Türkiyəli mütəxəssis yığmaya gətirildi – ÖZƏL

26.09.2023 22:15 523
İdman / Manşet
Qadın basketbolçulardan ibarət yığmanın baş məşqçisi məlum olub.

“Futbol+” redaksiyasına daxil olan məlumata görə, komandanı türkiyəli Evren Alkaya çalışdıracaq. O, hazırda qadınlardan ibarət U-16 və U-18 yığmalarına da rəhbərlik edir. Onunla yaxın zamanda rəsmi müqavilə imzalanacaq. Alkayanın rəhbərlik edəcəyi komanda AÇ-2025-in seçmə mərhələsində Polşa, Litva və Belçika ilə eyni qrupda mübarizə aparacaq.

CAVİD ƏLİYEV