırd etdim, onlar sıraya düzülmüşdü. Oğullarım idi. Keti sakit səslə dedi ki, indicə bu məsələni müzakirə etdik, qərar verdik ki, sən futboldan getmirsən. Nələrin baş verdiyini anlamaq istədiyim məqamda ona etiraz etmək istəyim aradan qalxdı. Keti isə dayanmadan danışırdı: birincisi, sağlamlığın qaydasındadı, ikincisi, evdə mənə mane olacaqsan, üçüncüsü, təqaüdə çıxmaq üçün hələ çox cavansan”.

Bu qərar ser Aleksin karyerasını bir qədər də möhtəşəmləşdirdi. 2013-də ünlü məşqçi artıq qəti şəkildə karyerasını başa vurdu, ancaq bunu bacısını itirən xanımının xatirinə etdi: “Keti ailəmiz üçün həm bacı, həm də yaxşı dost olan Briceti itirdi. İndi o tənhadı və mən düşünürəm ki, şəxsi vaxtımı xanımıma ayırmağa borcluyam. Xanımım karyeram boyunca həlledici fiqur olub, ayağımın altını möhkəmlədib, daim dəstək verib. Bu dəfə artıq qəti qərar verdiyimi bildirəndə etiraz etmədi. Bilirdim ki, o da bunu istəyir”.

Şəraba sevgini aşılayıb

Yəqin ki, Ferqyusonun rəqib çalışdırıcılarla şərab içmək vərdişindən xəbərdarsız. Ser Aleks bu haqda 2014-cü ildə danışıb: “Mən həmişə rəqibin baş məşqçisini bir qədəh şərab içməyə dəvət etmişəm. Onlardan bəziləri ilə aramızda gərgin rəqabət olub, ancaq bir məqam tapıb demək lazımdı ki, oyun oyundu, həyatı isə öz axarı ilə davam etdirmək lazımdı”.

Əslində ser Aleksdə şəraba sevgini Keti hələ uzaq 1991-ci ildə, ondan özünə yeni məşğuliyyət tapmağı xahiş etməklə aşılayıb. Hədsiz böyük gərginliyin son nəticədə ünlü mütəxəssisi qıracağından çəkinən xanımı onu futboldan kənarda olan məşğuliyyətləri inkişaf etdirməyə çağırıb. Nəticədə cıdır yarışları və enofiliya, yəni şəraba sevgi onun əsas hobbisinə çevrilib: “Həyatda elə an yetişdi ki, mənə hansısa başqa məşğuliyyət lazım idi. Xanımım deyirdi ki, sən artıq futbolun əsirisən. Evliliyimizin ildönümünü xatırlayıram, hardasa 33 yaşım var idi və mən 15 funta bir şüşə şərab aldım. Evə gətirəndə Keti soruşdu ki, buna nə qədər pul ödəmisən? Qiyməti dedim. “15 funt?”, - deyə o təəccübləndi, nə olub, ağlını itiribsən?”

Keti əvvəlcə Aleksin quldur olduğunu düşünüb

Yuxarıda vurğuladığımız kimi, bu nigahdan üç oğul dünyaya gəlib. 1968 doğumlu Mark və əkizlər – Darren ilə Ceyson. “Ser Aleks Ferqyuson: heç vaxt təslim olma” adlanan sənədli filmi də məhz Ceyson çəkib. Həmin filmdə dahi şotlandiyalı Keti ilə tanışlığın tarixçəsini danışıb. Həmin vaxt Aleks perspektiv vəd edən futbolçu olmaqla yanaşı, həm də çap maşınları istehsal edən fabrikdə çalışırmış: “22 yaşım var idi. Bir gün dostum dedi ki, işə yeni, çox gözəl qız gəlib. Ancaq elə həmin günlərdə futbol oynayarkən zədələnmişdim, üzümdə plastır var idi. Keti ilə tanış olanda düşündü ki, hansısa qanqster və ya boksçuyam”.

Keti əlavə edir: “Düşündüm ki, o quldurdu. Sonradan öyrəndim ki, futbolçudu, ancaq bu fakt mənim üçün heç nəyi dəyişmədi... Yadıma gəlir ki, ilk görüşlərin birində kinoteatra getdik, o mənə konfet qutusu ald; və hamısını özü yedi. Kinoteatrdan ayrılanda isə mənə yerli qəzetlərdən birini aldı. Bax, belə bir romantik gün keçirdik”.

Ferqyusonun dostu isə belə xatırlayır: “O vəhşicəsinə gözəl oğlan idi və qızları əlcək kimi dəyişirdi. Ancaq Aleks Keti ilə tanış olanda anladım ki, bu artıq onun arzularındakı qızdı”.
Ferqyuson nəyə təəssüflənir?
1966-cı ildə Qlazqoda katoliklərlə protestantlar arasında düşmənçilik tüğyan edirdi. Keti katolik idi, Ferqyuson isə protestant. Nigah mərasiminin yerindən söz düşəndə gənclərin valideynləri bir-birinə güzəşt etmək istəmədi. Nəticədə cütlük gizli şəkildə nigaha girdi.

Toydan bir il sonra Ferqyuson “Damferlin”dən protestant “Reyncers”inə, uşaqlıqdan azarkeşlik etdiyi kluba keçdi. Klubun direktoru danışıqlar zamanı onun xanımı Keti ilə maraqlandı və inamını ifadə etdi ki, cütlük katolik kilsəsində yox, adi qaydada nigaha girib. Ferqyuson hələ də heyifsilənir ki, həmin direktora olduğu kimi cavab verib, onu “başqa yerə göndərməyib”: “Bu mövzuda söhbət düşəndə xanımımı bada verdim. Direktora demək lazım idi ki, belə sualları yığışdırın. Adi qaydada nigah bağlamaq bizim üçün sadə və məntiqli idi, ancaq mən Ketinin inancını müdafiə etməliydim”.

Ferqyusonun jaketi Ketini qıcıqlandırırdı
Ferqyuson qara jaketi özü üçün xoşbəxtlik gətirən əlamət sayır və son üç mövsümün, demək olar ki, hər oyununda geyirdi. Bu isə Ketinin xoşuna gəlmirdi, ünlü məşqçi karyerasını bitirəndən sonra ondan xahiş etdi ki, dərhal geyimlə vidalaşsın. “Yunayted”dəki qaynağın dedikləri: “Ferqyuson bu jaketi çox sevsə də, həmişə oyunsonrası müsahibədən əvvəl əynindən çıxarırdı. Bir gün dedi ki, xanımı illərdi bu geyimi görmək istəmir və çıxarıb atmağı xahiş edir”.

Feryquson futboldan gedəndən sonra Ketini məyus etmək istəmədi və cəmi bir ay sonra jaketi “Mançester Yunayted”in muzeyinə verdi.

İnsultdan sonra Ketiyə minnətdarlıq məktubu yazdı
2018-ci il mayın 5-də beyninə qan sızdığına görə ser Aleks təcili cərrah masasına uzanmalı oldu. Həkimlər şotlandiyalı dahinin yaşamaq şansını 20 faizlə qiymətləndirirdilər, Ferqi özü də yaşayacağına ümid etmirdi. Bərpa dövründə, xəstəxanada olarkən o, Ketiyə məktub yazdı, əvvəl deməyə cəsarət etmədiyi sözləri kağıza köçürdü: “Keti, mən sənlə və qətiyyətinlə qürur duyuram. Bütün bu illər ərzində qeyri-adi dərəcədə güclü olmusan və indi mənim ürəyim həyat üçün dua edir. Mən təslim olmuram. Zəif və tənha idim, sən və işığın üçün darıxıram. Sənlə və oğullarımla qürur duyuram. Sən onara nəzarət etmisən, başımın işə hədsiz qarışdığı vaxtlarda onları tərbiyə etmisən”.

Sonradan sənədli filmdə Ferqyuson bunu da etiraf etmişdi: “Bəlkə də bu məktub bütün həyatıma görə üzrxahlıqdı. Keti bütün uğurlarımın səbəbkarıdı. O, məni 100 faiz dəstəkləmək üçün çox şeyi qurban verib. 53 illik nigah çox şey deməkdi. Sən evliliyimiz dövründə çoxlu qurban vermisən, hər şeyə dözmüsən”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-04-2022, 22:0

9 ildi məşqçilikdən gedib, yenə milyonlar qazanır - YAZI

Dünya futbolu

29-10-2022, 17:0

Aleks de Souza vəzifəsindən ayrıldı

Dünya futbolu

6-05-2023, 11:0

Aleksin ilk ciddi sınağı 5 ay çəkdi

Dünya futbolu

18-11-2022, 23:0

Aleksin yeni klubu bəlli oldu

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 12:22
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə