• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Beşiktaş”ın seriyası darmadağınla başa çatdı – TURUN ŞƏRHİ

Dünya futbolu

21-09-2023, 00:0

Hesabat turu şənbə günü keçirilən 4 oyunla başladı.

Yeni məşqçilərlə anlaşan komandaların duelində “Kayserispor” “Qaziantep”i evə əliboş yola saldı. Marius Şumudikanın təyinatı da anteplilərin uğursuzluq zolağından çıxmasına yardım etmədi. Debütant “Çaykur Rizəspor” Konya səfərinin son anlarında mükəmməl geridönüş edərək ardıcıl 3-cü qələbəsini qazandı! Elitada ilk mövsümünü keçirən “Pendikspor”, gözlənildiyi kimi, Adanada heç bir varlıq göstərə bilmədi. Digər debütant “Samsunspor” isə “Qalatasaray”a müəyyən problemlər yaratsa da, sürprizə gücü çatmadı. Son çempion ilk yarını 3:0 öndə tamamladı və çempionat çərçivəsində evdə qol buraxmamaq seriyasını 465 dəqiqəyə çatdırdı. Amma qonaqlar fasilədən sonra 15 dəqiqəyə 2 qol vurdular. Son sözü Ziyeşin köməyi ilə İkardi söylədi. Okan Burukun komandası rəsmi oyunlarda məğlubiyyətsiz seriyanı 16, Türkiyə çempionatında öz meydanındakı məğlubiyyətsiz seriyanı 19 oyuna çatdırdı!

“İstanbul BŞ”də məşqçi dəyişikliyi dərhal özünü göstərdi. İlk 3 turda xala və qola həsrət qalandan sonra Əmrə Belözoğlu ilə yolları ayıran başakşəhərlilər Çağdaş Atanın başçılığı altında keçirdikləri ilk oyundaca “İstanbulspor” üzərində inamlı qələbə qazandılar. “Alanyaspor” “Kasımpaşa” ilə ev oyununda 79-cu dəqiqəyə qədər 2 top fərqi ilə öndə olsa da, 3 xalı əldən verməyə “müvəffəq oldu”. Bu mövsüm qarşısına çıxanı məğlub edən “Fənərbaxça” üçün “Antalyaspor”la ev oyunu yaxşı başlamadı. İstanbul nəhəngi həm erkən zədələnən Cengiz Ündəri itirdi, həm də hesabda geri düşdü. Sonradan Ceko və İrfan Can Kahvecinin qolları sayəsində önə keçən “Fənər” rəqibə növbəti dəfə oyuna qayıtmağa imkan verdi. Debüt matçını keçirən qapıçı Livakoviç 2 dəfə topu tordan çıxarmalı oldu. Amma son sözü yenə də “Fənər” söylədi. Şimanskinin qolu sayəsində “sarı-lacivərdlilər”in bu mövsüm qələbə seriyası 10 oyuna çatdı! Komanda sonuncu dəfə 2009/10-da superliqada mövsümə ardıcıl 4 qələbə ilə başlamışdı. Onu da bildirək ki, “sarı-lacivərdlilər”in İsmayıl Kartalın başçılığı altında superliqada məğlubiyyətsiz seriyası 18 oyuna çatdı (15 qələbə, 3 heç-heçə).

Turun mərkəzi oyunu Trabzonda keçirildi. Çoxdan uduzmayan “Beşiktaş” səfərdə oynamasına rəğmən, favorit sayılırdı. Amma “Qartal” fanatlarına mövsümün ən acı sürprizlərindən birini yaşatdı. Şenol Günəş yığmanın düşərgəsindən gec qayıdan Abubakarı ehtiyatda saxlayaraq irəlidə Cenk Tosuna şans vermişdi. Onun həmkarı Nenad Byelitsa isə Onuaçu ilə Batista kimi yeni transferlərə dərhal start heyətində güvənmişdi. Bu oyunçular etimadı artıqlamasıyla doğrultdular. Topu rəqibə verib əks-hücumlara bel bağlayan Trabzon təmsilçisi Onuaçunun baş zərbəsi ilə və Bakasetasın cərimə zərbəsindən vurduğu qollarla fasiləyə 2 topluq üstünlüklə yollandı. Yunanıstan yığmasının kapitanının qolu həm baxımlı, həm də bir qədər kuryoz alındı. Günəş fasilədə 3 dəyişikliyə əl atsa da, qatar artıq getmişdi. Əla təsir bağışlayan və əks-hücumlarda dəfələrlə qola yaxın olan qaradənizlilər 61-ci dəqiqədə hesabı darmadağı həddinə çatdırdılar. Bu dəfə ofsayd tələsindən yayınan Trezeqenin ötürməsini Visça qola çevirdi. Beləliklə, topa cəmi 29 faiz sahib olmasına baxmayaraq, “Trabzonspor” mövsümün ən unudulmaz qələbələrindən birini qazandı. “Qartal” Günəşin dönəmində superliqada ən böyükhesablı məğlubiyyətini təkrarladı. Komanda daha öncə bu məşqçi ilə 2018-in dekabrında “Kasımpaşa”ya 1:4 uduzmuşdu. Byelitsa Urbeyn Braemsdən (1989-un sentyabrı) sonra klub tarixində “Beşiktaş” üzərinə qələbə qazanmış 2-ci əcnəbi məşqçi oldu! Onu da bildirək ki, “ağ-qaralar”ın rəsmi oyunlarda 24 matçlıq məğlubiyyətsiz seriyası (20 qələbə, 4 heç-heçə) başa çatdı. Bundan başqa, “Beşiktaş”ın bu rəqibə qarşı superliqada qələbəsiz seriyası 6 oyuna yüksəldi (3 heç-heçə, 3 məğlubiyyət).

5-ci tur
Qalatasaray – Samsunspor 4:2
Kərəm Aktürkoğlu, 7; 29. Əbdülkərim Bardakcı, 42. İkardi, 67 – Dimata, 46. Holse, 61.
Qalatasaray: Muslera, Boe, Nelsson, Əbdülkərim Bardakcı, Anxelinyo, Torreyra (Kaan Ayhan, 85), Kərəm Dəmirbay (Ndombele, 75), Tete (Ziyeş, 46), Mertens (Barış Alpər Yılmaz, 62), Kərəm Aktürkoğlu (Xəlil Dərvişoğlu, 85), İkardi.
Fənərbaxça – Antalyaspor 3:2
Ceko, 45+1. İrfan Can Kahveci, 56. Şimanski, 80 – Buksa, 31; 64.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel, Bekao, Sərdar Əziz, Fərdi Kadıoğlu, Zayts (Krespo, 70), Fred, Şimanski (Ciku, 89), Cengiz Ündər (İrfan Can Kahveci, 5), Tadiç (Kent, 89), Ceko.
Trabzonspor – Beşiktaş 3:0
Onuaçu, 29. Bakasetas, 41. Visça, 61.
Trabzonspor: Uğurcan Çakır, Mehmet Can Aydın, Baniya, Benkoviç, Ərən Elmalı (Strüger Larsen, 72), Mendi, Bakasetas, Abdülkadir Ömür (Trezeqe, 46), Visça (Berat Özdəmir, 72), Bardi (Funtas, 84), Onuaçu (Enis Destan, 47).
Beşiktaş: Mərt Günok, Rozye, Nəcip Uysal, Kolli, Onur Bulut (Masuaku, 46), Haciahmetoviç, Fernandeş, Salih Uçan (Zaynutdinov, 79), Raşitsa (Gezzal, 67), Rebiç (Muleka, 46), Cenk Tosun (Abubakar, 46).
Adana Dəmirspor – Pendikspor 3:0
Nianq, 16; 41. Əmrə Akbaba, 88.
Adana Dəmirspor: Ərtaç Özbir, Svensson, Qravilyon, Semih Gülər, Rodriges, Stambuli (N`Diaye, 62), Əmrə Akbaba, Yusuf Sarı (Nani, 85), Belhanda (Dorukhan Toköz, 82), Yusuf Ərdoğan (Zeneli, 62), Nianq (Yusuf Barasi, 82).
İstanbulspor – İstanbul BŞ 0:2
Pelkas, 52. Fiqeyredo, 90.
Alanyaspor – Kasımpaşa 3:3
Kordova, 18. Novaiş, 24; 51 – Foll, 45+2. Aytac Kara, 79. Ben Uannes, 87.
Kayserispor – Qaziantep 2:0
Tiam, 6-p.; 89.
Konyaspor – Çaykur Rizəspor 1:2
Uğurcan Yazğılı, 34 – Zauer, 89. Qayç, 90+2.
Fatih Karagümrük – Hatayspor 0:0
Sivasspor – Ankaragücü 1:3
Saiz, 18 – Morutan, 31. Cigərçi, 66. Tsefas, 90+6.
1. Fənərbaxça 4 4 0 0 8-3 12
2. Qalatasaray 4 3 1 0 9-2 10
3. Çaykur Rizəspor 5 3 1 1 7-5 10
4. Trabzonspor 5 3 0 2 11-6 9
5. Kayserispor 5 2 3 0 6-3 9
6. Adana Dəmirspor 4 2 2 0 9-5 8
7. Konyaspor 5 2 2 1 6-4 8
8. Alanyaspor 5 1 4 0 6-4 7
9. Beşiktaş 4 2 1 1 4-4 7
10. Hatayspor 4 1 3 0 8-4 6
11. Kasımpaşa 5 1 4 1 8-11 6
12. Sivasspor 4 1 2 1 5-5 5
13. Fatih Karagümrük 4 1 1 2 3-3 4
14. Antalyaspor 5 0 3 2 5-7 3
15. İstanbul BŞ 4 1 0 3 2-5 3
16. Pendikspor 5 0 3 2 4-11 3
17. Ankaragücü 4 0 2 2 4-6 2
18. İstanbulspor 3 0 2 1 2-4 2
18. Samsunspor 4 0 1 3 4-9 1
20. Qaziantep 5 0 0 5 2-12 0
Bombardirlər: İkardi (Qalatasaray), Tiam (Kayserispor) – 5, Ceko (Fənərbaxça) – 4.

Növbəti turun oyunları sentyabrın 22-25-i aralığında keçiriləcək: Hatayspor – Trabzonspor, Pendikspor – Fatih Karagümrük, Kasımpaşa – Adana Dəmirspor, Alanyaspor – Fənərbaxça, Qaziantep – İstanbulspor, İstanbul BŞ – Qalatasaray, Antalyaspor – Samsunspor, Beşiktaş – Kayserispor, Ankaragücü – Konyaspor, Çaykur Rizəspor – Sivasspor.

Turun rəqəmi
11 – İkardi qoldan doymur. Bu mövsüm 8-ci rəsmi oyunda 8-ci qolunu vuran argentinalı ulduz “Qalatasaray” karyerasında 34-cü rəsmi oyununda 31-ci dəfə fərqləndi. Ən əsası İkardi Türkiyə çempionatı çərçivəsində start heyətində meydana çıxdığı ardıcıl 11-ci oyunda qol vurdu. O, bu 11 qarşılaşmada ümumilikdə 18 dəfə fərqlənib. Bununla da İkardi Burak Yılmaza məxsus rekordu təkrarladı. XXI əsrdə yalnız Burak start heyətində oynadığı ardıcıl 11 superliqa görüşündə fərqlənməyi bacarmışdı (2011 may-noyabr).

Turun ulduzu
Kərəm Aktürkoğlu (Qalatasaray) – 25 yaşlı vinger “Samsunspor”la oyunun ilk yarısında hesabına 2 qol, 1 məhsuldar ötürmə yazmaqla komandasının qələbəsində əvəzsiz rol oynadı. Bu mövsüm 2 fərqli oyunda həm qol vurmağı, həm də məhsuldar ötürmə verməyi bacaran yeganə oyunçu olan Kərəm son 7 superliqa matçında 12 qolun vurulmasında yaxından iştirak edib (3 qol, 9 məhsuldar ötürmə).

Turun sitatı
Rıdvan Dilmən, futbol şərhçisi: “Görünən odu ki, çempionatımızda hər şey pley-off və pley-auta doğru gedir. Böyük ehtimalla gələn mövsümdən etibarən məhz bu sistem tətbiq olunacaq. Zatən bizdə üstdəki klublarla altdakı klublar arasında həm büdcə, həm də səviyyə baxımından fərq artmağa başlayır. İlk ”6-lıq” üçün çempionluq pley-offunun olacağını düşünürəm. Ora düşmək uğrunda 4 nəhəngdən başqa “Adana Dəmirspor”, “Kayserispor” və daha 1-2 klub mübarizə aparacaq. Elitanı tərk edənlər isə pley-aut ilə müəyyənləşəcək”.

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “Samsunspor”u təbrik edirəm. Çox yaxşı oynadılar. 2 qol vurdular və bizə ciddi problemlər yaratdılar. Biz hücumda yaxşı oynadıq. Topu özümüzdə saxlaya bilirdik. Diqqətli olsaq, daha çox qol vura bilərdik. İlk yarıdan sonra bir qədər vaxtından tez rahatlaşdıq. Oyunçularımıza dəyərək istiqamətini dəyişən zərbələrdən sonra 2 top buraxdıq. Futbolda belə şeylər olur. “Molde” ilə oyunlarda biz də belə qollar vurmuşduq. Bu dəfə öz başımıza gəldi. Amma sonradan toparlandıq və müdafiədə səhvə yol vermədik. Kərəm Aktürkoğlu mövsümün əvvəlində layiq olmadığı tənqidlərlə üzləşdi. Amma bu gün bizim üçün nə qədər vacib oyunçu olduğunu göstərdi. Oyunçularıma təşəkkür edirəm. Hamısı yaxşı performans sərgilədi. Halbuki yığma fasiləsindən sonrakı oyunlar çətin keçir. Yeni oyunçular yavaş-yavaş komandaya uyğunlaşır. Zaha da “Kopenhagen”lə matçda bizimlə birlikdə olacaq”.

İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Yığma fasiləsi bizim üçün yaxşı zamana təsadüf etdi. Çünki bəzi zədəli oyunçularımız heyətə qayıtdı. Cengizin erkən zədələnməsi sanki bütün komandanın psixoloji durumuna təsir etdi. Yaxşı ki, fasiləyə qədər qolun əvəzini çıxa bildik. Fasilədə oyunçularıma bəzi göstərişlər verdim. Effektliliyimizi artırmalıydıq. Çünki rəqib yavaş-yavaş yorulmağa başlayacaqdı. Belə də oldu. Üstünlüyümüzü artırdıq və bizə lazım olan qolları vurduq. İdeal oynamasaq da, bütün əsas göstəricilərdə rəqibi üstələdik. 6 real qol vəziyyəti yaratdıq. Bu transfer dönəmində rəhbərliyimiz mühüm işlər gördü. Buna görə onlara təşəkkür edirəm. Təbii ki, “6” nömrə mövqeyini də gücləndirmək istərdik. Amma transfer xətrinə transfer etmək düzgün deyil. O mövqedə İsmayıl Yüksək, Zayts, Krespo kimi oyunçularımız var. Oostervolde də yeri gəldikdə orda oynaya bilər. Həmişə B planımız var. Tam istədiyimiz səviyyəyə çatmaq üçün bir qədər də zamana ehtiyacımız var”.

Nenad Byelitsa, “Trabzonspor”un baş məşqçisi: “Gözəl və layiqli qələbə qazandıq. “Beşiktaş”a, demək olar, fürsət vermədik. Fanatlarımıza söz ola bilməz. Bu gün möhtəşəm idilər. Qələbədə onların da böyük payı var. Həm fanatlarımızı, həm də futbolçularımı təbrik edirəm. Onuaçu hələ fasilədə bizə ayağında ağrılar hiss etdiyini dedi. Ağrıları artdığı üçün onu əvəzlədik. Fiziki cəhətdən yaxşı durumdayıq. Yığma fasiləsində ağır və faydalı məşqlər keçdik. Bunun bəhrəsini görməyə başlamışıq. Yeni oyunçuların gəlişi də tam yerinə düşdü. Seçim imkanım artdı. 3-cü qoldakı sevincim? Mən duyğusal insanam. Kənarda oyunu futbolçularla birlikdə yaşayıram. Duyğularımı gizlətməyi xoşlamıram. 3-cü qol artıq 3 xalın əlimizdən çıxmayacağının xəbərçisi idi. Ona görə elə sevindim. İndi Pepeni mümkün qədər tez komandaya cəlb etməliyik. Çoxdan məşq etmir. Orşiç isə yalnız fevralda məşqlərə qoşulacaq”.

Şenol Günəş, “Beşiktaş”ın baş məşqçisi: “Gözlədiyimizdən zəif oynadıq. Sürət aşağı idi. Matçın qırılma anı buraxdığımız 2-ci qol oldu. Həmin epizodda bəxtimiz gətirmədi. “Trabzonspor” isə üstünlüyünü artıraraq daha da həvəsləndi. Çox üzgünük. Amma haqlı məğlubiyyətlə üzləşdik. Bizim kimi komanda belə qollar buraxmamalıydı. Qollar matçın axarına təsir etdi. Rəqib də öz meydanında, öz fanatları önündə oynayınca matçın axarı onlara tərəf çevrildi. Üstəlik trabzonlular sərt oynadılar. Onlara eyni sərtliklə qarşılıq verə bilmədik. Nədənsə yığma fasilələrindən sonra həmişə səfərdə oynayırıq. Cümə axşamı, cümə günü gələn oyunçular olur. Belə durumda dərhal səfərə yollananda bəziləri imkanlarından aşağı səviyyədə oynayır. Bu gün xüsusilə start heyətində meydana çıxanların əksəriyyəti ümidlərimizi doğrultmadı. Biz artıq məşqin nə demək olduğunu unutmuşuq. İşimiz-gücümüz yalnız səyahət etməkdən ibarətdi. Şikayət etmək də olmur. Çünki artıq qərar verilib”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

17-09-2023, 17:0

İkardi Burak Yılmazın rekordunu təkrarladı

Dünya futbolu

3-09-2023, 11:0

Okan Burukdan növbəti rekord

Dünya futbolu

15-03-2022, 19:0

"Qalatasaray'' 1962-dən bu yana ilk dəfə…

Dünya futbolu

23-08-2023, 22:0

“Trabzonspor” İkardi ilə bacara bilmədi – TURUN ŞƏRHİ

Dünya futbolu

15-04-2023, 13:0

Okan Buruk bunu bacaran 4-cü məşqçi oldu

Aktual
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
“Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
“Sabah”ın matçını bu kanal göstərəcək
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Son xəbərlər
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 109
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 101
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə