“Ludoqorets”də kütləvi istefa qaçılmaz olub. Bolqarıstan klubunun rəhbərliyi, idarə heyəti və məşqçilər korpusu istefaya yollanıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Kütləvi istefaya səbəb Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda “Norşellann”a 1:7 hesabı ilə məğlubiyyət olub. Rəsmi məlumatda rüsvayçı məğlubiyyətə görə klubun bütün funksionerləri və məşqçilərinin məsuliyyət daşıdıqları bildirilib.
“Ludoqorest” hazırda ölkə çempionatında 11 oyuna 23 xalla 4-cü, Konfrans Liqasının H qrupunda isə 2 turdan sonra 3 xalla 3-cü yerdədi.