• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

11-10-2023, 21:0

Daha bir futbol həftəsini geridə qoyduq.

"Football-plus.az" ötən həftənin maraqlı sitatlarını diqqətinizə çatdırır:

Yozef Blatter, FİFA-nın sabiq prezidenti: “Turniri bu şəkildə parçalamaq absurddu (FİFA DÇ-2030-un Uruqvay, Argentina, Paraqvay, İspaniya, Portuqaliya və Mərakeşdə təşkilinə qərar verib – R.Y.). Dünya çempionatının final mərhələsi kompakt tədbir olmalıdı. Bu, həm təşkilati işlər, həm də yarışın keçiriləcəyi ölkəyə gələcək azarkeşlər üçün vacibdi. Bundan əlavə, DÇ-2030 tarixi amilə əsasən istisnasız olaraq Cənubi Amerikada keçirilməli idi”.

Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi: “Çempionlar Liqasında çıxış edən hər bir rəqibə böyük hörmətim var. Bu, dünyanın ən çətin klub yarışıdı. “Kopenhagen” ötən mövsüm Çempionlar Liqasında heç bir ev oyununda uduzmayıb. Bu komanda “Mançester Siti”, “Borussiya” və “Sevilya” ilə bərabər mübarizə şəraitində oynayıb. Amma bizim də stimulumuz var. Qrupda 1-ci yeri tutmaq çox vacibdi”.

Stiven Cerrard, “Əl-İttifaq”ın baş məşqçisi: “Səudiyyə Ərəbistanı gözəl ölkədi. Bu ölkənin sakinləri də çox yaxşıdılar. Fikrimcə, elə bir vaxt gələcək ki, yerli çempionat İngiltərə premyer-liqası ilə rəqabət aparacaq. Artıq bütün dünya Səudiyyə Ərəbistanı liqasının aparıcı çempionatlarla rəqabətə hazırlaşdığını bilir”.

Qari Nevill, “Mançester Yunayted”in sabiq müdafiəçisi: “Liverpul” çətinliklərə qarşı mübarizə aparmağı bacarır. Kloppun komandaları həmişə belə xüsusiyyəti ilə seçilib. Amma mən mersisaydlıların bu mövsüm titul uğrunda yarışacaqlarına şübhə edirəm. Onların əsas problemi normal dayaq yarımmüdafiəçisinin olmamasıdı. Liverpullular bu problemə görə hələ çox çətinlik çəkəcəklər”.

Zlatan İbrahimoviç, İsveç yığmasının sabiq hücumçusu: “Sırf bacarıqlara əsaslanaraq, kuboklar və mükafatlar olmadan düşünürəm ki, mən ən yaxşıyam. Zarafat etmirəm. Mən indiyə qədər mövcud olan ən yaxşı futbolçuyam. Doğrudu, “Qızıl top”u qazanmadım, Çempionlar Liqasının qalibi ola bilmədim. Bunlar vacibdirsə, onda mən o siyahıda deyiləm. Mənə 34 kubok, bir neçə fərdi mükafat qazanmaq qismət oldu, çünki bunlar komandanın nailiyyətlərindən irəli gəlir. Amma söhbət sırf fərdi bacarıqlardan gedirsə, onda 100 faiz ən yaxşıyam”.

Marko Roze, “Leyptsiq”in baş məşqçisi: “Bu qərardan sonra keçirdiyim ilk hiss belədi: uşaqlar ora-bura yaxşıca uçmalı olacaqlar. Beynimdə çoxlu suallar var. Biz daim hərləndirib-fırladırıq, daha nəsə, xüsusi və başqa bir şey düşünürük. Bu gedişlə nə vaxtsa Everest dağında oynayacağıq. Ona görə ki, orda futbol meydanı hazırlayacaq və oranı da sata biləcəyik. Həmişə dünya çempionatının bir ölkədə keçirilməsini ən yaxşı variant hesab etmişəm. İki ölkə də pis deyildi. Bir-birinə yaxın olan dövlətlərin böyük futbol bayramını təşkil etməsini səbirsizliklə gözləmişəm. Görünür, dünya çempionatının formatını necə gəldi fırlatmaq ənənəsinə son qoymamışıq”.

Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Mən bunu “Liverpul”un baş məşqçisi kimi deyil, bir futbol adamı kimi deyirəm. “Tottenhem” ilə matç təkrar oynanılmalıdı. İndiyə qədər belə bir şey olduğunu xatırlamıram (premyer-liqanın 7-ci turunun oyununda hakim “Liverpul”un oyunçusu Luis Diasın qaydalar çərçivəsində vurduğu qolu hesaba almayıb. VAR sistemi ona bu planda kömək etməli idi, lakin qərara müdaxilə edilməyib. Matçdan sonra hakimlər səhvə görə üzr istəyiblər – R.Y.). Ona görə də, fikrimcə, təkrar oyun olmalıdı”.

Kristian Pulişiç, “Milan”ın yarımmüdafiəçisi: “VAR-ı futboldan tamamilə silmək lazımdı. Amma mən qapı xəttinə nəzarət edən texnologiyanın əleyhinə deyiləm. Bu texnologiya həqiqətən də faydalıdı. Qalan sistemlər ləğv edilməlidi. Mən futbolun pərəstişkarı kimi belə düşünürəm”.

Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi: “Premyer-liqada daha çox hansı komanda ilə rəqabət aparacağıq? Təbii ki, “Liverpul” ilə. Kimin titul qazana biləcəyini proqnoz vermək üçün ilk 10 oyunu dəyərləndirmək lazımdı. Hələ 10 oyun keçirməmişik. Biz gözləməliyik, amma bu da var ki böyük klublar həmişə titul üçün iddialılar arasında olurlar”.

Xerardo Martino, “İnter Mayami”nin baş məşqçisi: “Azarkeşlərin istəyini anlayıram. Amma biz tam sağlam deyilsə, Messini oynamağa məcbur edə bilmərik. Mənə ən qəribə görünən odu ki, məşqçi rəqib komandanın azarkeşlərinə dünyanın ən yaxşı futbolçusunun niyə oynamadığını izah edir. Bunun əsas səbəbi ABŞ-də olmağımızdı. Dünyanın istənilən digər ölkəsində azarkeşlər rəqibin ən yaxşı oyunçusunun yoxluğunu sakit qarşılayardılar”.

Emmanuel Peti, Fransa yığmasının sabiq yarımmüdafiəçisi: “FİFA növbəti dəfə futbol intellekti ilə parlamaq fürsətini əldən verdi. Artıq məndə belə fikir formalaşıb ki, bu dünyanın üzərində olan hansısa struktur dünyada baş verən hadisələrə məhəl qoymadan istədiyini etməklə məşğuldu. Dünya çempionatının 6 ölkədə təşkil ediləcəyi haqda xəbəri oxuyanda bunun zarafat olduğunu düşündüm. Bu həqiqətdi?! Müasir dövrdə bizə güclü təzyiq edilir, bizə barmaqla ətraf aləmi qoruya bilmədiymizi və düzgün etmədiyimizi göstərirlər... Ümumiyytlə, siz ətraf aləm haqqında düşünürsünüz? Azarkeşlər haqda düşünürsünüz? Artıq ölkənin əsas komandasını izləmək bizə baha başa gəlir... Bu, mənim üçün nonsensdi. Bu qərar indi yaşadığımz dünyanya qarşıdı. Mənim FİFA ilə bağlı düşüncəmi bir qədər də möhkəmləndirir. Bu struktur vergidən yayınır, buna baxmayaraq, daim şübhə obyektindən kənarda qalır, dünyada görülən bütün işlərə tüpürür və daim daha çox qazanmaq haqda düşünür. Bəs futbolçuların aqibəti necə olacaq? Müxtəlif qitələrdə vaxt arasındakı fərqlər, uzun səfərlər, logistika... Məni heç bir siyasətçinin bu qərara qarşı çıxış etməməsi də təəccübləndirir. Ola bilsin ki, futbolçular da nə vaxtsa boykota əl ataraq “bizimlə məzələndiyiniz bəsdi” deyəcəklər”.

Xviça Kvaratsxeliya, “Napoli”nin yarımmüdafiəçisi: “Mən televizorda “Real”a baxaraq böyümüşəm və indi bu komanda mənim rəqibimdi. “Real”ı məğlub etmək istəyirəm. Belə bir axşamda xoşbəxt olmamaq mümkün deyil. “Napoli” hamıya hörmət edən, amma heç kimdən qorxmayan komandadı. Biz İtaliya çempionuyuq və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Mauritsio Sarri, “Latsio”nun baş məşqçisi: “Futbolla bağlı vəziyyət dəyişməsə, məşqçiliyi dayandıracağam. Bu cür futbolu sevmirəm. Səhər yuxudan duranda növbəti matçımızı kiminlə keçirəcəyimizə də baxmıram. Oyunlar çox tez-tez keçirilir, buna görə heyəti daim rotasiya etmək lazımdı”.
Kristof Düqarri, Fransa yığmasının sabiq hücumçusu: “Barselona”da onunla (Luis Enrikeni nəzərdə tutur – R.Y.) birgə oynamışam. Çox özündənrazıdı. Həddən artıq eqoya malikdi. Öz düşüncəsini ətrafdakılara zorla qəbul etdirən biridi və bu yolda sona qədər gedir. O, öz ideyalarıyla birgə öləcək. Məncə, PSJ-nin oyunçularının həqiqi potensialına bələd deyil. “Nyukasl”ın oyunçuları Çempionlar Liqasının oyunundan əvvəl “onlar bizi zibil hesab edirlər. Onlara göstərərik” deməlidilər. Ona görə ki, PSJ-nin məşqçisi rəqibi heçə sayır”.

Covanni Karnevali, “Sassuolo”nun icraçı direktoru: “Bir çox top-klubun indiyədək Berardini sıralarına qata bilməməsi mənə qəribə görünür. Axı o, yüksək səviyyəli futbolçudu! Bu yay “Yuventus” onu transfer etməyə yaxın idi. Amma transfer baş tutmadı. Ona görə ki, turinlilər bizim tələb etdiyimiz məbləğdən az təklif etmişdilər”.

Cud Bellingem, “Real”ın yarımmüdafiəçisi: “Bu komandada özümü yaxşı hiss edirəm. “Real”da oynamaqla həqiqətən də futboldan həzz alıram. Bu klubun formasını geyəndən sonra meydanda mümkün olan hər şeyi etməyə çalışıram”.

Marko Roze, “Leyptsiq”in baş məşqçisi: “Bu gedişlə nə vaxtsa Everest dağında oynayacağıq”.

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-10-2023, 13:0

FİFA 3 qitəni və 6 ölkəni birləşdirdi! - TƏHLİL

DÇ

11-02-2023, 20:0

4 ölkə birgə dünya çempionatına ev sahibliyi etmək istəyir

Dünya futbolu

5-08-2022, 22:0

Cənubi amerikalılar da DÇ-2030-a iddia edəcəklər

DÇ

7-02-2023, 22:0

DÇ-2030 üçün daha bir namizəd

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Dünya futbolu

6-10-2022, 15:0

Ukrayna DÇ-2030-u təşkil etmək fürsəti qazandı

Aktual
Bir futbolçu qayıtdı, digəri 7 aylığa sıradan çıxdı - “Zirə”dən xəbər var!
“Sabah”ın qrupa düşməsi su içmək qədər asandı! – yalnız bir şərt var
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
“Hesab 3:0 olsa belə, düşünürəm ki, daha iki qol vura bilərdik” – İmad Faraj
"Sabah" - "Zirə" matçından ortaq yayın olacaq? - PFL rəsmisi açıqladı
7 dəqiq ötürmə, sarı vərəqə, qapıya 0 zərbə - Mahir daha nə etdi?
Son xəbərlər
  • Dünən, 23:59
    Əziz Yıldırımın sabiq sağ əli onun rəqibinə dəstək verdi
  • Dünən, 23:37
    ''Barsa'' üçün ''El Klasiko'' qızılı rəngə büründü
  • Dünən, 23:00
    FİFA-da prezident seçkisi nə vaxt keçiriləcək?
  • Dünən, 22:29
    Əziz Yıldırımın rəqibi ''Milan''ın ulduzunu ''Fənər''ə gətirmək istəyir
  • Dünən, 22:00
    Bir futbolçu qayıtdı, digəri 7 aylığa sıradan çıxdı - “Zirə”dən xəbər var!
  • Dünən, 21:28
    11 ildən sonra “Çelsi”yə qayıda bilər
  • Dünən, 20:58
    “Sabah”ın qrupa düşməsi su içmək qədər asandı! – yalnız bir şərt var
  • Dünən, 20:22
    Kristensen gedir
  • Dünən, 19:57
    Güləşçilərimiz AÇ-nin finalında
  • Dünən, 19:43
    ''Şaxtyor'' çempion oldu, Arda Turan tarixə düşdü
  • Dünən, 19:06
    "Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
  • Dünən, 18:59
    Ferstappenin atası yaxşı qurtardı
  • Dünən, 18:10
    "Sabah" "Neftçi" ilə oyunda mükafatlandırılacaq - RƏSMİ
  • Dünən, 17:42
    "Sabah" - "Neftçi" oyununun vaxtı açıqlandı - 32-ci turun cədvəli
  • Dünən, 17:37
    Serrano premyer-liqada 100-ə çatan ikinci ispaniyalıdı
  • Dünən, 17:23
    Adetokunbo Messi ilə Ronaldonu müqayisə etdi
  • Dünən, 16:47
    12 saat timsahlar arasında üzdü!
  • Dünən, 16:21
    “Hesab 3:0 olsa belə, düşünürəm ki, daha iki qol vura bilərdik” – İmad Faraj
  • Dünən, 15:51
    Rokki hakimlərin işinə necə müdaxilə edib? - “İnter”in heç bir rəhbərinin istintaqa cəlb olunmadığı vurğulanır
  • Dünən, 15:37
    İki güləşçimiz AÇ-nin yarımfinalında
  • Dünən, 15:16
    Mövsümdə 2-ci dəfə...
  • Dünən, 14:49
    "Sabah" - "Zirə" matçından ortaq yayın olacaq? - PFL rəsmisi açıqladı
  • Dünən, 14:26
    Millimiz Gürcüstana uduzdu
  • Dünən, 14:18
    Rəhim Sadixov 200-ə çatdı
  • Dünən, 13:47
    Nəriman 11 dəqiqə oynadı, komandası darmadağın oldu
  • Dünən, 13:30
    7 dəqiq ötürmə, sarı vərəqə, qapıya 0 zərbə - Mahir daha nə etdi?
  • Dünən, 12:59
    İki ildən sonra A seriyasına qayıtdılar
  • Dünən, 12:30
    İlkin siyahıya düşsə də, DÇ-2026-da oynayacağı dəqiq deyil
  • Dünən, 12:00
    Son 35 ilin ən pis göstəricisi
  • Dünən, 11:29
    ''Fənərbaxça'' çempion oldu
  • Dünən, 11:00
    Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
  • Dünən, 10:31
    "Sabah" - "Zirə" finalına son iki gün - 6500-ə yaxın bilet satıldı
  • Dünən, 10:00
    Yayda meydanı tərk edəcək
  • Dünən, 01:02
    “Barselona” 29-cu dəfə çempion oldu
  • 10-05-2026, 23:0
    Üç açılış mərasimi keçiriləcək
Daha çox
Oxunub: 221
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 221
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 185
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 179
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 179
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Oxunub: 170
“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə