1-ci liqanın güclü təmsilçilərindən olan “Şamaxı” növbəti mövsüm premyer-liqaya qayıtmaq istəyir.
“Şirlər” 3 matçdan sonra 7 xalla turnir cədvəlinin lideridi. Bölgə təmsilçisinin ev oyunlarını keçirdiyi Şamaxı şəhər stadionunda “Roedl & Partner”, “NZA Audit”, “Ortodent diş klinikası” kimi şirkətlərin reklamlarını görürük. Bu şirkətlər “Şamaxı”ya sponsorluq edir? Klubun mətbuat katibi Yusif Hüseyn məsələ ilə bağlı “Football-plus.az”a açıqlamasında bunları söylədi: