• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Trabzonspor” İkardi ilə bacara bilmədi – TURUN ŞƏRHİ

Dünya futbolu

23-08-2023, 22:0

Tur cümə günü heç-heçələrlə start götürdü. Ötən həftə “Qalatasaray”ı büdrədən “Kayserispor” “İstanbulspor” səfərində qələbə hesabını qoruya bilmədi. “Antalyaspor” isə “Konyaspor”la ev oyununda son dəqiqələrdə məğlubiyyətdən qurtularaq mövsümdə ilk xalını qazandı.

"Football-plus.az" xəbər verir ki, bərabərliklər şənbə günü də davam etdi. Debütant “Çaykur Rizəspor” “Alanyaspor”un, ev oyununu Mersində keçirən “Hatayspor” isə “Kasımpaşa”nın müqavimətini qıra bilmədi. Bu seriya “Rams Park”da keçirilən turun mərkəzi oyununa pozuldu. “Trabzonspor” “Qalatasaray”la səfər matçına heç də pis başlamayaraq hətta fürsətlər də yaxaladı. Amma ilk yarının ortalarında komandanın ən təcrübəli üzvü Bakasetasın kobud səhvi matçın qırılma anı oldu. Yunanıstan yığmasınını kapitanının öz cərimə meydançasına yaxın bir yerdə topu itirməsi Kərəm Aktürkoğlunun İkardini qapıçı ilə duelə yollaması və hesabın açılması ilə nəticələndi. Zatən əsas oyunçuları zədəli olan Trabzon təmsilçisi 2-ci hissənin əvvəllərində Trezeqeni də itirdi. Hücumda çox zəif təsir bağışlayan Nenad Byelitsanın komandası oyunu “çərçivə”yə cəmi 1 zərbə ilə tamamladı. Matçın son anlarında yenidən səhnəyə çıxaraq başla baxımlı qol vuran İkardi yekun nəticəni müəyyənləşdirdi. Beləliklə, son çempion parlaq oyunla mövsümdəki ilk qələbəsini qazandı.

Bazar gününü isə qonaqların hesabına yazmaq olar. “İstanbul BŞ” gözlənilmədən evdə “Fatih Karagümrük” önündə “ağ bayraq qaldıraraq” 2-ci turu da xalsız başa vurdu. “Sivasspor” isə Antep səfərində inamlı qələbə qazandı. Bu, Sərvət Çətinin baş məşqçi kimi superliqadakı ilk qələbəsi oldu. Turun əsas sürprizi İstanbulda qeydə alındı. “Beşiktaş”ın tarixində ilk dəfə superliqada oynayan və üstəlik ilk turda öz meydanında “Hatayspor”dan 5 top buraxan “Pendikspor”u asanlıqla məğlub edəcəyi gözlənilirdi. Amma bu oyun növbəti dəfə göstərdi ki, futbol qeyri-ciddiliyi və rəqibə saymazyana münasibəti sevmir. Düzdü, “Qartal” mərkəz müdafiəçisi Kollinin erkən qolu ilə hesabı açdı. Amma sonrakı dəqiqələrdə meydan sahiblərinin oyunçuları, xüsusilə də Fernandeş, Muleka və Abubakar sanki qol imkanını qaçırmaq üzrə bir-biri ilə yarışa girdi. Maraqlıdı ki, ilk yarıda “ağ-qaralar”ın qapıçısı Mərt Günok topa rəqibin bütün oyunçularından daha çox toxundu! Belə əcaib üstünlüyə malik olan “Beşiktaş” 2-ci hissənin ortalarında Kolli ilə künc zərbəsi zamanı daha bir qol vursa da, hakim asma zamanı topun göydə olarkən meydanı tərk etdiyini bildirərək qolu qeydə almadı. Qarşıdan Kiyev “Dinamo”su ilə oyunun gəldiyini və rəqibin hücum etmədiyini nəzərə alan “Beşiktaş” son anlara yaxın tempi aşağı salıb, sadəcə, vaxtı öldürməyə çalışdı. Amma itiriləsi bir şeyi qalmayan debütant son saniyələrdə irəli atılaraq penalti qazandı! Masuakunun kobudluğundan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Romero sanki stadiona toplaşanların başına qaynar su tökdü. Matçın ardından isə xal itkisinə görə “qurbanlıq qoyun” axtaran “Beşiktaş” hakimin üstünə düşdü. Sayılmayan qola görə klubun həm rəsmi saytında, həm də sosial şəbəkələrdəki səhifələrində TFF ilə bağlı paylaşımlar edildi. Qısası, günahkar məhz federasiya elan olundu. Halbuki “Beşiktaş” qələbə hesabını qorusaydı, həmin sayılmayan qol heç kimin yadına düşməyəcəkdi...

2-ci tur
Qalatasaray – Trabzonspor 2:0
İkardi, 23; 90+3.
Qalatasaray: Muslera, Boe, Nelsson, Əbdulkərim Bardakcı, Anxelinyo, Torreyra (Berkan Kutlu, 82), Oliveyra (Kaan Ayhan, 89), Barış Alpər Yılmaz (Yunus Akgün, 63), Kərəm Aktürkoğlu (Bakambu, 82), Mertens (Kərəm Dəmirbay, 82), İkardi.
Trabzonspor: Uğurcan Çakır, Strüger-Larsen, Benkoviç, Densvil (Baniya, 81), Ərən Elmalı, Kurbelis (Doğucan Haspolat, 81), Bakasetas, Bardi, Abdülkadir Ömür (Enis Destan, 72), Trezeqe (Tekliç, 51), Umut Bozok.
Beşiktaş – Pendikspor 1:1
Kolli, 12 – Romero, 90+4-p.
Beşiktaş: Mərt Günok, Rozye (Raşitsa, 61), Amarti, Kolli, Masuaku, Haciahmetoviç (Rebiç, 71), Salih Uçan (Dəmir Ege Tıknaz, 89), Fernandeş, Onur Bulut, Muleka (Oksleyd-Çemberleyn, 61), Abubakar (Onana, 89).
Samsunspor – Fənərbaxça 0:2
Ceko, 62. Şimanski, 90+8.
Ankaragücü – Adana Dəmirspor 1:1
Əfqan Bəkiroğlu, 42 – Nianq, 26-p.
İstanbul BŞ – Fatih Karagümrük 0:2
Mendes, 6. Muhammed Şengezər, 30-öz qapısına.
Antalyaspor – Konyaspor 1:1
Güray Vural, 87 – Çikalleşi, 60-p.
İstanbulspor – Kayserispor 1:1
İbrahim Yılmaz, 81 – Tiam, 77.
Qaziantep – Sivasspor 1:3
Furkan Soyalp, 50 – Sais, 12. Canər Osmanpaşa, 44. Rodriges, 84.
Çaykur Rizəspor – Alanyaspor 0:0
Hatayspor – Kasımpaşa 0:0
1. Fənərbaxça 2 2 0 0 4-1 6
2. Hatayspor 2 1 1 0 5-1 4
3. Sivasspor 2 1 1 0 4-2 4
4. Alanyaspor 2 1 1 0 2-0 4
5. Qalatasaray 2 1 1 0 2-0 4
6. Adana Dəmirspor 2 1 1 0 3-2 4
7. Kasımpaşa 2 1 1 0 3-2 4
8. Beşiktaş 2 1 1 0 2-1 4
9. Fatih Karagümrük 2 1 0 1 2-1 3
10. Trabzonspor 2 1 0 1 2-1 3
11. Konyaspor 2 0 2 0 2-2 2
12. İstanbulspor 2 0 2 0 2-2 2
13. Kayserispor 2 0 2 0 1-1 2
14. Ankaragücü 2 0 1 1 3-4 1
15. Antalyaspor 2 0 1 1 1-2 1
16. Çaykur Rizəspor 2 0 1 1 1-2 1
17. Samsunspor 2 0 1 1 1-3 1
18. Pendikspor 2 0 1 1 2-6 1
19. Qaziantep 2 0 0 2 2-5 0
20. İstanbul BŞ 2 0 0 2 0-4 0
Bombardir: Ceko (Fənərbaxça) – 3.
Növbəti turun oyunları avqustun 25-28-i aralığında keçiriləcək: İstanbulspor - Qalatasaray, Kayserispor - Samsunspor, Kasımpaşa – Pendikspor, Alanyaspor – Hatayspor, Adana Dəmirspor – Beşiktaş, Fatih Karagümrük – Ankaragücü, Trabzonspor – Çaykur Rizəspor, Fənərbaxça – İstanbul BŞ, Konyaspor – Qaziantep, Sivasspor – Antalyaspor.

Turun rəqəmi
4 - Okan Buruk adını “Qalatasaray” tarixinə yazdırmaqda davam edir. “Cim-Bom” onun rəhbərliyi altında Türkiyə çempionatında nəhənglərə qarşı keçirdiyi 4-cü ev oyunundan da qələbə ilə ayrıldı. Komanda bu müddətdə iki dəfə “Trabzonspor”u (2:1, 2:0), eləcə də “Fənərbaxça”nı (3:0) və “Beşiktaş”ı (2:1) məğlub edib. Buna qədər klub tarixində Fatih Terim də daxil olmaqla bu rəqiblərə qarşı çempionat çərçivəsində ilk 4 ev oyunundan qələbə ilə ayrılan məşqçi olmamışdı!

Turun ulduzu
Mauro İkardi (Qalatasaray) – böyük oyunların adamı yenə iş başındadı. Argentinalı ulduz, necə deyərlər, ötən mövsüm qaldığı yerdən davam edir və komandanı çiyinlərində daşıyır. İkardi yavaş-yavaş hər oyuna 1 qol göstəricisini yaxalamaq üzrədi. Hazırda onun hesabında 30 rəsmi oyuna 26 qol var. 30 yaşlı forvard nəhənglərə, yəni “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”a qarşı oyunlarda artıq 8 qol vurub. Bu göstərici ilə o, superliqada “Qalatasaray” tarixində nəhənglərə qarşı matçlarda ən məhsuldar əcnəbi futbolçu olan Haciyə məxsus rekordu təkrarlayıb. Onu da bildirək ki, İkardi start heyətində meydana çıxdığı son 11 rəsmi qarşılaşmada 17 qol vurub!

Turun sitatı
Osman Özköylü, “Pendikspor”un baş məşqçisi: “Oyundan qabaq bizi ələ salanlar, “meydana çıxmayın, 0:3 hesablı texniki məğlubiyyət alın” deyənlər var idi. Onların hamısına burdan salam göndərirəm! Bu nəticəni bizim biabır olacağımızı, qladiator önünə atılmış dovşan balasına bənzəyəcəyimizi söyləyənlərə həsr edirəm. Bu nəticə bizdən onlara hədiyyə olsun. Penaltimiz 100 faiz haqlıdı. Hakim VAR-a getmədən özü də penaltini verə bilərdi. “Beşiktaş”ın sayılmayan qoluna gəlincə, VAR-da hər şeyi incələdilər və topun göydə xətti keçdiyinə qərar verdilər. Hakimin nəticəyə təsir etdiyini düşünmürəm. “Beşiktaş” xal itkisində hakimi günahlandırsa, çox böyük ayıb etmiş olacaq! “Fənərbaxça” və “Qalatasaray”la oyunlarda da xarakterimizi ortaya qoyacağıq”.

Faktlar
* “Qalatasaray”ın superliqa çərçivəsində evdəki məğlubiyyətsiz seriyası 18 (16 qələbə, 2 heç-heçə), qol buraxmamaq seriyası 4 oyuna yüksəldi. Eyni zamanda komanda hazırda rəsmi matçlarda 5 oyunluq qol buraxmamaq seriyasına malikdi.
* “Qalatasaray” 2014/15-dən bəri ilk dəfə mövsümün ilk 2 turunda qol buraxmadı.
* “Qalatasaray” 2016-dan bəri ilk dəfə “Trabzonspor”u ardıcıl 2 oyunda məğlub etdi.
* “Qalatasaray” 2013-ün mayından bəri ilk dəfə “Trabzonspor”u evdə qol buraxmadan məğlub etdi.
* “Trabzonspor” superliqa çərçivəsində İstanbul klublarına qarşı ardıcıl 6-cı səfər oyununda məğlub oldu. Komandanın daha öncə İstanbul təmsilçilərinə qarşı yalnız bir dəfə bundan daha pis seriyası olub (fevral 2000 - may 2001, 7 məğlubiyyət).
* “İstanbul BŞ” son 5 mövsümdə 4-cü (!) dəfə ilk 2 turu xalsız tamamladı. Komanda yalnız ötən mövsüm ilk 2 turda xal toplamağı bacarmışdı. Maraqlıdı 2019/20-də belə uğursauz starta baxmayaraq, Okan Burukun çalışdırdığı “İstanbul BŞ” sonda çempion olmuşdu.
* “Beşiktaş”ın rəsmi matçlarda məğlubiyyətsiz seriyası 20 oyuna yüksəldi (17 qələbə, 3 heç-heçə). Komanda son məğlubiyyətini ötən mövsümün 23-cü turunda Sivas səfərində yaşayıb (0:1).
* Şenol Günəş məşqçi karyerasında ilk dəfə debütant statusunda olan İstanbul təmsilçisinə qarşı ev oyununda qalib gələ bilmədi.
* Bu mövsüm “Beşiktaş”ın “çərçivə”sinə gedən ilk zərbə qolla nəticələndi.
* “Pendikspor” “Beşiktaş”ın superliqada qarşılaşdığı 74-cü fərqli rəqib oldu. Komanda buna qədər üz-üzə gəldiyi 73 rəqibin hamısını yenməyi bacarmışdı. “Pendikspor” üzərində qələbə üçün isə artıq ən azı 2-ci dövrəyə qədər gözləmək lazım gələcək.

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “Çox önəmli bir rəqibə qarşı oynadıq. İlk turda xal itirdiyimizdən bu dəfə mütləq qalib gəlmək istəyirdik. Fanatlarımızla birləşərək layiqli qələbə qazandıq. Həm onlara, həm də oyunçularıma təşəkkür edirəm. Çox istəkliydik və konsentrasiyamız yüksək idi. Bir çox fürsət yaxalasaq da, onlardan yalnız ikisini dəyərləndirdik. İkardi bizə tək qolları ilə fayda vermir. Komandaya enerji verir və irəlidə çox gözəl pressinq edir. Komanda şəklində müdafiəmiz məhz ondan başlayır. Belə xarakterə və keyfiyyətlərə malik bir futbolçuya sahib olduğumuz üçün sevincliyik. İnşallah, bu dəfə ötən mövsümdəki qol sayını geridə qoyar. Avrokuboklardakı idarəçiliyi gördükdən sonra çempionat oyunlarında hakimlərlə bağlı problem yaşayırıq. Ötən həftə Kayseridə də belə olmuşdu. Bu gün hətta mənim olduğum yerdən də açıq-aydın göründü ki, iki dəfə lehimizə künc zərbəsi vermədi. Qayda pozuntularında da bir standart yaxalaya bilmədi. Başa düşürəm ki, ilk həftələrdi. Futbolçular kimi hakimlər də yaxşı formada olmaya bilər. Şikayət etmək istəmirəm, amma hakimlərimiz də üzərlərində çalışaraq səviyyələrini artırmalıdı”.

Nenad Byelitsa, “Trabzonspor”un baş məşqçisi: “Qalatasaray” bizdən daha çox qol vəziyyəti yaratdı və layiqli qələbə qazandı. İlk buraxdığımız qola qədər meydanda bərabər mübarizə gedirdi. Çox yersiz bir top itkisindən sonra qol buraxdıq. Matçdan öncə oyunçularımdan mümkün qədər sadə oynamağı tələb etmişdim. Təzyiq altında olduqda yaxındakı oyunçuya topu ötürmələrini istəmişdim. Çünki bu gün də gördüyümüz kimi öz cərimə meydançamızın yaxınlığında heç nədən topu itirdikdə belə səviyyəli rəqiblər dərhal səni cəzalandırır. 70-ci dəqiqədən sonra 4-4-2 sisteminə keçdik. Əlimizdən gələni etsək də, “Qalatasaray” daha bir qol vurub qələbə qazandı. Onlar bizdən daha hazırlıqlı vəziyyətdədi. Çünki buna qədər 5 rəsmi oyun keçirmişdilər. Trezeqeni dəyişməli olduq, çünki qabırğasında qırıq var. Qəribədi ki, qabırğasının qırıldığı epizodda hakim heç qayda pozuntusu da qeydə almadı! Maddi cəhətdən əsas rəqiblərimizdən geridəyik. Amma əlimizdə olan imkanlarla mübarizə aparacağıq. Daha 3 transferimiz olacaq. Maksi Qomesi, çox güman, icarəyə verəcəyik. Onu bu gün meydana buraxaraq riskə getmək istəmədim”.

Şenol Günəş, “Beşiktaş”ın baş məşqçisi: “Futbol kağız üzərində yox, meydanda oynanılır. Meydana çıxmadan heç kim qələbə qazanmır. Futbolda bəzən belə sürprizlər olur. Təəssüf ki, bu dəfə bizim başımıza gəldi. Rahat qalib gəlməli olduğumuz oyundan xal itkisi ilə ayrılmalı olduq. İkinci hissədə bir çox fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Rəqib, demək olar, üstümüzə gəlmirdi. Yeni oyunçuları da görmək istədik. Son anlarda müdafiəmizin arxasına adi bir uzun top göndərdilər. O da penalti və qapımıza vurulan qolla nəticələndi. Nə olur-olsun, o fürsəti rəqibə verməməliydik. Onlar özləri də qol vurduqlarına təəccübləndilər. Hakimlər haqda danışmaq istəmirəm. Çünki danışsam, ağır sözlər deməli olacam. Qeydə alınmayan qolumuz zamanı top yan xətdən çıxmışdısa, doğru qərardı. Çıxmamışdısa, o zaman bilmirəm... Penalti epizodunda isə hakim “nöqtə”ni göstərdisə, yəqin ki, qayda pozuntusunu gördü”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

18-05-2023, 13:0

“Qalatasaray” artıq şənbə günü çempion ola bilər! - TURUN ŞƏRHİ

Dünya futbolu

8-06-2023, 22:0

“Trabzonspor” mövsümü 6-cı pillədə tamamladı, Çalımbay “Sivasspor”dan ayrıldı - ŞƏRH

Dünya futbolu

4-07-2022, 23:0

Super Liqada mövsümün püşkü atıldı

Dünya futbolu

20-07-2023, 17:0

Superliqada yeni mövsümün təqvimi bəlli oldu

Aktual
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
Son xəbərlər
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
Daha çox
Oxunub: 405
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 185
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 163
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə