• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azər Məmmədov: “İnkişaf üçün dəyişiklik lazımdısa, hazıram”

Ölkə futbolu / Manşet

12-10-2023, 11:0

“Kəpəz” Misli premyer-liqasında yeni mövsünə uğursuz start verən komandalar sırasındadı. Gəncəlilərin ardıcıl məğlubiyyətləri azarkeşləri boğaza yığıb. Ötən “futbol ili”nin sonunda Tərlan Əhmədovu yola salan “sarı-göylər”i indi Azər Məmmədov çalışdırır. Amma necə? Komanda 1-ci dövrəni 10-cu – axırıncı yerdə bitirdi. 1 qələbə, 2 heç-heçə, 6 məğlubiyyətdən sonra komandanın hesabında cəmi 5 xal var. Artıq Gəncəni iki dəfə “istefa” şüarları bürüyüb.
“Kəpəz”in ən böyük fanklubu “Xəmsə”nin mövzuyla bağlı fikirlərinə ötən saylarımızda yer vermişdik. Azarkeşlər “istefa” şüarı səsləndirmək niyyətində olmadıqlarını və üzvlərinin bunu etmədiklərini demişdi. Lakin həmin tərəfdarlar srağagün daha fərqli davrandı.

Fanklub rəsmi “feysbuk” hesabında bəyanat yaymaqla mövsüm ərzində ilk dəfə kluba xəbərdarlıq etdi. Öncə sizi bəyanatla tanış edək:

“Xəmsə” Müstəqil Fanat Klubu olaraq “Kəpəz”i bütün ev və səfər matçlarında dəstəkləmişik. Komandanın hazırkı vəziyyəti yalnız nəticə yox, göstərdiyi oyun baxımından da hamı kimi, bizi də narahat edir. Düzdü, maddi-texniki baza və infrastruktur ürəkaçan vəziyyətdə deyil. Buna baxmayaraq, son durum bizi qane etmir. “Kəpəz”də yalnız gəncəlilər çalışmalıdı" fikrinin tərəfdarı deyilik. Bizim üçün önəmli olan klubdakı şəxslərin işinə məsuliyyətlə yanaşmasıdı. Komandaya zərər verən şəxslərə qarşı mübarizəmizi davam etdirəcəyik. Qış fasiləsinədək ümidverici sayda xal toplanmazsa, klub rəhbərliyinin və məşqçi heyətinin istefasını tələb edəcəyimizi, istefa gerçəkləşməzsə, daha sərt addımlar atacağımızı bəyan edirik. Sonda isə bildiririk ki, o vaxta qədər lazımi azarkeş dəstəyini göstərməyə davam edəcək və bu yolda klubun yanında olacağıq”.


Görünür, fanklub sözünü demək üçün məhz 1-ci dövrənin başa çatmasını gözləyirmiş. “Kəpəz”in 9-cu turda “Sumqayıt”a məğlub olması azarkeşlərin səbr kasasını daşırdı. Vəziyyətin daha da gərginləşməsi üzündən Gəncə təmsilçinin baş məşqçisi Azər Məmmədovla danışmağı lazım bildik. Mütəxəssis öncə komandanın 1-ci dövrədəki uğursuzluğunu şərh etdi:

“Borcumuz qələbələr qazanıb azarkeşləri sevindirməkdi. Təəssüf ki, ilk dövrədə buna nail ola bilmədik. Hər birimiz çox istəyirdik ki, “Sumqayıt”la matçdan qələbə ilə qayıdıb tərəfdarlarımıza ümid bəxş edək. Təəssüf ki, alınmadı. Bəli, sonuncu yerdəyik. Lakin turnir cədvəlinə baxsaq, görərik ki, 5 xalı güclü rəqiblərdən almışıq. Bu, komandanın daha böyük işlər görə biləcəyindən, çoxlu xallar qazanmaq üçün yetərli imkanı olduğundan xəbər verir. Qaneedici pillələrdə qərarlaşmaq üçün şansı olan azsayda komandalardan biriyik. Futbolçularımın potensialına bələdəm. Hər birinə ayrı-ayrılıqda güvənirəm. Elə rəqiblər var ki, onlarla meydana çıxanda xal qazanacağımıza əmin oluram. Lakin olmayanda olmur, Allahın qismətidi. 1-ci dövrədə 5 xalla kifayətləndik. Amma bu hələ hər şey deyil. Bizdən öndə olanlara baxsaq, görərik ki, xal fərqi çox deyil. “Sabah” və “Qələbə”dən 2 xal geridəyik. Bəzi sınaqlarda zəif çıxış etməyimizin səbəbləri çoxdu. Hamı bilir ki, “Kəpəz”in heyəti tam komplektləşməyib. Futbolçu çatışmazlığı var. Aparıcı oyunçulardan birinin zədələnməsi ümumi plana təsir edir. Rahat rotasiyalar edə bilmirik, etsək belə, tarazlıq bəpa olunmur. Bunu “Sumqayıt”la görüşdə də gördük. Papunaşvili ilə Onanuqanın zədəli olması bizi xeyli geri saldı”.


Azər bəyin ikinci dövrənin necə keçəcəyi haqda fikirləri belə oldu:

“2-ci dövrədə problemlərin geridə qalacağına inanıram. Yeni hücumçumuz Adame Niane və qapıçımız İqor Rodriges bizimlə olacaq. Onlara inamım böyükdü. Tezliklə transferlərini ictimaiyyətə açıqlayacıq. Yalnız İran Futbol Federasiyası Niane üçün sənədimizi təsdiq etməyib. Bugünlərdə cavab gəlməlidi. Bununla işlər yekunlaşacaq və tam heyətlə meydanda olacağıq. İnşallah, zədəlilərimiz olmaz və “Kəpəz” var gücü ilə mübarizə aparar. Belə olan halda, xallar qazanıb premyer-liqadakı yerimizi möhkəmlədəcəyik. Məncə, hələ heç nə itirilməyib. Qarşıda daha 3 dövrə var”.


Baş məşqçi “Xəmsə”nin bəyanatını da dəyərləndirdi:

“Bundan xəbərim yox idi. Sosial şəbəkədən yararlanmıram. Həmçinin ətrafımdakılardan xahiş etmişəm ki, komandanın durumu düzələnə qədər deyilənlər, yazılanlar haqda heç nə deməsinlər. Bilmək istəmirəm. Əvvəllər də dediyim kimi, “istefa” şüarı səsləndirmək “Kəpəz”i sevən hər kəsin haqqıdı. Komandanın durumu yaxşı deyilsə, etiraz bildirənləri normal qarşılayıram. “Xəmsə”nin fikirləriylə razıyam. 2-ci dövrənin sonunda komandaya xeyirdən çox ziyan verdiyimi görsəm, istefa verəcəm. İnkişaf üçün dəyişiklik lazımdısa, mən buna hazıram. İstefa vermək böyük mədəniyyətdi. Amma bunun yaşanacağına inanmıram. Çünki qış fasiləsinə qədər bütün problemlər geridə qalacaq və xal durumu azarkeşləri razı salan səviyyədə olacaq. 3-4-cü dövrələrdə isə davamını gətirib mövsümü orta pillələrdən birində başa vuracağıq”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

10-10-2023, 23:0

“Xəmsə”dən bəyanat

Maraqlı

17-02-2023, 10:0

“Xəmsə” göstərişlə “istefa” qışqırmır - AÇIQLAMA

Aktual / Premyer-liqa

5-10-2023, 14:0

"Biz fanklub olaraq, hələ ki baş məşqçidən narazılıq etmirik"

Premyer-liqa / Manşet

17-09-2023, 20:0

“Yaşar Vahabzadəyə bir il, Tərlan Əhmədova 9 oyun dözdük”

Premyer-liqa / Manşet

24-09-2023, 20:0

"Mən qorxaq adam deyiləm"

Ölkə futbolu / Manşet

4-07-2023, 17:0

Azər Məmmədov ona güvəndi

Aktual
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
Son xəbərlər
  • Bu gün, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Bu gün, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Bu gün, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Dünən, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Dünən, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Dünən, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Dünən, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Dünən, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Dünən, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Dünən, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Dünən, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Dünən, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 161
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 157
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə