• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Yunayted”in böhranını şərtləndirən səbəblər - TƏHLİL

Dünya futbolu

22-09-2023, 23:0

“Mançester Yunayted”də yenə də böhran yaşanır.

"Football-plus.az" xəbər verir ki, Erik ten Haqın komandası 5 oyunun üçündə məğlub olub ki, bu da premyer-liqa yaranandan bəri mançesterlilər üçün ən pis startdı. “Qırmızı şeytanlar”ın ən çılğın axarkeşləri dərhal niderlandlı mütəxəssisi “istefaya göndərir”. Bəs Mançesterdəki bəlaların əsas səbəbkarı odumu? MY ətrafındakı bütün futbolətrafı mövzuları xatırlayaq. Bunlar birbaşa və ya dolayısıyla komandadaxili duruma təsir göstərir və təbii ki, nəticələrdə əksini tapır.

Qleyzerlər və onların klubun satışı ilə bağlı hoqqaları
Bir il əvvəl, noyabrın 22-də, yəni Ronaldonun qalmaqallı müsahibəsindən bir həftə sonra Qleyzerlər ailəsi MY-ni satmağa hazır olduğunu elan etdi. Bu xəbər ictimaiyyəti silkələdi. “Amazon”, “Apple”, “Zara” kimi şirkətlər klubu almağa namizədlər sırasında göstərildi. Hətta Devid Bekhemin adı da potensial həmsahiblər sırasında var idi. MY fanatları isə mümkün sahiblərə tələb ünvanlamaqla yanaşı, Qleyzerlərdən tezliklə Böyük Britaniydan getməyi xahiş etdilər: “Bu xəbəri 17 il idi gözləyirdik. Sizi klubu dərhal satmağa çağırırıq, ona görə ki, futbolda ləngimək öldürücüdü”. Amerikalı sahiblər növbəti dəfə azarkeşlərin xahişini rədd etdilər, ən yaxşı təklifi gözləməyə başladılar. Nəticədə iki namizəd qaldı: “Qatar Islamic Bank”ın İdarə Heyətinin sədri olan Qətər şeyxi Casim ben Həməd Əl-Tani və britaniyalı milyarder, artıq Fransanın “Nant” klubunun sahibi olan, “Ineos” kimya şirkətinin başçısı Cim Retkliff. Qleyzerlər ailəsinin üzvlərinin fikirləri haçalandı, satış yubandı. Bütün bu proses hərraca bənzəyirdi, sanki indiki sahiblərin əsas hədəfi MY-nin bu gün üçün real qiymətinin nədən ibarət olduğunu öyrənmək idi. Sentyabrın 3-də “Daily Mail” xəbər verdi ki, münasib təklif almayan Qleyzerlər klubu satışdan çıxarır. Amma 2025-də 7010 milyard funt təklifi alacaqlarına ümid edərək yenindən bazara çıxacaqlar. Bu xəbər ictimailəşəndən dərhal sonra MY-nin səhmləri 21 faiz ucuzlaşdı – bu isə son 11 ilin antirekordudu.

MY-nin sabiq oyunçusu, hazırda “Sky Sports”un eksperti kimi çalışan Qari Nevil “Brayton”a ev məğlubiyyətindən sonra qəzəbini gizlədə bilmədi: “Və bəli, bu duruma cavabdeh Qleyzerlərdi. Onlar meydandakı və ondan kənardakı ortabablıq dövrünə görə məsuliyyət daşıyırlar. Qleyzerlər bütün kluba nüfuz edən acgözlük, intizamsızlıq, qətiyyətsizlik və inamsızlıq mədəniyyəti yaradıb. Onların tezliklə klubu satması yaxşı olardı”.

Qrinvudla bağlı ləngiyən qərar
Ötən il yanvarın 30-da Qrinvudun rəfiqəsi “instaqram” hesabının “storis” bölməsinə bədəninin müxtəlif hissələrindəki qançırların şəklini qoyaraq belə yazdı: “Qrinvudun əslində mənə nə etdiyi bilmək istəyən hər kəs üçün”. Polis kənarda qalmadı və dərhal təhqiqat başladı. Elə həmin gün klub futbolçunu məşqlərdən uzaqlaşdırdı. Axşam Qrinvud saxlanıldı. İki gün sonra girov müqabilində buraxılsa da, MY-nin oyunlarında iştirak haqqını itirdi. Bir çox həmklubu onda üz döndərdi, “Nike” əməkdaşlığı dayandırdı, “EA Sports” FİFA 22 oyunundan çıxardı.

İyunda Meysonun girov müqabilində azadlıqda qalmaq vaxtı uzadıldı. Oktyabrda biraylıq həbs olunsa da, iki gün sonra buraxıldı. Bu il fevralın 2-də futbolçunun üzərindən bütün ittihamlar götürldü. MY onu məşqə buraxmağa tələsmədi, işlə bağlı daxili təhqiqata başlamağa qərar verdi. İyulda cütlüyün uşağı dünyaya gəldi. Bir qədər əvvəl Ten Haq futbolçunun satılmasının əleyhinə çıxdı, klubun son qərarını gözləmək istədi. Ayın sonunda klub Meysonla bağlı qərarın mövsümün startına qədər elan olunacağını açıqladı. Hər şey ona doğru aparırdı ki, futbolçu heyətə dönəcək, hətta onun komandaya dönüşü ilə bağlı plan da hazırlanmışdı. Ancaq “Yunayted”ə laqeyd olmayan qadın kəsimin etirazları, ümumiyyətlə, ictimaiyyətin birmənalı olmayan reaksiyası rəhbərliyi qərarını dəyişməyə məcbur etdi. Nəticədə “Yunayted”i tərk edən Qrinvud icarə əsasında “Xetafe”yə keçdi. Ten Haq ona əsas oyunçu kimi bel bağlayırdımı? Mümkündü. Hücumunun sağ cinahında keyfiyyətli solayaq futbolçuya ehtiyac duyulan indiki məqamda Meyson tam işə yarayacaqdı.

Maquayrın transferinin pozulması
MY ötən mövsümün ilk iki oyunundan sonra xal toplamadan sonuncu pillədə qərarlaşanda Ten Haqın ilk işi kapitan Harri Maquayrı ehtiyatda oturtmaq oldu. Komanda onsuz üç qələbə qazandı, müdafiənin mərkəzində Martineslə Varan məşqçinin əsas seçimi oldu. Sulşerin və ardından Ranqnikin iş başında olduğu üç mövsümdə yalnız Maquayr MY-nin heyətində 100-dən artıq oyun keçirmişdi. Ten Haq gələndən sonda onun meydanda olmaq vaxtı ciddi şəkildə azaldı. Sabiq kapitan 2022/23 mövsümündə premyer-liqada 8-i start heyətində olmaqla 16 oyuna çıxdı. Bu isə İngiltərə yığmasının əsas mərkəz müdafiəçisi üçün faciəvi dərəcədə azdı. Ən baha britaniyalı müdafiəçi təkcə başqa klubların azarkeşlərinin yox, öz fanatlarının da lağ obyektinə çevrildi. Daimi səhvlər, avtoqollar sosial şəbəkələrdə təhqirlərlə müşayiət olunurdu. Maquayr cari mövsümün əvvəlindən kapitan sarğısını da itirdi, hərçənd formal cəhətdən hələ ötən mövsümdən sarğı Bruno Fernandeşə keçmişdi. Yayda aydın oldu ki, Ten Haq onun “Old Trafford”u tərk etməsinin əleyhinə deyil: “O, İngiltərə yığmasında ən yaxşılardandı, bəs bizim klubda niyə olmasın? Harri bunu sübut etməlidi, əks halda klubdan getmək lazım gələcək”.

30 yaşlı müdafiəçiyə maraq göstərən əsas klub “Vest Hem” idi, 30 milyon funt təklif edirdi. Müasir futbolun əsas insayderi Fabritsio Romano hətta sövdələşmənin razılaşdırıldığını da yazırdı. Ancaq transfer baş tutmadı. Futbolçu ilə MY kompensasiyanın məbləği mövzusunda razılığa gələ bilmədi. Romano yaxınlarda bu işin təfərrüatını açıqladı: “Pavar MY-yə keçməyə yaxın idi, ancaq Maquayrın “Vest Hem”ə satışı pozulduğundan fransalı “İnter”ə qoşuldu”. Yeri gəlmişkən, “Yunayted”in transfer siyahısında Todibo, Disasi və Tapsoba da var idi. Ancaq istənilən transferin baş tutması üçün Maquayr satılmalıydı.

Nəticədə Harri qaldı, müdafiənin mərkəzi üçün yeganə transfer 8 ildən sonra evə azad agent kimi qayıdan Conni Evans oldu. Beləliklə, “transfer pəncərəsi” bağlandı, Ten Haq Varanla Martinesi eyni səviyyədə əvəzləmək üçün futbolçu tapa bilmədi.

Sanço ilə münaqişə
Ten Haqın debüt mövsümü ərəfəsində keçirilən hazırlıq oyunlarında Sanço, Reşford və Marsyaldan ibarət hücum “üçlüy”u qorxunc görünürdü. Hər kəs düşünürdü ki, bu “üçlük” premyer-liqada istənilən rəqibi tar-mar edəcək. Ancaq sonra Antoni gəldi, Ronaldo komandaya döndü, Marsyal isə növbəti zədəni aldı. “Qırmızı şeytanlar”ın fanatlarının arzularında qalan “üçlük” dağıldı, utopiyaya çevrildi. Sanço oyun vaxtı qazansa da, heç cür Ten Haqın əsas seçimi olmadı. Noyabrda iştirak ərizəsinə salınmayan Ceydonun yoxluğunu xəstəliklə bağladı. İngiltərə yığmasının DÇ-2022 üçün heyətinə də düşməyən Sanço “radarlardan itdi”. Ten Haq problemin həll yolunu onu Niderlanda göndərməkdə tapdı. Futbolçu yalnız fevralda döndü, premyer-liqada “Kristal Pelas”la oyunun iştirak ərizəsinə düşdü, həmçinin Liqa kubokunun “Nottingem Forest”lə oyununda sonradan meydana çıxdı. Növbəti turda – “Lids”lə oyunda da sonradan mübarizəyə qoşuldu və qolla yadda qaldı. Sanço premyer-liqada keçirdiyi 16 oyunda “qol+ötürmə” sistemi üzrə 6 (4+2) xal topladı. 2023/24 mövsümü Ceydonun karyerasında dönüş anı olmalıydı. Ancaq köhnə zədələr ən həlledici məqamda özünü göstərdi. Cari mövsümün 4-cü turunun “Arsenal”la oyununda onun adı iştirak ərizəsinə salınmadı. Ten Haq oyundan sonra 23 yaşlı vingerin yoxluğunu məşqlərdə lazımınca çalışmamasıyla izah etdi. Sanço isə dözə bilmədi və sosial şəbəkədə azarkeşlərə müraciət yazdı: “Oxuduqlarınıza inanmayın. Bu həftə məşqlərdə yaxşı çalışmışdım. Səbəb başqadı, təfərrüata varmayacam. Uzun müddət “qurbanlıq qoyun” olmuşam, bu ədalətsizlikdi”.

Media dərhal xəbəri “qapdı”, oyunçunu gah Səudiyyə Ərəbistanına, gah da Türkiyəyə “göndərdi”. Sanço MY-də qalsa da, klub onu ümumi qrupdan uzaqlaşdırdı. “The Athletic”in yaydığı xəbərə görə, klub ingiltərəli futbolçunun baş məşqçidən üzr istəməsini xahiş etsə də, o, imtina edib. Bir qədər səbirli olsaydı, bəlkə də “Brayton”la oyunda start heyətində görünəcəkdi. Amma indi bir daha MY-nin heyətində çıxış etməməsi ehtimalı da var.

Antoni işi
Qrinvudla bağlı qalmaqal sovuşmamış daha bir solayaq vinger diqqət mərkəzinə düşdü. Braziliyalı Antoninin sabiq rəfiqəi onun ünvanına ittihamlarla çıxış etdi. Braziliyanın futbol qurumu onu DÇ-2026-nın seçmə oyunları üçün toplaşan yığmadan uzaqlaşdırdı. 5 gün sonra MY də eyni addımı atdı. Futbolçu hadisənin bütün təfərrüatı aydınlaşana qədər heyətdən uzaqlaşdırılıb.

Ardından bu işə elə eyni ittihamla çıxış edən daha iki qız qoşuldu. Bundan başqa, tələbə qızın ötən ilin mayında futbolçunun hücumuna məruz qalmasıyla bağlı ərizəsu üzə çıxdı. Antoni özü bütün ittihamları rədd edir, hətta qızlardan biri ilə yazışmalarını da göstərib, orda tərəflərin qarşılıqlı razılıqla bir araya gəldiyi görünür. Təhqiqat davam etdiyi dövrdə Antoni premyer-liqa üçün sifariş olunub.

Əlbəttə, MY-nin mövsümün əvvəlindəki uğursuzluğunun başqa səbəbləri də var. Bura həm əsas oyunçuların saysız-hesabsız zədələri, həm də Kazemironun pis formada olması daxildi. Ümumiyyətlə, komanda bütün oyunu eyni səviyyədə keçirməyə fiziki cəhətdən hazır deyil, 20-30 dəqiqə özünü yaxşı tərəfdən göstərirsə, ardında çox pis oynayır. MY-dəki qlobal böhrandan danışmaq axmaqlıq olardı. Ten Haq məhz klubu qələbə yoluna çıxarmağı bacarası adamdı. Ancaq bir şərtlə: futbolətrafı məsələlər yoluna qoyulsa, klub yeni rəhbərliyin əlinə keçsə. Biri olmadan o birinin olması mümkün deyil.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-10-2022, 11:0

Qleyzerlər ailəsi "Mançester Yunayted"ə qiymət qoydu

Dünya futbolu

23-11-2022, 10:0

"Mançester Yunayted" satılır

Dünya futbolu

7-09-2022, 13:0

Qleyzerlər ailəsi “Mançester Yunayted”i satmağa hazırdı

Dünya futbolu

19-04-2023, 20:0

Qleyzerlər ailəsi fikrini niyə dəyişdi?

Dünya futbolu

29-03-2022, 11:0

"Amma o reklam klubunu yox, futbol klubunu seçməlidi" - Lui van Qal

Dünya futbolu

19-08-2022, 14:0

Ronaldo ten Haqın işindən narazıdı

Aktual
"Sumqayıt"ın yeni baş məşqçisi nə vaxt açıqlanacaq? - rəsmi açıqlama
“Klub 1-ci liqada iddialı olmaq istəyirsə, bir neçə tələb yerinə yetirilməliydi” – Fizuli Məmmədov danışdı
"Turan Tovuz" Konfrans Liqasından uzaqlaşdırılıb? - rəsmi açıqlama gəldi!
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Mahir, Elvin, Nəriman, Renat... – onların millidə nə işi var?
“Yalnız iclasdan sonra səbəblər və hədəflər haqda məlumat verə biləcəyik” – klub prezidenti
Son xəbərlər
  • Bu gün, 18:46
    "Şamaxı"da daha bir ayrılıq
  • Bu gün, 18:15
    "Sumqayıt"ın yeni baş məşqçisi nə vaxt açıqlanacaq? - rəsmi açıqlama
  • Bu gün, 17:44
    "Zirə" 5 futbolçuyla vidalaşdı
  • Bu gün, 17:18
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 16:47
    Gözlənilən keçid rəsmiləşdi
  • Bu gün, 16:19
    Milli komandanın kapitanı oldu
  • Bu gün, 15:45
    “Klub 1-ci liqada iddialı olmaq istəyirsə, bir neçə tələb yerinə yetirilməliydi” – Fizuli Məmmədov danışdı
  • Bu gün, 15:28
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 14:58
    Slotun yerini kim tutacaq?
  • Bu gün, 14:20
    Millinin təlim-məşq toplanışı başladı
  • Bu gün, 13:58
    Asif Əsgərov UEFA-nın baş katibinin müavini və FİFA prezidenti ilə görüşdü
  • Bu gün, 13:55
    Türkiyə yığmasının üzvü yeni imici ilə hər kəsi təəccübləndirdi
  • Bu gün, 13:16
    İkardi ''Qalatasaray'' rəhbərliyini bezdirdi!
  • Bu gün, 12:49
    Milli Qazaxıstanla qarşılaşacaq
  • Bu gün, 12:25
    Quti Arda Gülər haqda nə dedi? - ''İşlər qaydasında getmədikdə...''
  • Bu gün, 11:54
    "Turan Tovuz" Konfrans Liqasından uzaqlaşdırılıb? - rəsmi açıqlama gəldi!
  • Bu gün, 11:23
    Məhəmməd Musayev qızıl medal qazandı - Avropa Kuboku
  • Bu gün, 10:52
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
  • Bu gün, 10:24
    Rəvan getdi, Nurəziz gəldi - millinin heyətində dəyişiklik
  • Bu gün, 10:13
    "Sabah" Sekidika ilə yolları ayırdı - RƏSMİ
  • Bu gün, 10:01
    16 ildən sonra ölkəsinə qayıtdı
  • Bu gün, 09:01
    Premyer-liqadan çempionşipə üz tutacaq
  • Dünən, 23:59
    ''Trabzonspor'' son bir ayda öz transfer rekordunu ikinci dəfə yeniləyə bilər
  • Dünən, 23:03
    Çempionlar Liqasının qalibi PSJ oldu!
  • Dünən, 20:27
    Ter Ştegenin yolu haradı?
  • Dünən, 19:50
    Macarıstan üçün tarixi an
  • Dünən, 18:40
    La Liqada gözlənilən istefa
  • Dünən, 18:00
    Hakim kimdi?
  • Dünən, 17:37
    “Liverpul”u tərk edəcək
  • Dünən, 16:51
    Azər Bağırov "Kəpəz"dən ayrıldı - RƏSMİ
  • Dünən, 16:42
    PSJ-nin rəhbərliyindən futbolçulara böyük motivasiya
  • Dünən, 16:00
    Mahir, Elvin, Nəriman, Renat... – onların millidə nə işi var?
  • Dünən, 15:36
    Veremeyev də göndərildi
  • Dünən, 15:15
    Qərbdə hesab bərabərdi, Şərqdə “Nyu-York” öndədi
  • Dünən, 14:42
    “Yalnız iclasdan sonra səbəblər və hədəflər haqda məlumat verə biləcəyik” – klub prezidenti
Daha çox
Oxunub: 395
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 261
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 206
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 198
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 195
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 182
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə