Nəhayət, “Mançester Siti”ni məğlub edən tapılıb.
“Football-plus.az” xəbər verir ki, İngiltərə çempionu Liqa Kubokunun 1/16 finalının səfər oyununda “Nyukasl”a 0:1 hesabı ilə uduzub. Yeganə qolu 53-cü dəqiqədə Aleksander İsak vurub. Bununla da Mançester klubu turnirdə mübarizəni dayandırıb.
Qeyd edək ki, bu, Xosep Qvardiolanın komandasının 2023/24 mövsümündə bütün turnirlərdə ilk məğlubiyyəti olub. MS hazırda premyer-liqada 6 oyuna 18 xalla 1-ci yerdədi.