• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mançester Siti” mübarizədən erkən çəkildi

Dünya futbolu

2-10-2023, 20:0

Liqa kubokunun 1/16 final mərhələsinin çərşənbə günü keçirilən oyunlarından yalnız birinin nəticəsini sensasiya saymaq olar.

"Football-plus.az" xəbər verir ki, nəhənglərdən “Mançester Siti” “Nyukasl”la bacarmadı, qalanı isə yoluna davam edir. Aşağı dəstə təmsilçiləri ilə qarşılaşan premyer-liqa klublarından heç biri büdrəmədi.

MS-nin parlaq qələbə seriyası Liqa kubokunda qırıldı. Qvardiolanın komandası səfərdə “Nyukasl”a uduzdu. Gözlənildiyi kimi, “şəhərlilər” bu oyunda rotasiyaya əl atmışdı. Ehtiyat qüvvə üçün heç də asan olmadı. Hərçənd ilk yarıda qonaqların müəyyən üstünlüyü var idi. Hücumun sivri ucunda oynayan Alvares fasiləyə qədər iki imkan qazandı. Birincidə Poup komandasını qoldan xilas etdisə, ikincidə argentinalı qapıya paralel zərbə vurdu. Fasiləyə az qalmış “sağsağanlar” da coşdu, Merfi hesabı açmağa yaxın olsa da, bu dəfə Orteqa ustalığını göstərdi. Hau fasilədə iki dəyişiklik etməklə komandasının oyununu gücləndirdi. 2-ci hissənin əvvəlində oyun artıq meydanın “Siyi”yə aid hissəsində getməyə başladı. “Nyukasl”ın təzyiqi 53-cü dəqiqədə bəhrə verdi. Joelinton rəqibin cərimə meydançasında iki futbolçudan sıyrılaraq İsaka ötürmə verdi ki, o da yaxın məsafədən zərbə ilə hesabı açdı. Tezliklə isveçli hücumçu dubl etməyə yaxın oldu. Ancaq sonra Hau onu kiçik zədə üzündən əvəz etdi. Tədricən topu yenidən ələ keçirən “şəhərlilər” yalnız sona yaxın Poupu narahat etməyə başladı. Dokyu oyuna yaxşı qoşuldu. Əsas vaxtın sonunda Lüis onun ötürməsindən sonra topu qapının bir neçə santimetrliyindən vurdu. Beləcə qələbə hesabını qoruyan “Nyukasl” əsas favoritlərdən birini Liqa kubokundan uzaqlaşdırdı. MS artıq diqqətini başqa turnirlərə yönəltməlidi. “Sağsağanlar” isə ötən mövsümdə olduğu kimi, yenə də finala qədər irəliləməyə çalışacaq.

“Arsenal” da çətin qələbə qazandı. Baxmayaraq ki, oyunda hesab erkən açıldı. Artıq 8-ci dəqiqədə Nelson “topçular”ı irəli çıxardı. Məhsuldar ötürmə isə Nketiadan gəldi. Fasiləyə qədər olan müddətdə oyunun tempi hədsiz aşağı idi, komandalar birlikdə yalnız iki təhlükəli vəziyyət yaratdı. Ancaq Smit-Rou ilə Vissa adını tabloya yazdıra bilmədi. “Brentford” 2-ci hissənin əvvəlindən daha fəal oynamağa başladı. Düzdü, “arılar” uzun müddət ərzində qol vəziyyəti yarada bilmədi. 2-ci hissədə ən real qol vəziyyəti Frank ikili dəyişikliyə əl atandan sonra yarandı. Vissanın güclü zərbəsinin qarşısını çətinliklə alan Remsdeyl topu dirəyə “ötürə” bildi. 78-ci dəqiqədə “arılar” hətta qol da vurdu. Ancaq epizod başa çatmamış laysman bayrağını qaldırmışdı. Və o haqlı idi – həqiqətən ofsayd vardı. “Brentford”un artan təzyiqinin apofeozu isə Lüis-Potterin qaçırdığı şans oldu. Onun zərbəsi Kivyordan döndü. “Arılar” ətalətlə daha bir neçə hücum qursa da, “Arsenal” dözdü və 1/8 finala vəsiqə qazandı.

Premyer-liqada ardıcıl üç turda fərqlənə bilməyən “Çelsi” “quru” seriyaya, nəhayət, son qoymalıydı. Bu hadisə kubok oyununa təsadüf etdi. Poçettinonun komandasının oyunu məzmun baxımından idealdan çox uzaqdı. “Brayton” ilk yarıda “zadəganlar”dan yaxşı təsir bağışladı. Topa daha çox nəzarət edən qonaqlar iki əlverişli imkanı boşa verdi. Əvvəlcə Joao Pedro Sançesin səhvindən yararlana bilmədi, ardından Fatinin zərbəsini dəf edən qapıçı komandasının köməyinə çatdı. Ancaq 2-ci hissənin əvvəlində “Çelsi” gözlənilmədən hesabı açdı. Palmer Ceksonu qapıçıyla randevuya göndərdi və seneqallı bu şansı qaçırmadı. “Zadəganlar” hələ ki yaradıcılıqla müqayisədə müdafiədə daha yaxşı oynayırlar. Bu üzdən sakitcə geri çəkilib hesabı qorumağa üstünlük verdilər. “Brayton” bir daha real qol vəziyyətləri yarada bilmədi, De Zerbinin əvəzetmələri də oyunu gücləndirmədi, “Çelsi”nin isə daha inamlı qələbə qazanmaq imkanı var idi – Cekson epizodların birində qapıçı ilə dueldə uduzdu, digərində onun qolu ofsayd üzündən sayılmadı. “Çelsi” psixoloji baxımdan vacib qələbə qazanmaqla adını növbəti mərhələyə yazdırdı. “Brayton”un mübarizəni dayandırmasını isə birmənalı şəkildə uğursuzluq saymaq olmaz. Bəlkə də komandanın müxtəlif turnirlərə diqqət ayırmasına dəyməz. Premyer-liqada uğurlu çıxış “qağayılar”ın hər il oynaya biləcəyi Liqa kubokundan daha vacibdi.

“Liverpul”, nəhayət, “Enfild”də keçirilən Liqa kubokunun oyununda qalib gələ bildi, özü də əsas vaxtda. Gerçəkdən önəmli hadisədi. Axı mersisaydlılar 2016-cı ildən bəri bu turnir çərçivəsində “doğma divarlar” arasında 90 dəqiqə ərzində heç kimi məğlub edə bilmirdi. Bu oyun da elə başladı ki, hər kəs antirekordun yenə də davam edəcəyini düşündü. “Tülkülər” artıq 3-cü dəqiqədə fərqləndi, qolu Makatir vurdu. Ancaq ardından favorit oyunun axarını dəyişməyi bacardı. Fasilədən sonra Soboslai ilə Jotonun idmanın, konkret futbolun həm də incəsənət, yaradıcılıq olduğunu sübut etdiyini gördük. Bu iki futbolçu gözəl qollar vurdu. Hesabı bərabərləşdirən Qakponu da unutmayaq. Qonaqlardan Makatirlə yanaşı, məhz “Liverpul”un yetirməsi olan müdafiəçi Kodini də qeyd etməliyik. Açıq-aşkar görünür ki, “qırmızılar” psixoloji planda çox güclüdü, onların xarakteri və iradəsi həmişə rəqiblər üçün keçilməz maneə olub. Çempionşipin liderlərindən biri isə özünü bu oyunda heç də pis göstərmədi, sadəcə, minimal üstünlüyü qorumaq üçün “tülkülər”in gücü çatmadı. Onu da demək lazımdı ki, turnirdə VAR sistemi tətbiq olunsaydı, erkən qol ləğv oluna bilərdi, axı qonaqlar hücuma başlayarkən qayda pozuntusuna yol vermişdilər. Nə olmalıydısa, o da oldu. İndi bütün turnirlərin onun üçün vacib olduğunu göstərən “Liverpul” irəliləyir, “Lester” isə elitaya tez dönmək üzərində düşünməlidi. Komanda gücünə və heyətinə görə buna qadirdi.

Artıq 1/8 final mərhələsinin də püşkü atılıb: Mançester Yunayted – Nyukasl, Bornmut – Liverpul, Çelsi – Blekbern (D-2), Vest Hem – Arsenal, Everton – Bernli, Ekseter (D-3) – Midlsbro (D-2), Mensfild (D-4) – Port Veyl (D-3), İpsviç (D-3) – Fulhem. Oyunlar oktyabrın 31-i və noyabrın 1-də keçiriləcək.

1/16 final
Nyukasl – Mançester Siti 1:0
İsak, 53.
MS: Orteqa, Lüis, Akanci, Ake (Nunyeş, 68), Qvardiol, Qomes, Fillips, Kovaçiç (Dokyu, 68), Bobb, Alvares (Foden, 74), Qriliş.
Brentford – Arsenal 0:1
Nelson, 8.
Arsenal: Remsdeyl, Tomiyasu, Qabriel, Uayt (Zinçenko, 69), Kivyor, Jorjinyo, Haverts, Smit-Rou (Edeqor, 82), Nelson (Elneni, 82), Nketia (Soareş, 87), Saqo (Jezus, 69).
Çelsi – Brayton 1:0
Cekson, 51.
Çelsi: Sançes, Çiluell, Disasi, Koluill, Kukurelya, Kaysedo, Uqoçukvu, Palmer (Fernandes, 75), Maatsen (Qallaher, 75), Mudrik (Sterlinq, 68), Cekson (Broya, 87).
Liverpul – Lester (D-2) 3:1
Qakpo, 48. Soboslai, 70. Jota, 89 – Makatir, 3.
Liverpul: Kelleher, Cons (Bayçetiç, 79), Konate, Kuansa, Simikas (Çembers, 89), Endo, Qravenberh (Nunyes, 65), Elliott, Doak (Soboslai, 65), Qakpo, Jota.
Aston Villa – Everton 1:2
Kamara, 84 – Qarner, 15. Kalvert-Lüin, 50.
Fulhem – Norviç (D-2) 2:1
Vinisius, 12. İvobi, 72 – Seyns, 75.
Linkoln (D-3) – Vest Hem 0:1
Souçek, 70.
Bornmut – Stok Siti (D-2) 2:0
Solanke, 51. Rotvell, 54.
Blekbern (D-2) – Kardiff (D-2) 5:2
Qarrett, 13. Siqurdsson, 36. Moran, 49; 54. Markandey, 69 – Robinson, 18. Etete, 45+3.

Bu mərhələnin çərşənbə axşamı keçirilən oyunlarının nəticələri: Mançester Yunayted – Kristal Pelas 3:0, İpsviç (D-2) – Vulverhempton 3:2, Ekseter (D-3) – Luton 1:0, Solford Siti (D-4) – Bernli 0:4, Port Veyl (D-3) – Satton Yunayted (D-4) 2:1, Bredford (D-4) – Midlsbro (D-2) 0:2, Mensfild (D-4) – Piterboro (D-3) 2:2, p. – 3:1.

Faktlar
* “Mançester Siti” cari mövsümdə ilk dəfə oyun vaxtında uduzdu. “Şəhərlilər”i sonuncu dəfə avqustun 6-da – İngiltərə Superkuboku uğrunda oyunda “Arsenal” məğlub edə bilmişdi, penalti seriyası sayəsində. MS növbəti 8 oyunda qələbə qazanmışdı – Avropa Superkuboku uğrunda oyunda penalti seriyasını da nəzərə almaqla.
* “Liverpul” mövsümün əksər oyunlarında geridönüş edib. Bu dəfə ilk yarıdan sonra 0:1 uduzduqları oyunun axarını dəyişən “qırmızılar” mövsümün daha 8 oyununun dördündə ilk qolu buraxıblar, amma sonda qələbə qazanıblar: “Bornmut” – 3:1, “Nyukasl” – 2:1, “Vulverhempton” - 3:1, LASK – 3:1. Mersisaydlılar bu qələbələrdən ikisini (“Bornmut” və “Nyukasl” ilə oyunlarda) azlıqda qazanıblar.

Oyundan sonra
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Oyun bizim üçün pis başladı. İlk yarıda təhlükəli vəziyyətlərimiz oldu, bunlardan yararlana bilmədiyimizə inanmaq çətindi. “Lester” yaxşı, hazırlıqlı komandadı. Dəqiqələr ötdükcə oyunun axarını dəyişdik, nəticədə yaxşı oyun keçirdik. Soboslai komandaya belə tez qaynayıb-qarışması ilə adamı təəccübləndirir. O, top səviyyəli futbolçudu, ustadı. Heç vaxt dayanmır və hər oyunda nəsə öyrənir”.

Pep Qvardiola, MS-nin baş məşqçisi: “Qeyri-adi oyun keçirdik. “Nyukasl” fasilədən sonra “artırdı” və daha aqressiv oldu. Və qol vurdular. Ötən mövsüm “Sauthempton” bizi mübarizədən kənarlaşdırmışdı, həmin oyunda meydanda yox idik. Ancaq bu gün belə deyildi. “Nyukasl”ı təbrik edirəm. Bəli, çox gərgin oyun idi. Futbol belədi. Həm ilk, həm də ikinci yarıda oyunumuz möhtəşəm idi. Ancaq rəqib də qalib gəlmək üçün aqressiv oynadı. Oyunumuzdan razıyam. Heç bir zədəlimiz yoxdu, Kovaçiçlə Qriliş də oyun vaxtı qazandı. Düşünürsüz ki, bu mövsüm üçün hədəfimiz kvadrupl idi? Trebl bizi daha çox qane edir”.

Eddi Hau, “Nyukasl”ın baş məşqçisi: “Hissələr fərqli alındı. İlk yarıda bizə çətin idi, “Siti” yaxşı oynayırdı, biz isə o qədər də yox. Əvəzində topsuz qalsaq da, yaxşı müdafiə olunurduq. Fasilədən sonra həm müdafiə, həm də hücum planında daha yaxşı oynadıq. Yaxşı hücumlar qururduq, yəqin ki, qələbəni haqq etdik. Taktiki dəyişikliklər oldu, ancaq əsas budu ki, qələbəyə inanırdıq. Meydanı tərk edənlər haqda pis heç nə demək istəmirəm, ancaq oyuna sonradan qoşulanlar faktiki nəticəni müəyyənləşdirdi. Topa sahib olandan sonra daha yaxşı oynadıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-02-2023, 11:0

“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun qalibi oldu

Dünya futbolu

7-06-2023, 19:0

“Mançester Siti” daha bir kubok qazandı - REPORTAJ

Dünya futbolu

28-09-2023, 20:0

Çempion bu mövsüm ilk dəfə uduzdu

Dünya futbolu

5-04-2023, 22:0

Liderlər hərəyə 4 qol vurdu, MY 3-cü yeri təhvil verdi – 29-cu turun şərhi

Dünya futbolu

28-05-2023, 19:0

Premyer-liqanın rəmzi komandası

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
  • 3-06-2026, 21:0
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • 3-06-2026, 21:0
    Yunanıstan karyerası 7 ay çəkdi
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 210
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 197
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə