Qadın basketbolçulardan ibarət millimizin baş məşqçisi bəlli oldu

4.10.2023 12:58 410
İdman
Qadın basketbolçulardan ibarət millimizin baş məşqçisi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, yığma türkiyəli mütəxəssis Evren Alkaya tapşırılıb.

ABŞ-dan olan Skot Mollenhauer və Aygün Eynullayeva onun köməkçiləri olacaq.

Qeyd edək ki, Evren Alkaya daha əvvəl 16 yaşadək qızlardan ibarət basketbol millisi ilə C divizionunda Avropa çempionu olub.