“Mançester Yunayted” rəhbərliyi Antoni ilə bağlı növbəti qərarını verib.
"Football-plus.az" xəbər verir ki, bir müdət əvvəl komandadan uzaqlaşdırılan futbolçu ümumi məşqə buraxılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı hücumçu 2022-ci ildə keçmiş sevgilisi Qabriela Kavalyini döyməkdə ittiham olunur.
Qeyd edək ki, Antoni sentyabrın əvvəlində eyni səbəbdən Braziliya yığmasından də uzaqlaşdırılıb. O, MY-də 2022-ci ilin avqustundan çıxış edir. Antoni məlum səbəbdən bu mövsüm komandanın 4 matçında oynayıb.