• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Neymar – Jezuş qarşıdurması ilə bağlı müxtəlif versiyalar

Dünya futbolu

2-10-2023, 20:0

Bu yay Avropanı tərk edərək Səudiyyə Ərəbistanına yollanan Neymar artıq yeni komandasında problemlər yaşamaqdadı.

"Football-plus.az" xəbər verir ki, avqustun 15-də PSJ-dən “Əl-Hilal”a keçən braziliyalı futbolçu baş məşqçi ilə yola getmir. Onun Jorje Jezuşla münasibətlərinin pozulması ilə bağlı müxtəlif versiyalar var.

Ulduz futbolçu yeni komandasına qoşulandan sonrakı bir ay ərzində zədə üzündən meydana çıxmayıb. “Əl-Hilal”dakı debütü sentyabrın 15-nə təsadüf edib. Həmin gün Jezuşun komandası evdə “Əl-Riyad”a 6:1 hesabıyla qalib gəlib. Meydana 64-cü dəqiqədə çıxan Neymar darmadağında həmyerlisi Malkoma verdiyi məhsuldar ötürmə ilə rol oynayıb. Zədəsini yenicə sağaldan oyunçu üçün heç də pis start deyil. Amma çox keçmədən problemlər ortaya çıxıb.

“Əl-Hilal” sentyabrın 18-də Asiya Çempionlar Liqasının qrup mərhələsinin “Navbahor”la (Özbəkistan) ev oyununda 1:1 hesablı heç-heçəyə razılaşıb. Neymar matçboyu meydanda olsa da, komandasına bir faydası dəyməyib. Medianın məlumatına görə, braziliyalı hücumçu oyundan sonra baş məşqçi ilə mübahisə edib. Doğrudu, bu fakt KİV-ə yalnız bir həftə sonra məlum olub.

“Mundo Deportivo” qəzetinin məlumatına görə, portuqaliyalı mütəxəssis paltardəyişmə otağında 31 yaşlı hücumçunu passiv oyununa görə sərt şəkildə danlayıb. Bunu özü üçün təhqirə bərabər tutan Neymar klub rəhbərliyi ilə əlaqə saxlayıb və çalışdırıcının istefaya göndərilməsini istəyib. İspaniyalı jurnalistlərin iddiasına inansaq, “Əl-Hilal” rəhbərliyi çox keçmədən Jezuşun meneceri ilə görüşüb. Görüşdə menecerə komanda oyunu və nəticələr tezliklə yaxşılaşmayacağı halda baş məşqçi ilə müqaviləyə xitam veriləcəyi haqda xəbərdarlıq edilib. Yəni komandaya bu yay təyinat alan mütəxəssisə hələ ki şifahi şəkildə istefa ultimatimu verilib.

İspaniyada çıxan digər qəzet “Sport” isə qarşıdurmanı oxucularına belə çatdırıb: bu mənbəyə inansaq, ulduz futbolçu paltardəyişmə otağında 69 yaşlı məşqçi ilə yalnız mübahisə etməyib, hətta onu vurub.

Bu insidentlə bağlı xəbərlər dünya mediasına çıxandan sonra Neymar açıqlama verməyə məcbur olub: “Cəfəngiyyatdı. Buna inanmayın. Milyonlarla izləyicisi olan saytlar yalan xəbərlər yaymağı dayandırmalıdı! Hamınıza hörmətlə bu işə son qoymağı xahiş edirəm. Bu əməliniz kənardan heç də gözəl görünmür”.

Ondan başqa cür reaksiya gözləmək qəribə olardı. Amma Neymarın dərhal ictimaiyyətə açıqlama verməyə məcbur olması hadisənin baş vermək ehtimalını artırır.

Onun mübahisəni və qarşıdurmanı sevən biri olduğu hamıya bəllidi. Məsələn, “Barselona”da çıxış edərkən Nelson Semedu ilə mübahisə edəndən sonra məşqi yarımçıq tərk edib evə yollanmışdı. Çempionluq üçün təşkil edilən parad zamanı Xavinin əlinin gücünü sifətində hiss etmişdi. İspaniyanı tərk edib Parisə üz tutandan sonra isə “Barselona”nı məhkəməyə vermişdi. PSJ-də də bu baxımdan fəallığını davam etdirmişdi. Neymarın 6 il birgə oynadığı Mbappe ilə dəfələrlə mübahisə etdiyi söylənilir. Onun məşqə münasibəti ilk günlərdən Kilianın xoşuna gəlmirdi. Bir müddət sonra Neymar sosial şəbəkələrdə fransalı oyundaşını tənqid edənlərin fikirlərini bəyənmişdi. Ulduz futbolçuların penalti zərbəsini yerinə yetirmək üstündə mübahisələri də onlar arasındakı qarşıdurmanın bir başqa nümunəsidi. Ümumiyyətlə, Mbappe ilə Neymar arasındakı insidentlərlə bağlı ayrıca bir kitab da yazmaq lar.
Neymar Fransa klubu ilə də yola getməyib. Prezident Nasser Əl-Xelayfi ilə idman direktoru Luiş Kampuş bir müddət sonra onun xarakterinin necə olduğunu anlamışdılar. Deyilənə görə, braziliyalı Kampuş ilə tribunaaltı məkanda, Əl-Xelayfi ilə prezidentin kabinetində yüksək tonda danışmışdı. Fransa mənbələrində bu tip xəbərlərə heç də az təsadüf edilməmişdi.

Hətta Jezuşla insident Neymarın Səudiyyə Ərəbistanına yollanandan sonra çıxardığı ilk oyun deyil. Məlumunuz olsun ki, DÇ-2026-nın ilk seçmə oyunları üçün Cənubi Amerikaya qayıdan futbolçu Braziliya yığmasının düşərgəsini tərk edəndən sonra İspaniya küçələrində görünüb. Özü də necə: Neymar iki xanımı qucaqlayan şəkildə diqqəti cəlb edib. İndi hamilə olan həyat yoldaşı sanki belə mənzərəyə alışıb: “Nə baş verdiyini dərk edir və növbəti dəfə məyusluq yaşayıram. Amma hamiləliyimin sonuncu mərhələsindəyəm və bütün diqqətimi və narahatlığımı hələ dünyaya gəlməyən qızıma yönəltmişəm. Bu, hazırda haqqında düşündüyüm yeganə mövzudu”.

Braziliyalının bütün karyerası elə belə keçib. O, çox güman ki, yaşıl meydandan kənardakı hərəkət və davranışlarına görə “Qızıl top”a heç vaxt yaxın olmayıb. Halbuki gənc yaşlarından bu mükafata iddia edəcəyi çoxlarında şübhə doğurmurdu.

Son xəbərlərə görə, Neymar yaxın gələcəkdə vətənində top qova bilər. Onun “Santos”da oynamaq, DÇ-2026-nın final mərhələsinə doğma klubunda hazırlaşmaq istədiyi, hətta qarşı tərəfə mesaj göndərdiyi iddia olunur. Ulduz futbolçu, çox güman, bu istəyinə görə, “Əl-Hilal” ilə 4 illik yox, 2 illik müqavilə imzalayıb. Deməli, 2025-ci ildə Səudiyyə Ərəbistanını tərk edərək azad agent kimi “Santos”a qoşula biləcək. Yeri gəlmişkən, Neymarın 2009-13-cü illərdə bu komandada ölkə çempionatında 177 oyuna 107 qol vurduğunu da bildirək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-09-2023, 13:0

Neymar Jezuşla yola getmir

Dünya futbolu

15-08-2023, 18:0

Neymar Səudiyyə Ərəbistanında dünyaları qazanacaq

Dünya futbolu / Manşet

15-08-2023, 22:0

Neymar Səudiyyə Ərəbistanında

Dünya futbolu

19-02-2023, 23:0

Neymar zədələndi

Dünya futbolu

23-09-2022, 17:0

Neymar ən yaxşı seçildi

Dünya futbolu

4-07-2023, 19:0

Neymar fantastik təklifi qəbul edəcək?

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 212
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 198
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə